Øÿêil 6.5. Ãóðóäà ìàääÿëÿðèí áèîýåîêèìéÿâè äþâðàíû ñõåìè
(Ð.Êîøàíîâà ýþðÿ, 1984)
Lakin bütün biosfer miqyasında belə dövran mümkün deyildir. Burada biogeokimyəvi dövran fəaliyyət
göstərib makro, mikroelementlərin və sadə qeyri-üzvi maddələrin (CO
2
, H
2
O) atmosfer, hidrosfer və litosferin
maddələri ilə mübadiləsindən ibarətdir. Ayrı-ayrı maddələrin dövranını V.İ.Vernadski biogeokimyəvi tsikllər
adlandırmışdır. Tsiklin mahiyyəti aşağıdakı kimidir: orqanizmlər tərəfindən udulan kimyəvi elementlər axırda
onu tərk edərək abiotik mühitə gedir, sonra bir müddətdən sonra yenidən canlı orqanizmə düşür və s. Belə
elementlər biofil element adlanır. Bu tsikl və dövranlarla bütövlükdə biosferdə canlı orqanizmlərin mühüm
funksiyaları təmin olunur. V.İ,Vernadski 5 belə funksiya ayırır:
- Birinci – qaz funksiyası – Yer atmosferinin əsas qazları, biogen mənşəli azot və oksigen, həm də bütün
yeraltı qazlar – ölmüş orqanizmlərin parçalanma məhsulu;
- İkinci – konsentrasiya funksiyası – orqanizmlər bədənlərində (gövdələrində) çoxlu kimyəvi elementlər
toplayır, onların arasında birinci yerdə karbon, metallar arasında – birinci kalsium hesab olunur. Silisiumun
konsentratoru (toplayıcısı) diatom yosunları, yodunku – yosunlar (laminariya), fosforunku onurğalı heyvanların
skeletləri;
- Üçüncü oksidləşmə – reduksiya funksiyası – su hövzələrində yaşayan orqanizmlər oksigen rejimini
nizamlayır və bir sıra metalların (V, Mn, Fe) və qeyri metalların (S) həll olmasına və çökməsinə şərait yaradır;
- Dördüncü – biokimyəvi funksiya – canlı maddənin çoxalması, böyüməsi və ərazidə yerləşməsi;
- Beşinci – insan fəaliyyətinin biogeokimyəvi funksiyası – Yer qabığının getdikcə artan maddələrini, o
cümlədən insanın təsərrüfat və məişət ehtiyacı üçün lazım olan daş kömür, neft, qaz və b. bu kimi
konsentratorları əhatə edir.
Biogeokimyəvi dövranda iki hissə ayırmaq lazımdır:
1) ehtiyat fondu – orqanizmlərdən asılı olmayaraq hərəkət edən böyük kütlə; 2) mübadilə fondu – bir
qədər az, lakin aktiv olub orqanizmlər və onların bilavasitə əhatəsində olan biogen maddənin birbaşa
mübadiləsindən irəli gəlir. Biosferi bütövlükdə təhlil (təsvir) etsək, onda aşağıdakıları ayırmaq olar: 1) atmosfer
və hidrosferdə (okean) ehtiyat fondu ilə qazşəkilli maddələrin dövranı və 2) yer qabığında (geoloji dövranda)
ehtiyat fondu ilə çöküntü tsikli.
Bununla əlaqədar olaraq Yerdə yalnız bir prosesi – fotosintez nəticəsində üzvi maddələrin yaranmasını
qeyd etmək lazımdır. Bu proses Günəş enerjisini sərf etmir, əksinə onu toplayır.
|