Təbiətdə əsas iki maddələr dövranı mövcuddur – böyük (geoloji) və kiçik (biogeokimyəvi) dövran.
enenjisinin qarşılıqlı təsirilə baş verir və biosferdə Yerin daha dərin qatlarında maddələrin paylanması ilə yerinə
yetirilir.
87
Øÿêil 6.4. Ìàääÿëÿðèí áþéöê äþâðàíû
Maqmatik süxurların aşınması hesabına əmələ gələn çökmə süxurlar yer qabığının hərəkətdə olan
zonasında (hərəkət zonasında) yenidən yüksək temperatur və təzyiq zonasına yüklənir (daxil olur). Onlar orada
əriyərək maqmanı – maqmatik süxurların yeni mənbəyini əmələ gətirir. Bu süxurlar yerin səthinə çıxdıqda
aşınma proseslərinin təsirilə onlar təzədən çöküntü süxurlara transformasiya olunur (şəkil 6.4.). Maddələr
mübadiləsinin simvolu dairə deyil, spiraldır. Bu yeni mübadilə tsiklinin köhnə sikli olduğu kimi
təkrarlanmadığı, onun yenilik gətirdiyini göstərir və vaxtı gəldikdə böyük dəyişikliyə səbəb olur.
Quru ilə okean arasında atmosfer vasitəsilə suyun dövranı da böyük dövran adlanır. Dünya Okeanı
səthindən buxarlanan su (buna Yer səthinə düşən Günəş enerjisinin demək olar ki, yarısı sərf olunur) quruya
aparılır, orada yağıntı şəklində düşərək səth və yeraltı axınlar şəklində yenidən okeana qayıdır. Suyun dövranı
aşağıdakı sadə sxemlə gedir: okeanın səthindən suyun buxarlanması – su buxarının kondensasyası – həmin
okeanın səthinə yağıntının düşməsi.
İl ərzində Yerdə suyun dövranında 500 min km
3
-dən artıq su iştirak edir.
Suyun dövranı planetimizdə təbii şəraitin formalaşmasında bütövlükdə əsas rol oynayır. Suyun bitkilər
tərəfindən transpirasiyası və onun biogeokimyəvi tsikldə udulması nəzərə alındıqda Yerdə su ehtiyatının hamısı
2 milyon ilə bölünür və parçalanır.
Dostları ilə paylaş: