MəMMƏdov qəRİb xəLİlov mahmud


Həmişəyaşıl enliyarpaq subtropik meşələr



Yüklə 4,78 Mb.
səhifə190/751
tarix28.12.2021
ölçüsü4,78 Mb.
#16756
1   ...   186   187   188   189   190   191   192   193   ...   751
 

Həmişəyaşıl enliyarpaq subtropik meşələr 

Yüksək rütubətlik və yay-qış temperaturlarında az fərq olan ərazilərdə yarpağını tökən meşələr yerini 

enliyarpaq həmişəyaşıl meşələrə verir. Belə meşələr Mərkəzi və  Cənubi Yaponiyada, Floridada, Meksika 

körfəzi boyu, Atlantikanın cənub sahillərində bitir. Bu meşələrdə  palıd növləri, maqnoliya, dəfnə,  əncir 

dominantlıq edir, palmaya da çox rast gəlinir. Lianlar və epifitlərlə zəngindir. Çoxlu ayıdöşəyi, səhləb çiçəyi, 

ananas növləri bitir.  



 

7.1.5. Mülayim zonanın bozqırları (çölləri) 

Meşə və səhra zonaları arasında geniş açıq sahələri tutur, illik atmosfer yağıntılarının miqdarı 250-dən 750 

mm-ə  qədər təşkil edir. Bozqırlar Avropa, Şimali Amerika (prerilər), Cənubi Amerikanın cənubunda 

(pampaslar), Avstraliya, Yeni Zenlandiya (tussoklar) geniş  əraziləri tutur. Bozqır bitki örtüyü əsasən kserofil 

xarakter daşıyır. Çəmənəmələgətirən taxıl otları üstünlük təşkil edir. Bozqırlarda efemerlər çoxdur. Nəhayət 

bozqırlar üçün kol bitkiləri də səciyyəvidir.  

Bozqırlarda heyvanlar cüt və koloniya həyat tərzi keçirirlər. Cüt yaşayan heyvanlar (marmot, sünbülqıran, 

çöl siçanı) çoxluq təşkil edir. Cüt yaşamayan heyvanlar sürü əmələ  gətirir. Bozqır biosenozunda dırnaqlılar 

(sayqaklar, əvvəllər vəhşi at - tarpan) əsas rol oynayır. Bozqırlarda hədsiz mal-qara otarılması nəticəsində bozqır 

bitki örtüyü deqradasiyaya uğrayır, praktiki olaraq bütün çoxillik bitkilər sıradan çıxır, səhralaşma prosesi baş 

verir, pis yeyilən yovşan və digər kserofil bitkilər peyda olur.  

Bozqır ekosistemlərin torpağı meşə torpağından,  əsasən yüksək humusluğu ilə  kəskin seçilir. Ot (taxıl) 

bitkiləri ağaclara nisbətən az ömürlü olub torpağa humus şəklində çoxlu miqdarda üzvi birləşmələr daxil olur və 

humusəmələgəlmə sürətlə, minerallaşma isə yavaş gedir. Ən məhsuldar torpaq sayılan – qaratorpaq belə yaranır.  

Rusiyanın çəmən-bozqırlarında biokütlə 2500 sent/ha, quru bozqırlarda 1000 sent/ha təşkil edir. Kserofil 

qruplaşmaların məhsuldarlığı 100-200 sent//ha, aridlik çoxaldıqda isə 50-100 sent//ha-ya enir (Voronov, 1988).  

Hazırda bozqır ərazilərin böyük hissəsi taxıl bitkiləri, mədəni otlaqlar və ya süni ağaclıqlar altındadır.  

Azərbaycan Respublikasında bozqır ekosistemlərə Böyük Qafqazda – bozqır yaylada və Kiçik Qafqazın 

orta və aşağı dağ zonasında rast gəlinir. Burada yarımsəhra bozqır bitkiləri yayılmışdır. Ağac və kol növlərindən 

qaratikan, ardıc, topulqa, dağdağan, iydəyarpaq armud, iberiya ağcaqayınına rast gəlinir. Qəhvəyi bozqırlaşmış 

boz-qəhvəyi və  şabalıdı torpaq tipləri yayılmışdır. Tədqiqatçıların fikrincə  Cənubi Qafqazda, o cümlədən 

Azərbaycanda ilkin bozqır yoxdur və müasir bozqır ekosistemlərinin mövcudluğu meşə örtüyünün yox edilməsi 

ilə əlaqədardır.  


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   186   187   188   189   190   191   192   193   ...   751




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin