Respublika ərazisində Kür çayının və qolarının üzvi qalıqlar, o
cümlədən maksimal kəmiyyət göstəriciləri
(1987-1989-cu ilərin məlumatı)
Okeanın üst zonası (0-200 m dərinliyində) böyük istilik tutumuna malikdir. Bu zona planetin cari iqliminin
formalaşmasında mühüm rol oynayır. Küləyin suyun üst səthinə təsiri səth zonasında okean sirkulyasiyasının
əsas xüsusiyyətini təyin edir. Okeanın sirkulyasiyası enerjisinin ekvator zonasından qütblərə doğru qlobal pay-
lanmasını təmin edir. Okeanın üst zonası iqlim sisteminin mühüm komponenti olub orta illik iqlimin formalaş-
masında, onun ilbəil dəyişməsində və on və yüz illər miqyasında tərəddüdündə aktiv iştirak edir. Okeanın dərin
zonaları üst zonaya nisbətən coğrafi zonallıq qanununa son dərəcə az, çox vaxt isə qətiyyən tabe deyildir.
Dünya okeanının dərin (2000-4000 m dərinlikdə) və dib (4000-dən dərin) zonaları onun ümumi həcminin
64%-ni təşkil edir. Bu zonalarda suyun temperaturu 3
0
C-dən aşağıdır. Dünya okeanının bütün kütləsinin orta
temperaturu cəmi 4
0
C-yə yaxındır.
Okean sularının şaquli sirkulyasiyası suyun temperaturunun və duzluluğunun müxtəlifliyi ilə əlaqədar onun
sıxlıq fərqinin təsiri altında suyun üst qatdan dərin qatlara qarışmasına səbəb olur. Burada qarışan su atmosferin
təsirindən təcrid olunaraq minillərlə və daha çox müddətdə istilik tutumunu saxlayır. Belə istilik tutumunun çıx-
ması və ya əksinə toplanması iqlimin uzun müddətli dəyişməsində həlledici ola bilər.
Dünya okeanının aşağı temperaturda olması və onun böyük istilik enerjisi mühüm paleocoğrafi rol oynayır.
Okeanın dərin qatları yalnız Yer sisteminin çox müddətli istilik tənzimedicisi deyildir. Okeanın dərin qatları ilə
səthi arasında istilik mübadiləsinin güclənməsi və ya zəifləməsi yəqin ki,Yerin iqliminin ciddi və uzun müddətli
dəyişməsində mühüm rol oynayır.
Dünya okeanı həm də maddələrin iri akkumlyatorudur, onun suyunun tərkibində həll olmuş halda 50·10
15
ton maddə mövcuddur. Suyun duzluluq dərəcəsi məkanca artsa da kimyəvi tərkibi dəyişmir.
182
Okean özündə asılı maddə halında və canlı formalarda məhlul halında 4·10
12
ton karbon saxlayır. Quruda,
canlı orqanizmlərdə, torpaqda və parçalanan üzvi maddələrdə karbonun miqdarı bundan təxminən 20 dəfə azdır.
Dostları ilə paylaş: |