MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
səhifə302/751
tarix28.12.2021
ölçüsü4,78 Mb.
#16756
1   ...   298   299   300   301   302   303   304   305   ...   751
 

 

10.1. Okean və dəniz ekosistemləri 

Dünya okeanı Sakit, Hind, Atlantik və Şimal Buzlu okeanlarından ibarətdir.  



Sakit okean. Dənizlərlə birlikdə sahəsi 178,7 mln.km

2

  təşkil edir, orta dərinliyi – 3976 m, maksimum 



dərinliyi – 11022 m-dir (Mariann novu). Mineral resursları neft və qazdan ibarətdir. Dəniz sahəsi krab, suiti, 

yosunlar və mirvaridən təşkil olunmuşdur.  

Sakit okeanda sualtı aləmin çox müxtəlif nümunələri olan dünyada ən iri balıqlara (kit akulası), uçan 

balıqlara, dəniz şirlərinə, kalmarlara burada rast gəlinir.  

Tropik enliklərdə 2000-dən artıq, Uzaq Şərq dənizlərində isə 800-ə qədər balıq növü yaşayır. Dünyada əldə 

edilən balıq və dəniz məhsullarının 50%-indən çoxu bu regionların payına düşür. Sakit okean riflərində yüzlərlə 

mərcan növləri məskunlaşır.  

Turizmin inkişafı,  ətraf mühitin çirklənməsi Sakit okeanın təbii balansını  və ekosistemlərini təhlükə altına 

alır.  

Hind okeanı.  Ərazisi 76,17 mln. km

2

, orta dərinliyi 3711 m, maksimum dərinliyi 7729 m (Zanus novu) 



təşkil edir. Okeanın şimal hissəsinin iqlimi musson tiplidir. Tropik və subtropik enliklərin cənub hissəsində pas-

satlar, mülayim enlikdə böyük gücə malik olan tsiklonlar üstünlük təşkil edir. Suyun səthində temperaturu 20

0

C-

dən yuxarı, cənub hissədə isə 0



0

C-dən aşağıdır.  

Okean sularında heyvanat aləminin müxtəlif nümayəndələri yaşayır, bura mərcanlar, balıqlar (o cümlədən 

akula (ağ akulanın uzunluğu 11 m-ə çatır), kitlər (balinalar), tısbağalar, meduzalar daxildir. Hazırda yallı tim-

sahlar sıradan çıxmaq təhlükəsi altındadır. Balıqçılıq əsasən sahilyanı zonada inkişaf tapmışdır.  


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   298   299   300   301   302   303   304   305   ...   751




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin