Antropogen şəkli-dəyişmiş landşaft kateqoriyasına olduqca yüksək dərəcədə transformasiyaya uğramış
landşaftlar daxildir. Bu landşaftlar bir tərəfdən təbii sistem kimi idarə olunur, digər tərəfdən isə insan fəaliyyə-
tindən son dərəcə asılıdır. Bu kateqoriyaya öncə landşaftların kənd təsərrüfatı ilə əlaqədar dəyişilmiş landşaftlar-
tarlalar (suvarılan və suvarılmayan), dirriklər, bağlar, plantasiyalar və müxtəlif tipli otlaqlar daxildir. Bura
həmçinin məqsədyönlü oduncaq əldə etmək üçün salınmış meşəliklər, mühafizə olunan rekreasiya əraziləri, ilk
növbədə parklar aiddir.
Dostları ilə paylaş: |