Subboreal qurşaq əsas etibarilə daha cavan torpaq zonalarını əhatə edir. Bu zonalar buzlaqlar dövründən
sonra və ya bir qədər əvvəl pliosendə formalaşmışdır. Torpaq örtüyü də cavan olmasilə xarakterizə olunur. Sub-
boreal qurşaq Şimali Amerika, Şərqi Avropa, Mərkəzi və Şərqi Asiyada yayılmışdır. Orada əsasən bozqır, ya-
rımsəhra və səhra torpaqları formalaşır. Bu torpaqlarda gedən əsas proseslər: humusun toplanması, karbonatların
toplanması, cənub hissədə isə duzların toplanmasıdır. Aşınma prosesi çox zəif gedir.
Boreal qurşağın səhra zonaları Afrika, Avstraliya, Mərkəzi və Orta Asiyada geniş əraziləri tutur, Cənubi
Amerikada isə az sahədə yayılmışdır. Alimlərin fikrincə «əsl səhralar» abiotikliyi ilə və hər il yağışın düşməmə-
si ilə seçilir. Belə səhralara Saxara, Atakama və Ərəbistan yarımadasının səhraları aiddir. Burada fiziki aşınma
üstünlük təşkil edib xarakterik torpaq prosesləri müşahidə olunmur. Hər il az da olsa yağıntı (100 mm-ə qədər)
düşən səhralarda torpaqəmələgəlmə prosesi zəif gedir (Orta və qismən Mərkəzi Asiya, Cənubi Amerikanın 40
dərəcə cənub enliyindən cənubda). Çox vaxt başdan-başa torpaq örtüyü olmur.
Subboreal torpaqəmələgəlmə prosesində qonur-meşə; prerilərin qaratorpağa bənzər; bozqırların qara; quru
bozqırların şabalıdı; yarımsəhraların qonur; səhraların boz-qonur torpaqları formalaşmışdır.
Boreal qurşaq daxilində torpaqlar tayqa meşələri və bataqlıqları altında formalaşmışdır. Bəzi torpaqların yaşı
5-10 min illə hesablanır. Boreal qurşaqda torpaqəmələgəlmə prosesi sialit tipli gilin iştirakı ilə, yüksək rütubət-
lik şəraitində xeyli intensiv gedir. Aşınma prosesi zəifdir. Əsas proseslər humusun və torfun toplanması, bataq-
laşma, podzollaşma, qleyləşmə və kriogenez hesab olunur.
Boreal torpaqəmələgəlmə prosesində aşağıdakı torpaq tipləri formalaşır: Subqütb otlu meşələr və çəmənləri
altında çimli-kobudhumuslu və çimli-torflu; şimali tayqa meşələri və seyrəkliklərinin qleyli-donuşlu-tayqa və
açıq sarı və donuşlu-tayqa karbonat qalıqlı; şimali tayqanın qleyli podzollaşmış və podzollu-illüvial-humuslu;
orta tayqanın podzollaşmış və podzol; Cənubi Tayqanın və yarpaqlı-iynəyarpaqlı meşələrin çimli-podzollaşmış;
iynəyarpaqlı-enliyarpaq və enliyarpaq meşələrin turş meşə podzollaşmamış; və boz-meşə torpaqları.
Dostları ilə paylaş: |