meşələrin intensiv qırılması və yanması nəticəsində baş verir. Məsələn, Madaqasqarda nadir faunanın 90%-i,
Himalay dağlarının ətəklərində və Yeni Kaledoniyada (bitkilərin 83%-i endemik təşkil edir) rütubətli tropik me-
şələr məhv edilmişdir. Meşələrin məhv edilməsilə çay, bataqlıq, dağ, səhra ekosistemləri də dağılır (pozulur) və
onların BM-i fasiləsiz azalır.
Tropik meşələrin məhv edilməsi indiki tempdə (il ərzində məhv edilən meşələrin sahəsi İsveçrənin sahəsini 4
dəfə keçir) qalarsa 2015-ci ilə qədər 4-8%, 2040-cı ilə qədər isə 35% növün sıradan çıxması gözlənilir. Mütəxəs-
sislərin fikrincə belə halda 25 il ərzində Yer yzərində mövcud olan növlərin 15%-i məhv edilə bilər.
Ayrı-ayrı növlərin düşünülməmiş iqlimləşdirilməsi ekosistemin keyfiyyətinin dəyişməsinə səbəb olur, belə
ki, iqlimə uyğunlaşdırılan növ yeni yerdə özünün təbii düşmənlərini tapmayaraq intensiv artır və digər növləri
sıradan çıxarır. Belə halda iqlimləşdirmə BM-i azaldır.
343
«Bioloji müxtəlifliyin qlobal qiymətləndirilməsinə» (Glolal Biodivercity Assessment, UNEP, 1995) görə 30000-
dən çox heyvan və bitki növünün məhv olma təhlükəsi yaranmışdır. İndiki yüzillik ərzində məməli heyvan növlərinin
məhv olma sürəti geoloji keçmişdə qeyd olunan maksimum məhv olma sürətindən 40 dəfə yüksəkdir. Son 400 ildə
Dostları ilə paylaş: |