1. Yaddaşın növləri
2. Yaddaşın idarə olunması
Əməli yaddaş (RAM) haqqında
Yaddaş növləri:
Yaddaş növü
Verilənlərin saxlanılması Açıqlama
RAM
Müvəqqəti yaddaş
Random Access Memory
CMOS
Müvəqqəti yaddaş
Complementary Metal Oxide Semiconductor
ROM
Daimi yaddaş
Read Only Memory
PROM
Daimi yaddaş
Programmable ROM
EPROM
Daimi yaddaş
Erasable Programmable ROM
EEPROM
Daimi yaddaş
Electronically Erasable Programmable ROM
FLASH
Daimi yaddaş
Cədvəldə yerləşdirdiyimiz digər yaddaş növləri haqqında gələcək məqalələrimizdə söhbət
açaçağıq.
RAM – əməliyyat vaxtı istifadə olunan verilənlərin saxlandığı yaddaşdır (Əməli Yaddaş).
Daimi yaddaş kimi istifadə oluna bilməz. Performans baxımından keyfiyyətli və kifayət həcmdə
RAM-a sahib olmaq çox əhəmiyyətlidir. RAM həcmləri MB və GB-larla ölçülür.
RAM necə işləyir:
RAM bir “Excell” cədvəli kimi hazırlanmışdır. Yaddaş bölümləri ünvanlanarak ünvanə
yazma və ünvandən oxuma əməliyyatları həyata keçirir. İstifadə olunmayan proqram və
verilənlər daimi yaddaşda (HDD-Sərt disk, USB yaddaş və s.) saxlanılır. Tələb olunduğunda bu
proqram və ya verilənlər RAM-a kopyalanır və işlənir.
CPU (Central Processing Unit – Mərkəzi Prosessor) RAM-a digər yaddaş növlərindən
daha tez müraciət edə bilir, bunun üçün də proqramların və verilənlərin RAM-a kopyalanması
ehtiyacı duyulur. Əgər işlədilən proqram RAM-dan böyükdürsə bu proqram RAM-a müəyyən
zaman aralıqlarında hissə-hissə kopyalanır.
RAM-ların quruluşu:
Yaddaş çipləri kiçik bir PCB üzərində yerləşdirilir. Bu PCB-lər istifadə sahələrinə görə
müxtəlif ölçülərdə ola bilərlər.
SPD (Serial Presence Detect): PCB üzərində yerləşən bu çip sistem BIOS-una RAM
haqqında məlumat verər. RAM-ın dəstəklədiyi işləmə sürətləri, gecikmələr və digər
xüsusiyyətlər burada profillər halında qeyd olunur. Bundan başqa istehsalçı, istehsal tarixi və
seriya nömrəsi kimi məlumatları da bu çip özündə saxlayır.
Module key (yuva) RAM-ın anakarta sehf qoşulmamasını təmin edir. PIN-lər hər RAM
növünə görə müxtəlif saylarda ola bilər.
Dostları ilə paylaş: |