484 heyvan və 654 bitki növü sıradan çıxmışdır.
Müasir dövrdə bioloji müxtəlifliyin sürətlə azalmasının səbəbləri aşağıdakılardır:
-
Əhalinin sürətlə artımı və iqtisadiyyatın inkişafı – bütün orqanizmlərin həyat şəraitində və Yerin ekoloji
sistemində böyük dəyişiklik yaradır.
-
Təbii resursların istismarı və kənardan gətirilən növlərin introduksiya olunmasının təsirilə uzun müddətli
nəticələrin nəzərə alınmaması.
-
Bazar iqtisadiyyatı bioloji müxtəlifliyə və onun itirilməsinə həqiqi qiymətin verilə bilməməsi.
-
Əhalinin miqrasiyasının yüksəlməsi, beynəlxalq ticarətin və turizmin artması.
-
Təbii suların, torpağın və havanın çirklənməsinin güclənməsi və geniş yayılması.
Son 400 ildə heyvan növlərinin tükənməsinin bilavasitə əsas səbəbləri aşağıdakılardır:
1)
Yeni növlərin introduksiyası və bununla əlaqədar yerli növlərin sıxışdırılması və məhv edilməsi (itirilən bütün
növlərin 39 faizi).
2)
Yaşayış yerinin dağıdılması, heyvanların yaşadığı yerlərin itirilməsi, deqradasiyası, fraqmentasiya (bü-
tün itirilən növlərin 36 faizi).
3)
Nəzarətsiz ov (23%).
4)
Digər səbəblər (2%).
Genetik biomüxtəlifliyi saxlamağın vacibliyi əsas aşağıdakı səbəblərdən irəli gəlir.
-
İlk öncə – etik səbəb, zərərli və xoşagəlməz olmasından asılı olmayaraq bütün növlərin yaşamağa haqqı
vardır. Bu müddəa (tezis) BMT Baş Assambleyinin qəbul etdiyi «Təbiətin ümumdünya xəritəsındə» yazılmış-
dır.
-
Təbiətlə, onun gözəlliyi və müxtəlifliyi ilə zövq almaq da yüksək qiymətə layiqdir, lakin bu qiymətin
miqdar göstəricisi yoxdur.
-
Müxtəliflik – bu həyat forması təkamülünün əsası hesab olunur. Növ və genetik müxtəlifliyin aşağı düş-
məsi Yer üzərində həyat formasını, bununla da onun gələcək təkmilləşməsini qırır (pozur).
-
Bioloji müxtəlifliyin qorunub saxlanması ciddi iqtisadi fayda kəsb edir, belə ki: 1) yabanı canlı təbiət ev
bitki və heyvanlarının seleksiyası üçün mənbə, həmçinin genetik rezervuar (ehtiyat) olub sortların yeniləşməsi
və davamlığını saxlamaq üçün vacibdir. 2) yabanı təbiət dərmanların mənbəyidir – dərmanların 25-40%-i özün-
də təbii bioloji komponent saxlayır.
BM-in növ səviyyəsində qorunması bahalı və çətin yoldur, bu yalnız ayrı-ayrı növlər üçün mümkün olub
Yerdəki həyatın bütün zənginliklərinin qorunmasını təmin etmir, odur ki, BM-in qorunması strategiyasının əsas
istiqaməti ekosistem səviyyəsində elə aparılmalıdır ki, ekosistemlərin planlı şəkildə idarə olunması BM-in üç
iyerarxik səviyyədə qorunmasını təmin etsin. BM-in ekosistem səviyyəsində qorunmasının ən effektiv və nisbə-
tən qənaətli (faydalı) üsulu qorunan ərazilər (qoruqlar, yasaqlıqlar, milli parklar və s.) hesab olunur.
Dostları ilə paylaş: |