Hərəkətedən qumların bərkidilməsi.
Ağac əkməklə qumluqların bərkidilməsindən müxtəlif bioiqlim zonalarında geniş istifadə olunur. Boreal,
subboreal və subtropik qurşaqların humid vilayətlərində müxtəlif şam növlərindən istifadə edilərək bərkidilmiş
qumlar geniş yayılmışdır.Bu ağaclıqların altında ilkin podzollaşma əlamətləri olan yuxa torpaqlar formalaşır.
Torpağın yaşı artdıqca podzollaşma prosesinin əlamətləri güclənir. Antropogen qumlu turş zəif podzollaşmış
torpaqlar Baltik və Şimal dənizi sahillərinin qum təpələrində və Baskay körfəzi düzən qumlu sahillərində geniş
yayılmışdır.
Subarid və arid vilayətlərində qumlar ot, kol və ağac bitkisi ilə bərkidilir. Belə işlər Orta Asiyanın qum səh-
ralarında da geniş aparılır və primitiv səhra qumlu torpaqların formalaşması müşahidə olunur.
Abşeron yarımadasında Xəzər sahili qumlarında əkilən ağac və kolluqların altında da primitiv torpaqəmələ-
gəlmə prosesi müşahidə edilir.
Dostları ilə paylaş: |