Bitki örtüyünün bioloji müxtəlifliyinin pozulması və ya məhv edilməsi ilə əlaqədar respublikamızın bəzi
çalışaq.
Kiçik Qafqazın şimal yamacında vaxtilə məhsuldar iberiya palıdı meşələri yayılan aşağı dağ-meşə
qurşağının yerində hazırda çox yerdə kserofil qaratikan kolu üstünlük təşkil edən müxtəlif şiblək qruplaşmaları
formalaşmışdır. Bunun əsas səbəbi oradakı palıdlıqların məhv edilməsi, ərazinin kənd təsərrüfatı bitkiləri altında
və örüş kimi istifadə olunmasıdır. Meşəsizləşdirilmiş ərazilər yamacların baxarından və meylliliyindən asılı ola-
raq bu və ya digər dərəcədə eroziyaya uğramışdır. Belə sahələrdə antropogen təzyiq dayandırılarsa ilkin BM-in
bərpası prosesi konkret sahədə BM-in pozulma dərəcəsindən, onun fiziki-coğrafi yerləşməsindən (dəniz
səviyyəsindən yüksəkliyindən, yamacın cəhəti və dikliyindən), torpağın pozulma dərəcəsindən və s.-dən asılıdır.
Məs. Meşəsizləşdirilmiş dik yamaclarda palıd meşələrinin yerində formalaşan ikinci dərəcəli ağac cinslərindən
(əsasən dəmirqara) ibarət ağaclıqları mal-qaradan mühafizə etmək yolu ilə tədricən ilkin palıd meşəsini bərpa
etmək olsa da, onun BM-ni olduğu kimi qaytarmaq mümkün deyildir.
347
Qaratikan üstünlük təşkil edən güclü dərəcədə eroziyaya məruz qalmış sahələrdə biosenoz (bitki novləri,
heyvanat aləmi, mikroorqanizmlər) tamamilə pozulduğundan, biotop (torpaq) itirildiyindən ilkin BM-yi
(məhsuldar palıd meşələrini) bərpa etmək qeyri-mümkündür. Belə sahələrdə yerli ağac növlərinin əkini yaxşı
nəticə vermir, burada mövcud biotopa uyğun ağac növlərinin (eldar şamı, krım şamı, saqqızağac, ardıc,
söyüdyarpaq armud) becərilməsi məqsədə uyğundur.
Qoruqlar, yasaqlıqlar və milli parklar bioloji müxtəlifliyin qorunmasında mühüm rol oynayır. Lakin təəssüflə qeyd
etmək lazımdır ki, respublikamızdakı xüsusi mühafizə olunan ərazilərdə də təbii ehtiyatlar lazımi səviyyədə qorunmur.
Qoruq və yasaqlıq ərazilərində qanunsuz kəsilən ağaclara tez-tez rast gəlinir. Göygöl, Zaqatala, İlisu, İsmayıllı qoruqlarında
meşənin yuxarı sərhədi yay otlaqları kimi istifadə olunur. Qarayazı, Türyançay, Pirqulu qoruqlarında, həmçinin şəhər,
qəsəbəətrafı yaşıl zonalarda, Yalama kurort meşə sahəsində isə ilboyu mal-qara otarılır. Bunun nəticəsində meşə
ekosistemlərinin bioloji müxtəlifliyi bu və ya digər dərəcədə deqradasiyaya uğramışdır.
Azərbaycan Respublikasının ekoloji baxımdan dayanıqlı sosial-iqtisadi inkişafa dair Milli Proqramında bi-
oloji müxtəlifliyin qorunması probleminin həllinin aşağıdakı əsas strateji istiqamətləri irəli sürülür:
– biomüxtəlifliyin qorunmasına yönəldilmiş bütün beynəlxalq konvensiyalara və digər ölkələrarası və re-
gional müqavilələrə qoşulmaq;
– bioloji müxtəlifliyin əhəmiyyətli komponentlərinin müəyyənləşdirilməsi və onların qorunması üçün əlavə
tədbirlərin hazırlanması və həyata keçirilməsi;
– biomüxtəlifliyin vəziyyətinin monitorinqi üçün ölkə flora və faunasının Qırmızı və Yaşıl kitablarının tərtibi və
yeniləşdirilməsi;
– xüsusi mühafizə olunan ərazilərdə müxtəlif qoruma statusuna malik olan bitki və heyvanat aləminin
bərpası üçün müvafiq şəraitin yaradılması;
– nadir və kökü kəsilmək təhlükəsi olan bitki və heyvan növlərinin genofondunun qorunmasının təmin edilməsi və
onları xüsusi qorunan təbii ərazilərdə, nəbatat bağlarında, zooloji parklarda saxlanılması üçün şəraitin yaradılması;
– biomüxtəliflik üçün təhlükənin və bunun nəticəsində ilk növbədə təsir altına düşə biləcək təbii bitki və heyvan
növlərinin proqnozlaşdırılması;
– biomüxtəlifliyin qorunması məqsədilə Milli parkların yaradılması. Qeyd edək ki, son iki il ərzində 5 Milli park
yaradılmışdır. Yeni Milli parkların yaradılması üzrə işlər davam etdirilir.
Dostları ilə paylaş: