417
İnformasiya amilinin ekologiyada xüsusi əhəmiyyəti vardır. İnformasiya alınmasının səmərəli sistemi olma-
dan müasir cəmiyyətin ekoloji ziddiyyətlərinin həlli mümkün deyildir. İnformasiya dairəsi fəaliyyətin elə sahə-
sidir ki, yalnız onun vasitəsilə ekoloji ziddiyyətlərin qapalı dairəsini qırmaq mümkündür.
İnformatika (fr. İnformation – informasiya və automatique - avtomatika) – elmi-texniki fəaliyyət sahəsi olub,
informasiyanın (informasiya texnologiyası)alınması xüsusiyyətlərini, ötürülmə texnologiyasını təhlil və saxlan-
masını öyrənir.
İnformasiya maddələr və enerji ilə yanaşı ümumi xarakter daşıyır. Ekoloji problem müvafiq olaraq mövcud
informasiya aspektinə malikdir. Bura aşağıdakı bir çox məsələlər daxildir:
– təbii mühitin dəyişdirilməsinin informasiya səbəblərinin öyrənilməsi, biosfer hadisə və proseslərində infor-
masiya səbəblərinin pozulması;
– təbii mühitin vəziyyəti, ona antropogen təsir, mühitin çirklənməsi, ehtiyatların tükənməsi və s. haqqında
informasiyanın alınması;
– cəmiyyətin davamlı inkişafını təmin etmək üçün yeni elmi və texnoloji informasiyanın axtarılması və i.a.
Sadalanan məsələlər bütövlükdə ekoloji informatikanın predmet sahəsini müəyyən edir. Ekoinformatikada
geoekoinformatika və sosioekoinformatika bir-birindən fərqləndirilir.
Geoekoinformatika təbiətdən istifadənin səmərəliyini artırmaq və təbii mühitin vəziyyətinə nəzarət məqsədi-
lə biosfer və ekoloji tədqiqatların informasiya təminatını yerinə yetirir.
Hazırda biosferə dair informasiyanın böyük hissəsi Yerin süni peykləri vasitəsilə alınır. Bu halda landşaftın
elementləri, bitki örtüyü, çirklənmiş ərazilər və s. daha aydın görünür.
Lakin peyk məlumatları Yerdəki müşahidələri tamamlamalıdır. Yerdə müşahidələrin inkişafı üçün stasionar
və ekspedisiya tədqiqatları vacibdir. Bundan ötrü bütün ölkə daxilində təbii mühitin vəziyyətini müşahidə edən,
analiz və proqnozunu verən xüsusi informasiya sistemi, yəni milli monitorinq sistemi təşkil edilməlidir.
Qlobal səviyyədə təbii mühitin vəziyyəti üzərində nəzarət BMT strukturları vasitəsilə həyata keçirilir. BMT-
nin ətraf mühitə dair proqramına – YUNEP – uyğun olaraq üç əsas bölmə – ətraf mühitin monitorinqinin qlobal
sistemi (ƏMMQS), potensial toksiki kimyəvi maddələrin Beynəlxalq registri (PTKMBR) və ətraf mühitə dair
beynəlxalq informasiya sistemi – (İNFOTERRA) müəyyən edilmişdir.
Cəmiyyətin təbii mühitlə ekoloji qarşılıqlı əlaqəsinin məzmun və forması təbiət haqqında əldə edilmiş bilik-
lər və təbiətdən praktiki istifadə ilə müəyyən edilir. Bütün bunlar sosioekoinformatikanın məzmununu təşkil
edir. Bura elmi informasiyanın inkişaf problemləri də daxil edilir. Belə ki, son nəticədə elmin əsas funksiyası
cəmiyyətin həyat fəaliyyətinin müxtəlif tərəflərini təmin etmək üçün lazım olan informasiyanı əldə etməkdir.
Müxtəlif biliklər məcmusu bəşəriyyətin tarixi təcrübəsinin və elmi-texniki biliklərin toplandığı inkişafda olan
informasiya sisteminin əsasını təşkil edir. Elmin sürətli inkişafı nəticəsində bu informasiyanın həcmi fasiləsiz
olaraq artır.
Lakin bununla belə, yeni informasiyanın alınması çətinlikləri də çoxalır.
Onlar ilk növbədə insanın informasiyanı qəbulu və analiz etmək kimi təbii imkanlarının məhdudluğundan;
Yer şəraitində mikro-və meqadünya haqqında informasiya əldə etmək üçün şəraitin olmamasından irəli gəlir.
Təbiətşünaslığın predmetinin makrodünya hüdudlarından kənara çıxması nəticəsində yeni elmi informasiya-
nın alınması üçün iri sənaye müəssisələrinin ölçülərinə bərabər eksperimental qurğuların tikilməsi tələb olunur.
Belə ki, elementar hissəciklər fizikası sahəsində fundamental nailiyyətlər elementar hissəciklərin nəhəng sürət-
ləndiricilərsiz, astrofizika sahəsində isə radio və optik teleskoplarsız mümkün deyildir. Digər tərəfdən, elmi eks-
perimentlər texnikasının inkişafına baxmayaraq, bir çox tədqiqatların Yer şəraitində aparılması qeyri-mümkün-
dür, ona görə də elmi laboratoriyaların kosmos şəraitində genişləndirilməsinə ehtiyac yaranır.
XX əsrdə elmi işçilərin sayı, elmi tədqiqatlara çəkilən xərclər eksponensial əyri üzrə artmışdır. Bu, cəmiyyə-
tin həyatında elmin əhəmiyyətinin artmasını göstərir. Lakin həmin əyri elmi informasiyanın əldə edilməsinin çə-
tinləşdiyini göstərir, buna az diqqət yetirilir.
Mövcud vəziyyətdən çıxış yolu elmi fəaliyyətin geniş informatizasiyalaşdırılması, informasiya texnologiya-
sının elmi tədqiqatların bütün mərhələlərində tətbiq edilməsidir.
Elektrik hesablama maşınları olmadan, kompüterlərsiz elmin bir çox istiqamətləri, məsələn, elementar hissə-
ciklər fizikası, kosmik tədqiqatlar və s. ağılasığmazdır.
Müasir elmi və sosial problemlərin həllində informasiyanın əhəmiyyətinin dərk edilməsi postindustrial, in-
formasiya cəmiyyəti anlayışının yaranmasına gətirib çıxarmışdır. İnformasiya və bilik strateji ehtiyata çevrilə-
rək, cəmiyyətdə xeyli sosial dəyişikliklərə səbəb olur. Əgər aqrar cəmiyyətdə iqtisadi fəaliyyət kifayət qədər qi-
da istehsalı ilə bağlıdırsa, burada məhdudlaşdırıcı amil münbit torpaqdırsa, sənaye cəmiyyətində – əmtəə isteh-
salı ilə bağlı olub, məhdudlaşdırıcı amil isə kapitaldırsa, informasiya cəmiyyətində iqtisadi fəaliyyət – informa-
siyanın alınması və insanların həyatının keyfiyyətini və istehsalın başqa formalarının effektliyini artırmaq məq-
sədilə tətbiqidir. Məhdudlaşdırıcı amil burada biliklərdir.
İnformasiya texnologiyasının kütləvi tətbiqi ilə cəmiyyətlə təbiət arasında qarşılıqlı münasibətlərin ekstensiv
tipindən intensiv tipinə keçid üçün real imkanlar yaranır. Bu zaman ictimai istehsala cəlb olunmuş təbii ehtiyat-
418
lardan
səmərəli istifadə edilməsi, az enerji və metal tutumlu texnikanın, alternativ texnologiyanın yaradılması və
ətraf mühitə atılan tullantıların azaldılması nəzərdə tutulur.
Lazımlı geoekoinformasiyanın vaxtında alınması ekoloji monitorinqin funksiyasını, müşahidə sistemini, ana-
liz və proqnozu özündə birləşdirən ekoloji xidmət həddinə qədər genişləndirməyə imkan verir. Bütün bunlar
şübhəsiz ki, cəmiyyətin təhlükəsiz inkişafını təmin edəcək, insanların həyat səviyyəsini və keyfiyyətini yüksəl-
dəcəkdir. İnformasiya cəmiyyəti bu halda, informasiya-ekoloji cəmiyyət cizgiləri əldə edir.
İnformasiyalaşdırma cəmiyyətin təkcə sosial, mədəni və iqtisadi deyil, onun mövcudluğunun ekoloji zəminini
də dəyişir. İnformasiya texnologiyasının insan fəaliyyətinin müxtəlif sahələrində sürətlə tətbiqi təbiətdən istifa-
dənin intensiv tipinə keçidi şərtləndirmişdir. Bu, bizə informasiya -ekoloji dövrün artıq başlandığını söyləməyə
imkan verir.
Dostları ilə paylaş: