C. Q. Nuriyev, Ə. T. Əsgərov, Z.V.Əhmədov (2003) «Ekologiya hüququ» haqqında yazdıqları dərslikdə
respublikamızda ekologiya ilə bağlı bütün hüquqi məsələlərin şərhi verilmişdir. Kitabda ekologiya hüququnun
əsas mənbəyi – səlahiyyətli dövlət orqanları tərəfindən qəbul edilən normativ hüquqi aktlar (qanunlar, qərarlar,
təlimatlar və s.) olduğu göstərilir. Ekoloji hüququn mənbələrinə aşağıdakılar aid edilir: Azərbaycan Respublika-
sının tərəfdar çıxdığı Beynəlxalq müqavilələr, AR Konstitusiyası, AR-nın Milli Məclisinin qəbul etdiyi qanun-
lar, məcəllələr, qərarlar, AR Prezidentinin qərarları, AR Nazirlər Kabinetinin qərarları, müxtəlif nazirliklərin və
Baş idarələrin təlimatları və digər normativ aktlar, İcra Hakimiyyəti orqanlarının qanun quvvəli normativ hüquqi
aktları. Onların arasında hər şeydən əvvəl AR –ın Konstitusiyasını və ekoloji münasibətləri tənzimləyən ən mü-
hüm normativ hüquqi aktları ayırmaq lazımdır. Belə normativ hüquqi aktlar içərisində baza rolunu oynayan
«Ətraf mühitin mühafizəsi haqqında» Azərbaycan Respublikasının Qanunudur. Bu qanun ətraf mühitin keyfiy-
yətinin yaxşılaşdırılması, təbii ehtiyatların səmərəli istifadəsi və bərpası, ətraf mühitin mühafizəsi sahəsində qa-
nunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi məqsədilə cəmiyyətlə təbiətin qarşılıqlı əlaqəsini tən-
zimləyir. Böyük qrup normativ hüquqi aktları təbii komplekslərin – torpaq, meşə, su, yerin təki, xüsusi mühafi-
zə olunan təbiət əraziləri və s., həmçinin təbii ehtiyatların ayrı-ayrı növlərinin hüquqi rejimini nizama salan qa-
nunlar təşkil edir. (Nuriyev, Əsgərov, Əhmədov, 2003, səh- 17).
Təbii ehtiyatlara mülkiyyət hüququ AR-in Konstitusiyası, Mülki Məcəlləsi və ekoloji qanunvericiliyin aktları
ilə tənzimlənir. O, təbii ehtiyatların mənsubiyyətini möhkəmlədən hüquqi normaların məcmusu olub, onların əl-
də edilməsi şərtlərini tənzimləyir, onlarla sahibkarlıq, istifadə və idarəetmə qaydalarını həyata keçirir.
Dostları ilə paylaş: |