Trofik əlaqələr. Bir növün digər növun fərdinin hesabına (ya diri halda, ya ölü qalıqları, yaxud da həyat
fəaliyyəti məhsulu ilə) qidalanması zamanı baş verir. İynəcənin digər həşəratı uçan halda tutması, peyin qurdu
böcəyinin iri dırnaqlıların peyini ilə qidalanması, arının bitkinin nektarını toplaması onlara qida olan növlə
bilavasitə trofik əlaqəyə girməsi deməkdir.
Topik əlaqələr – bir növün həyat fəaliyyəti nəticəsində digər növün yaşayış şəraitinin istənilən fiziki və ya
kimyəvi dəyişməsi ilə xarakterizə olunur. Bu əlaqələr olduqca müxtəlifdir. Onlar bir növün digər növ üçün
mühit yaratması (məsələn, daxili parazitizmi və ya yuva kommensalizmi), substratın formalaşdırması ilə
əlaqədar digər növün nümayəndələri ya bura köçür, yaxud da əksinə suyun, havanın hərəkətinin təsiri, tempera-
turun, ətraf sahənin işıqlanmasının dəyişməsi, ayrılma (ifrazat) məhsulları ilə mühitin doyması və s. səbəbdən
köçməkdən çəkinir (imtina edir). Milçək sürfələrinin inək peyinində məskunlaşması, ağacın gövdəsindəki
şibyələr, onlar üçün substrat və ya yaşama mühiti sayılan orqanizmlərlə bilavasitə topik əlaqədə olurlar. Digər
orqanizmlər üçün mühit yaratmaq və ya mühiti dəyişməkdə bitkilər xüsusən böyük rola malikdir. Bitki örtüyü
enerji mübadiləsi xüsusiyyətinə görə yer səthində isitiliyin paylanması, mezo və mikroiqlimin yaranmasında
güclü faktor hesab olunur. Meşə çətiri altında meşəaltı kollar, ot örtüyü, həmçinin heyvanat aləmi, az dəyişən
(sabit) temperatur və yüksək rütubətlik şəraitində olur.
Ot örtüyü ətraf ərazinin rejimini az da olsa dəyişdirir. Bozqır şəraitində çim örtüyünün yanında ot olmayan
yerə nisbətən torpağın səthində temperatur 8-12
0
aşağı olur. Burada çoxlu xırda həşəratlar toplanır. Mənfi və ya
müsbət topik qarşılıqlı əlaqələr nəticəsində növun biri biosenozda digərlərinin yaşamasını təyin edir və ya
kənarlaşdırır.
67
Topik və tropik əlaqələr biosenozda olduqca böyük əhəmiyyət daşıyaraq onun mövcudluğunun əsasını
təşkil edir. Məhz bu əlaqə tipləri müxtəlif növdən olan orqanizmləri bir-birinin yanında saxlayır və onları
müxtəlif miqyasda kifayət dərəcədə sabit qruplaşmada cəmləşdirir.
Forik əlaqələr. Bir növün digər növün yayılmasında iştirakı deməkdir. Nəqletmə (daşıma) rolunda heyvan-
lar çıxış edir. Heyvanların bitki toxumlarını, sporlarını, tozcuqları bir yerdən başqa yerə aparması zooxoriy,
digər daha xırda heyvanları daşıması foreziya adlanır. Daşıma (nəqletmə) adətən xüsusi və müxtəlif
uyğunlaşmalar vasitəsilə həyata keçirilir. Heyvanlar bitki toxumlarını – passiv və aktiv üsullarla tutub saxlaya
bilər. Passiv tutmaq (ilişib qalmaq) heyvanın bədəninin təsadüfən bitkiyə toxunması ilə baş verir. Bitkinin tox-
umu və ya hamaş meyvəsi xüsusi ilişik qarmaq, tikan (üçbarmaq, pıtrax, fıstıq) heyvanın bədəninə (tükünə)
ilişərək aparılır. Toxumların belə yayılması ən çox məməli heyvanlarda (məs. qoyun) müşahidə olunaraq kifayət
qədər uzaq məsafələrə aparılır. Aktiv ilişmək üsulu – heyvanların (ən çox məməlilər və quşlar) bitkilərin meyvə
və giləmeyvəsini yeməklə baş verir. Həzm olunmayan toxumları heyvanlar peyinlə birlikdə ayırır. Göbələk
sporlarının aparılmasında həşəratların rolu böyükdür. Görünür göbələklərin meyvə gövdəsi yayıcı həşəratlar
üçün cəzbedicidir.
Dostları ilə paylaş: |