MəMMƏdov qəRİb xəLİlov mahmud


Şəkil 1. Ekologiyanın strukturu



Yüklə 4,78 Mb.
səhifə15/751
tarix28.12.2021
ölçüsü4,78 Mb.
#16756
1   ...   11   12   13   14   15   16   17   18   ...   751
 

Şəkil 1. Ekologiyanın strukturu 

 

Ekoologiya elminin inkişafı XX əsrin əvvəlinə təsadüf edir. Çünki təbiətin vəziyyəti bu əsrin 30-cu illərinə 



qədər ciddi təşviş doğurmurdu. Lakin II Dünya müharibəsindən sonra təbiətə, ətraf mühitə, təbii ehtiyatlara qarşı 

mənfi münasibət ilbəil gücləndiyindən ekologiya elmi tamamilə yeni, inkişafı zəruri sayılan elm sahəsinə çevrildi. 

Hazırda elmi-texniki tərəqqinin sürətlə inkişafı ilə əlaqədar təbii ehtiyatların mühafizəsi məsələlərinin həlli müasir 

ekologiyaya olan maraq dairəsini özünün qanuni bioloji sərhədindən çıxarmışdır. Bununla əlaqədar ekologiya 

elminin xüsusi sahələri meydana gələrək sürətlə inkişaf etməkdədir: bitkilərin ekologiyası, torpağın ekologiyası, 

coğrafi ekologiya, heyvan ekologiyası, mikroorqanizmlərin ekologiyası, suların, dənizlərin ekologiyası, 

atmosferin, hidrosferin ekologiyası, kənd təsərrüfatının, sənayenin, nəqliyyatın,  şəhərlərin ekologiyası, ekoloji 

biologiya, geokimyəvi ekologiya, mədəniyyət ekologiyası, sosial ekologiya və onun qolu olan insan ekologiyası, 




 

11

kosmik ekologiya və s. (Şəkil 2). Odur ki, son 30-40 il ərzində ekologiya yalnız biologiya elmləri deyil, həm bütün 



təbiət, həm də sosial və iqtisadi elmləri arasında populyar, tətbiqi elm sahəsinə çevrilmişdir. Bu göstərilən ekoloji 

sahələr ümumi ekologiyanın müstəqil bölmələri olub nəzəri və  tətbiqi ekologiyaya bölünür. Bir tədris kimi 

ekologiya 4 əsas bölməyə ayrılır: 1) antekologiya və ya faktorlar ekologiyası (ekoloji faktorlar haqqında təlim); 2) 

populyasiya ekologyiası, yaxud demekologiya; 3) ekosistem və ya qruplaşma ekologiyası, yaxud biosenologiya 

(biogeosenologiya); 4) biosfer haqqında təlim.  

Müasir ekologiyanın istiqamətinin digər təsnifatı 3 saylı şəkildə verilir. Biosfer ehtiyatlarından, planetimizin 

bütün təbii sərvətlərindən, həmçinin yaxın kosmik fəzadan səmərəli istifadə olunması və qorunması problemləri bu 

gün müharibə, sülh, ərzaq, ictimai və s. problemlərdən az əhəmiyyət daşımır. Buna görə  də ekologiya elmi 

qanunauyğun surətdə elmin ön sırasında durur.  

Elmi-texniki tərəqqi keyfiyyətcə yeni yüksək mərhələ kimi, söz yox ki, cəmiyyətə böyük fayda verir: əhalinin 

ümumi güzəranının inkişafına şərait yaradır, müasir metodlarla insan, heyvan və bitki xəstəliklərinin qarşısını alır, 

insanların ömrünü uzadır, uşaq ölümünün faizi getdikcə azalır. 

Lakin cəmiyyətdə sivilizasiyanın inkişafı bir sıra neqativ ekoloji hadisələrlə də nəticələnir: təbii ehtiyatlar 

tükənir, ətraf mühit hadisələrlə çirklənməyə məruz qalır, antropogen təzyiqin güclənməsi ilə təbii ekosistemlərin 

kasatlaşması (Yer üzərində bir çox bitki və heyvan növlərinin sıradan çıxması ilə əlaqədar)  və deqradasiyası 

nəticəsində biosferin buferliyinin (tarazlığının) pozulması müşahidə olunur və s. Bütün bu hadisələrin təzyiqi 

altında bəzən qlobal ekoloji böhran, ekoloji faciənin mümkünlüyü fikri meydana çıxır. 

Yuxarıda verilən tərifə görə bir elm kimi ekologiyanın qarşısında çox müxtəlif vəzifələr durur, onlar 

aşağıdakılardan ibarətdir: 

- həyat təşkilinin, o cümlədən təbii sistemlərə və bütövlükdə biosferə antropogen təsirlərlə əlaqədar onun 

qanunauyğunluqlarını tədqiq etmək; 

  

 




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   751




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin