MəMMƏdov qəRİb xəLİlov mahmud


 Biosferdə maddələrin kiçik (biogeokimyəvi) dövranı



Yüklə 4,78 Mb.
səhifə168/751
tarix28.12.2021
ölçüsü4,78 Mb.
#16756
1   ...   164   165   166   167   168   169   170   171   ...   751
6.2.2. Biosferdə maddələrin kiçik (biogeokimyəvi) dövranı 

Böyük dövrandan fərqli olaraq yalnız biosfer daxilində tamamlanır. Bu dövranın mahiyyəti fotosintez prosesində 

qeyri-üzvi maddədən canlı maddənin yaranması  və parçalanma zamanı üzvi maddələrin yenidən qeyri üzvi 

birləşmələrə çevrilməsindən ibarətdir.  

Biogeokimyəvi dövran biosferin həyatı üçün əsas sayılır və o, həyatın yaradıcısıdır. Canlı maddə dəyişərək, 

yaranaraq (doğularaq) və ölərək (məhv olaraq) planetimizdə həyatı saxlayır, biogeokimyəvi maddələr dövranını 

təmin edir.  

Maddələr mübadiləsinin enerjisinin əsas mənbəyi günəş radiasiyası sayılır, o, fotosintezi yaradır. Yer kürəsində bu 

enerji bərabər paylanmayıb. Məsələn, ekvatorda vahid sahəyə düşən istiliyin miqdarı Şpisbergen arxipelaqından (80

0

 ş.e.d.) 



üç dəfə çoxalır. Bununla yanaşı, istilik enerjisi əks olunma yolu ilə itir, torpaq tərəfindən udulur, suyun transpirasiyasına 

sərf olunur və s. (şəkil 6.5.), qeyd edək ki, fotosintezə bütün enenjinin 5%-dən artığı sərf olunmur (çox vaxt 2-3%).  

Bir sıra ekosistemlərdə maddə və enerjinin ötürülməsi əsasən trofik zəncir vasitəsilə yerinə yetirilir. Belə 

dövran adətən bioloji dövran adlanır (şəkil 6.5.). O, dəfələrlə trofik zəncirlərlə istifadə edilən maddələrin qapalı 

tsikli sayılır. Kiçik dövran, şübhəsiz, su sistemlərində, xüsusilə intensiv metabolizmi olan planktonda yer ala 

bilər, «yağışlı» tropik meşələr istisna olmaqla yer ekosistemlərində kiçik dövran olmur. Belə ki, kök sistemi 

səthə yaxın yerləşən tropik meşələrdə qida maddələrinin ötürülməsi «bitkidən bitkiyə» təmin oluna bilər. 

 



 

88


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   751




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin