Yağışlı tropik meşələrdə ağaclar üç yarus əmələ gətirir: 1) Seyrək yerləşən ən hündür ağaclar üst yarusu
işıq düşən sahələrdə sıx ağaclıq şəklində olur. Ot örtüyü və kollar praktiki olaraq olmur. Lakin çoxlu lianlar və
epifitlər mövcuddur. Növ müxtəlifliyi olduqca yüksəkdir – bir neçə hektar sahədə rast gəlinən növlərin sayı
bütün Avropanın florasında olan növlərin sayı qədərdir (Y.Odum, 1986). Bu meşələrdə ağac növlərinin sayı
170-dən çox, ot növləri isə 20-dən azdır. Yaruslar arası bitki növlərinin (lianlar, epifitlər və b.) sayı otlarla
birlikdə 200-300 və daha çoxdur (Şəkil 6.13).
Rütubətli tropik meşələr kifayət qədər qədim klimaks ekosistemləri sayılır, burada qida maddələrinin
dövranı mükəmməllik dərəcəsinə çatmışdır, onlar az itirilir və mutalistik orqanizmlərlə və ağacların dərinə
getməyən (çox hissəsi havada yerləşən) güclü mikorizalı kök sistemi vasitəsilə tez bioloji dövrana qoşulur.
Məhz buna görə kasıb torpaqlarda sıx meşə örtüyü yaranır.
növmüxtəlifliyi olub bəzi xarakterik əlamətlərinə görə fərqlənir. Dağ boyu yuxarı qalxdıqca meşə örtüyü
Yağışlı meşələrin digər növ müxtəlifliyinə çay dərələrinin subasar sahələrində rast gəlinib «qalereya» və ya
102
Mülayim qurşağın meşələrindən fərqli olaraq yağışlı meşələrdə heyvanların çox hissəsi
bitki örtüyünün üst
yarusunda yerləşir. Belə ki, Qayananın 59 məməli heyvan növünün 31-i ağaclarda yaşayır. Ağacda yaşayan
məməlilərdən başqa yağışlı meşələrdə çoxlu buqələmun (xamelyon), iquana, hekkonlar, ağac ilanları,
qurbağalar və quşlara rast gəlinir. Qarışqalar və düzqanadlılar, həmçinin gündüz kəpənəkləri və güvələr mühüm
ekoloji rol oynayır. Belə ki, Barro-Kolorado rayonunun 15 km
2
sahəsində, 20000-dən artıq həşərat təsvir
olunmuşdur, lakin Avropanın bu qədər sahəsində onların sayı cəmi bir neçə yüzə çatır. Tropik meşələrin iri
heyvanlarından ən məşhurları meymunlar, yaquarlar, qarışqayeyənlər, ərincək, kaquar, insanabənzər
meymunlar, kəl, Hindistan fili, kondor, karol keçəl kərkəsi, tovuzquşu, tutuquşu və b. göstərmək olar.
Heyvanların əsas qidası meyvə və termitlərdir.
Yağışlı meşələr məhv edilən yerlərdə çox vaxt törəmə tipli ağaclıq yaranır, onların tərkibinə iynəyarpaqlı
cinslər (Afrikada – Musanga; Amerikada – Cecropia; Malaziyada - Macoranga) daxil olur. Törəmə tipli meşə
çox sıx olub ilkin meşəlikdən ekoloji və floristik baxımdan fərqlənir. «Klimaks» meşə örtüyü çox tədricən bərpa
olunur. «Klimaks» vəziyyətinə çatmaq üçün uzunmüddətli suksessiya tsiklləri tələb olunur. Bu prosesi
tezləşdirmək məqsədilə xüsusi meşəçilik tədbirləri həyata keçirmək lazımdır.
Dostları ilə paylaş: