MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
səhifə360/751
tarix28.12.2021
ölçüsü4,78 Mb.
#16756
1   ...   356   357   358   359   360   361   362   363   ...   751
Шякил 12.3. Дцнйада 

торпагларын деграда-

сийа дяряъясиня эюря 

й


 

213


edilmişdir. Onun tədqiqatı göstərir ki, Böyük və Kiçik Qafqazın dağlıq hissəsində  məhəlli eroziya bazisinin 

dərinliyi 800-1600 m, bəzi yerlərdə isə daha çox olur. Məhz buna görə də burada eroziya prosesi şiddətli şəkildə 

gedir.  

Eroziya bazisinin dərinliyi Talışın dağlıq hissəsində 600-1000 m, Kür-Araz ovalığında, Talışın Xəzər sahili, 

Naxçıvanın Araz sahili düzənliyində və Abşeron yarımadasında 50 m təşkil edir. Talaçay, Muxaxçay, Kişçay, 

Kürmükçay, Şəmkirçay və başqa çay hövzələrində eroziya bazisi dərin olan yerlərdə səthi eroziya şiddətli gedir 

və yamacların qobu şəbəkəsi ilə parçalanması müşahidə edilir. Məhəlli eroziya bazisinin aşağı düşməsi 

nəticəsində yamacların meylliyi artır və  təzə qobuların  əmələ  gəlməsi ilə yanaşı olaraq sönmüş qobuların 

təzədən genişlənməsi başlayır. Məhəlli eroziya bazisinin dərinliyi ilə yanaşı olaraq səthi eroziyanın  şiddətli 

şəkildə getməsinə sahənin qobu və ya yarğan şəbəkəsi ilə parçalanması da böyük təsir göstərir. Bu, onunla izah 

edilir ki, ərazi qobu şəbəkəsi ilə parçalanmış olduqda səthi su axınının əmələ gəlməsinə şərait yaranır və bunun-

la əlaqədar olaraq torpaq tədricən yuyulur, münbitliyi azalır (F.Ə.Hacıyev, 1974).  

Eroziya prosesinin əmələ gəlməsinə sahənin geoloji quruluşu, torpaqların, süxurların mexaniki, mineroloji, 

kimyəvi tərkibi də böyük təsir göstərir. Yuxarıda göstərilənlərdən asılı olaraq torpağın su-fiziki xassələri, 

xüsusən su sızdırması  və sututumu dəyişir. Bununla yanaşı, torpağın kimyəvi tərkibi ana süxurun mineroloji

kimyəvi tərkibindən asılı olaraq dəyişir. Ana süxurun su-fiziki xassələri eroziya prosesinin şiddətli getməsinə və 

sürüşmələrin əmələ gəlməsinə ciddi təsir göstərir. Torpaq qatı altında su keçirməyən gilli süxurlar olduqda ero-

ziya şiddətli gedir və sürüşmə hadisəsi müşahidə edilir. Bunun əksinə, allüvial çöküntülər olan sahələrdə düşən 

yağıntılar tədricən torpağa hopur və sürüşmə prosesi baş vermir.  

Sərt süxurlar yayılmış sahələrdə qobu eroziyası zəif gedir. Bunun əksinə, aşınma prosesinə asanlıqla məruz 

qalan III dövrə aid duzlu və gipsli süxurlar yuyulma prosesinə tez düçar olur. Böyük Qafqazın ön hissəsində 

olan Qobustan, Ceyrançöl və III dövrə aid olan Bozdağın cənub yamaclarında asanlıqla yuyulan süxurların 

olması burada səthi və qobu eroziyasının geniş yayılmasına səbəb olmuşdur.  

Eroziya prosesinin inkişafına iqlimin də böyük təsiri vardır. Ümumiyyətlə, iqlimin, xüsusən atmosfer 

çöküntülərinin  torpaqəmələgəlmə prosesində rolu böyükdür. Quruya düşən yağıntının bir hissəsi buxarlanıb 

yenidən atmosferə qayıdır, qismən yerin səthi ilə axır, qismən də torpağa hopur. Yerin səthi ilə axıb gedən at-

mosfer çöküntüləri özləri ilə  aşınma məhsullarını aparır və bu zaman onları müəyyən dərəcədə  şorlaşdırır. 

Süxurların iri hissəsi adətən xeyli uzaqlara aparılır və suyun sürəti azalan kimi, bu süxurlar öz ağırlığı sayəsində 

dibə çökür və nəticədə daş, qum yığınları əmələ gəlir.  

Eroziya prosesinin əmələ  gəlməsi yağıntılar ilə  sıx  əlaqədardır. Belə ki, torpağı dağıdıb özü ilə aparan 

suyun miqdarı düşən yağıntıların miqdarından və formasından asılıdır. Respublikanın dağlıq hissəsində 

müşahidə edilən leysan yağışlarının intensivliyi, ümumiyyətlə, çox (dəqiqədə 10 mm-dən artıq) olur və bunun 

da nəticəsində sel hadisələri baş verir. Azərbaycanda şiddətli leysanlar Lənkəran zonasında və Böyük Qafqazın 

cənub yamacında müşahidə edilir. Ə.C.Əyyubovun (1962) məlumatına görə Böyük Qafqazın cənub yamacında 

bir gündə 50-60 mm miqdarda düşən leysanlar hər il və 80-100 mm miqdarda düşən leysanlar isə 20 ildə bir 

dəfə müşahidə edilir. Bu leysanlar çılpaq yamaclarda eroziya prosesinin şiddətli getməsinə və sel hadisələrinin 

baş verməsinə səbəb olur.  

Səthi su axınının  əmələ  gəlməsinə  və onun miqdarına torpağın su sızdırması böyük təsir göstərir. Su 

sızdırması yaxşı olan sahələrdə yağıntılar torpağa hopur və səthi su axınının əmələ gəlməsi müşahidə edilmir. 

Yüngül gillicəli, qumsal torpaqların su sızdırması yaxşı olduğu üçün eroziya prosesi zəif gedir. Bunun əksinə, 

ağır gillicəli torpaqlarda bitki örtüyü olmadıqda eroziya şiddətli gedir.  

Strukturlu torpaqlara atmosfer çöküntüləri düşdükdə dərhal torpağa hopur və gec buxarlanır, onun su tutumu 

yüksək, su, hava və istilik rejimləri  əlverişli olur. Strukturlu torpaqlarda aqreqat daxilində kapilyar və 

aqreqatlararası qeyri-kapilyar məsamələr vardır. Bu torpaqlarda mikrobioloji proseslər əlverişli şəraitdə gedir və 

bitkilərin kökləri həm üfiqi, həm də şaquli istiqamətdə inkişaf edərək torpaq hissəciklərini bağlayır və pozulub 

dalığmaqdan qoruyur. 

Azərbaycanın elmi – tədqiqat institutları və layihə təşkilatlarının məlumatlarına əsasən Respublika ərazisinin 

36,4% - i müxtəlif dərəcədə eroziya prosesinə məruz qalıb. Onun 14,1% - i zəif, 10,7% - i orta və 11,6% - i şid-

dətli dərəcədə yuyulmuş torpaqlardır. 

Respublikamızın ayrı – ayrı rayonlarında təbii şəraitdən və insanın təsərrüfat fəaliyyətindən asılı olaraq ero-

ziya prosesi müxtəlif formada və müxtəlif dərəcədə inkişaf edib.Belə ki, Mil – Qarabağ zonasında  ərazinin 

30,8% - i, Quba – Xamaz zonasında 48,2% - i, Abşeronda 40,3% - i, Naxçıvan MR – da 70,7 % - i, DQMV – də 

59,3% - i, Şirvanda 27,7 % - i, Şəki – Zaqatala zonasında 55,7% - i eroziyaya məruz qalıb. Düzən rayonlarında 

isə eroziya prosesi olduqca zəif gedir. 

Eroziya hadisəsi su eroziyası və külək eroziyası şəkilində baş verir.Dağlıq şəraitində yamaclarda əsasən su 

eroziyası daha geniş yayılıb.Burada eroziya prosesinin güclü getməsinin əsas səbəbləri dik yamaclarda meşələ-

rin qırılması və eroziyaya qarşı aqrotexniki tədbirləri həyata keçirmədən yamacların şumlanması, dağ – çəmən 

zonasında isə çim qatının dağıdılmasıdır. Belə sahələrdə yağmur suları torpağa hopa bilməyindən səthi su axımı 

əmələ gətirir və torpağı yuyub aparır, bir çox hallarda isə qobu və yarğanların əmələ gəlməsinə səbəb olur. Bu 



 

214


isə çay hövzələrində su rejiminin pozulması və sellərin baş verməsinə gətirib çıxarır. Bu cür arzu olunmayan ha-

la demək olar ki, ölkənin dağ rayonlarında rastlaşırıq . Böyük Qafqaz dağlarının şərq qurtaracağında axan çayla-

rın hövzələrində meşələrin yaxşı mühafizə olunmaması ilə əlaqədar olaraq eroziya prosesi daha intensiv gedir. 

Məsələn, Şamaxı rayonunda Qozluçay hövzəsində dağlar alçaq olub alp və subalp çəmənləri olmadığından hər 

il qoyun fermaları və qaramal meşə zonasında yerləşdirilir. Mal – qara burada otla birlikdə meşəaltı kolları və 

meşənin gələgək nəsli sayılan cavan ağacları və cücürtiləri tələf edir.Bununla da meşənin şərq sərhədində onun 

son qalıqları get – gedə sıradan çıxır.Bunun nəticəsində torpaq qatı dağılır, yarğanlar əmələ gəlir, çox yerdə sü-

rüşmələr baş verir. Odur ki,  son illər Qozluçay hövzəsində yağışlar zamanı dəhşətli sellər axır. Meşəsi az olan 

Şin,Kiş,Girdiman və Pirsaat çaylarında da dağıdıcı sellər müşahidə olunur.Qatex,Mazım və Balakən çaylarının 

hövzələrinin çox hissəsi Zaqatala dövlət qoruğunda yerləşdiyi üçün orada meşələr və subalp, alp çəmənləri yax-

şı mühafizə olunur. Buna görə də bu ərazidə eroziya prosesi zəif gedir, sel hadisələri az olur. Bu çayların su reji-

mi normal olur, suları isə həmişə şəffaf axır. Digər bir misal. Qax rayonu Sarıbaş kəndinin əhalisi meşənin əhə-

miyyətini yaxşı başa düşərək kəndə bitişik ərazidə olan qocaman palıd ağaclığını göz bəbəyi kimi qoruyur. Bu-

nun nəticəsində kənd sel hadisəsindən mühafizə edilir və meşə bərpa olunaraq öz keçmiş sərhədinə doğru irəli-

ləyir. 

Respublikamızın  bir çox subalp və alp yay otlaqlarında mal – qaranın sistemsiz və normadan artıq otarılması 

nəticəsində dağ – çəmən torpaqları başdan – başa eroziyaya məruz qalıb, ərazinin çoxu daşlı – qayalı sahələrə 

çevrilib. Bununla əlaqədar olaraq çəmənlərin məhsuldarlığı aşağı düşüb və ya otlaqlar tamamilə sıradan çıxıb. 

Belə sahələrə Qəbələ, İsmayıllı, Şamaxı, Quba, Gədəbəy, Daşkəsən, Kəlbəcər və Laçın dağlarında daha çox rast 

gəlmək olar. 

Respublikamızın torpaq örtüyünə külək eroziyası da böyük ziyan vurur. Bu növ eroziya prosesi əsasən Abşe-

ron yarımadasında, Qobustanda, Xaçmaz – Dəvəçi, Giləzi – Qaradağ – Ələt dəniz sahillərində, Ceyrançöl, Mu-

ğan və Mil çöllərində geniş yayılıb.Bu ərazilərdə külək eroziyası təsərrüfat sahələrinə hər il külli miqdarda zərər 

yetirir. Nəticədə torpaq qatı qida maddələrindən məhrum olub münbitliyini itirir, məhsuldarlığı dəfələrlə aşağı 

düşür və ya tamamilə istifadədən çıxır.Alimlərin hesablamaları göstərir ki, 2,5 sm qalınlığında sovrulmuş torpaq 

qatı hər hektarda 1,5 tona qədər çürüntü, 450 – 1000 kq. azot, 100 – 200 kq. fosfor, 3,5 tona yaxın kalium aparı-

lır. Bununla yanaşı külək eroziyası  nəticəsində bağlar, bostanlar, arxlar, şose və  dəmir yolları, tikintilər qum 

basqınlarından çox ziyan çəkir. 

Bütövlükdə Azərbaycan ərazisini eroziya proseslərinin xarakterinə, növünə və intensivliyinə görə 9 coğrafi 

ərazi tipinə bölmək mümkündür (X.M.Mustafayev, 1974): 



1. Torpaq səthinin zəif yuyulması  və yerlərdə  tək-tək qobuların  əmələ  gəlməsi kimi hallar respublikanın 

bəzi hündür hissələrində (Kiçik Qafqazda-Slavyanka, Kəlbəcər və başqa yaylalar; Böyük Qafqazın dağətəyi 

zonasında – Turut-Sarıca və Ceyrançöl bozqırları), habelə Xanabad, Kiçik və Böyük Turut hövzələrində 

yayılmışdır. 



2. Çoxlu sayda qobuların olması, torpaq səthinin orta dərəcədə yuyulması Böyük Qafqazın  şimal-şərq 

yamacında və Qobustandan şimal-qərbə doğru geniş bir qurşağı tutur. Böyük Qafqazın cənub yamacında orta 

dərəcədə yuyulmuş torpaqlar şimal-qərb istiqamətində yayılaraq Şəki-Zaqatala massivinin orta dağ qurşağında 

müşahidə olunur. Kiçik Qafqazda bu tipli eroziya Gürcüstan sərhədindən başlayıb cənub-şərqə doğru uzanaraq 

həm cənub, həm də şimal yamaclarda dağətəyi, orta və hündür dağ zonasını əhatə edir. Lənkəran zonasında çox-

lu qobu olması və torpaq səthinin orta dərəcədə yuyulması dağətəyi və orta dağ qurşağında müşahidə edilir. 



3.  Şiddətli yuyulmuş torpaqlar Böyük Qafqaz silsiləsinin suayırıcı  xətti boyunca yayılaraq Dağıstan 

Respublikası ilə  sərhəd boyu uzanır. Torpaq səthinin  şiddətli yuyulması Kiçik Qafqazın  şimal,  şimal-şərq və 

cənub yamaclarında, Naxçıvan MRin dağlıq hissəsində və Lənkəranın yuxarı dağlıq hissəsində müşahidə olu-

nur.  


4. Çoxlu qobu olması, torpaq səthinin zəif yuyulması və sovrulması Böyük Qafqaz zonasını əhatə edərək, 

onun  şərq və  cənub yamaclarında, Böyük Qafqazın cənub-şərq qurtaracağında, Qobustanın bütün ərazisində, 

Niyaldağ, Xocaşen, Bozdağ silsilələrində və Ceyrançöl massivində yayılmışdır.  

5. Torpaq səthinin  şiddətli yuyulması  və sellərin  əmələ  gəlməsi Böyük Qafqazın cənub yamacında və 

Naxçıvanın cənub-şərq hissəsində yayılmışdır. Böyük Qafqazın cənub yamacında bu tip eroziya Qəbələ rayo-

nundan başlayaraq zolaq şəklində şimal-qərbə doğru uzanıb Gürcüstan sərhədinə qədər olan ərazini tutur. Bura-

da eroziya prosesi torpağın üst qatını dağıdaraq ana süxurun üzə çıxmasına səbəb olur. Bununda bərabər kobud 

materiallar, aşınma məhsulları qorxulu olan sel mənbələrində – hövzələrdə toplanır. Uzun sürən quraqlıqdan 

sonra leysan yağışları  nəticəsində  əmələ  gəlmiş  şiddətli su axını torpağı yuyaraq aşınma materiallarını sel 

axınları şəklində aparır.  

6. Torpaq səthinin zəif yuyulması və suvarma (irriqasiya) eroziyası Kür-Araz və Samur-Dəvəçi ovalığının 

şimal-şərqində, respublikanın cənubunda – Lənkəranda, Araz çayı hövzəsində (Arazboyu ovalıq), Naxçıvan 

düzənliyi və Qanıx-Əyriçay vadisinin Şəki-Zaqatala massivində yayılmışdır. Göstərilən ovalıqların səthi az 

meylli olduğu üçün burada eroziya prosesi zəif gedir. Arxyanı, sahil zolaqları sahələrində səthin meylliyi 3

0

 və 



 

215


bəzən 5

0

 olduğundan torpağın yuyulması şiddətli gedir və nəticədə yarğanların əmələ gəlməsi müşahidə edilir. 



Bu növ eroziya Kür-Araz ovalığında daha geniş yayılmışdır.  

7. Güclü külək eroziyası Abşeron yarımadası və ona bitişik ərazilərdə müşahidə edilir. Burada küləyin təsiri 

nəticəsində yer səthinin quruluşu da dəyişir. Külək eroziyası Turut-Sarıca, Ceyrançöl massivlərində  də 

yayılmışdır. Bu ərazilərdə külək torpağın münbit qatını sovurmaqla qarayellərin  əmələ  gəlməsinə  səbəb olur. 

Eynilə Kiçik Qafqazın qərb hissəsinin dağətəyi qurşağında əsən şiddətli şimal-qərb küləkləri torpağı sovuraraq 

külək eroziyasının yayılmasına şərait yaradır.  

8. Sovrulan qumlar Xəzər dənizi sahilində, Ələtdən cənubda və Abşeron yarımadasında yayılaraq hərəkət 

edən qum təpəcikləri əmələ gətirir.  



9. Qayalıq yerlərə dəniz səthindən 2800-3000 m hündürlükdə olan açıq sahələr aiddir. Bu ərazilər üçün fi-

ziki aşınma – denudasiya prosesləri daha çox səciyyəvidir.  

Ərazi tiplərinin səciyyəsindən göründüyü kimi, respublikamızın  ərazisində  səth, külək və qobu eroziyası 

geniş yayılmış  və torpaqlar müxtəlif dərəcədə eroziya proseslərinə  məruz qalmışdır. Araşdırmalar göstərir ki, 

eroziya proseslərinin nəzərə çarpacaq dərəcədə təzahür etdiyi zonalarda sel axınlarının əmələ gəlməsi üçün də 

əlverişli şərait yaranmışdır. Respublikamızda sel hadisələri eroziya prosesləri ilə bilavasitə əlaqədar olduğundan 

və lokal xarakter daşıdığı üçün biz onu müstəqil ekoloji problem kimi deyil, eroziyanın tərkibində  nəzərdən 

keçirmişik.  

Respublikamızda sel törədən çayların böyük hissəsi Böyük Qafqazın cənub yamacında yerləşir. Bir sıra 

tədqiqatçılar (S.H.Rüstəmov, 1960) sellərin əmələ gəlməsi şəraitinə, selbasar ayrı-ayrı çay hövzələrinin fiziki-

coğrafi xüsusiyyətlərinə  və sellərin vurduğu ziyanın dərəcəsinə görə respublikanın  ərazisini üç əsas rayona 

bölür: 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   356   357   358   359   360   361   362   363   ...   751




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin