Damcılarla suvarma üsulunda suvarma suyu fasiləsiz olaraq xüsusi damcıladıcılarla bitkinin və meyvə
ağacının bilavasitə kök sistemi yayılan zonaya verilir. Suvarma vegetasiya dövründə fasiləsiz aparılır.
Kiçik dispersli (aerozol) suvarma yağışyağdırma üsulu ilə suvarmanın bir növüdür. Burada suvarma suyu
torpağa deyil, narın damcılar şəklində bitkinin yer səthində olan gövdəsinə və yarpaqlarına yağdırılır.
Hazırda respublikamızda əsasən öz axını ilə suvarmadan istifadə olunur, istismar olunan suvarma şəbəkələrinin yal-
nız 9,2%-ni (130 min ha) qapalı suvarma şəbəkələri təşkil edir. (B.Əliyev, Z.Əliyev,1998)
Açıq drenlər dərinliyi 3,0-3,5m və yamac əmsalı 1,0-2,0 olan adi kanallardan ibarət olub, onlar trassında
25-35m enində əkinə yararlı torpaq sahəsi itir, bu da meliorasiya olunmuş sahələrdə torpaqdan istifadə əmsalını
azaldır. (Bayramov,2002). Açıq drenlərin normal işini təmin etmək üçün vaxtaşırı (hər 3-5 ildən bir) lillərdən tə-
mizlənir, buna da xeyli vəsait sərf olunur.
Açıq drenlərdən fərqli olaraq örtülü (qapalı) drenaj tikilmiş torpaqlarda əkin sahəsinin itkisi olmur. İstismar
müddətində drenajın dərinliyi sabit qalır, drenajın kanal və yollarında kəsişdiyi yerlərdə əlavə tikintiyə ehtiyac
qalmır. Örtülü drenajın tikintisi prosesində drenaj xəndəyi əks tökmə torpaqla doldurulur. Drenajüstü torpaq sa-
həsindən əkin üçün istifadə olunur.
Lakin təəsüflə qeyd etmək lazımdır ki, keçmişdə kolxoz və sovxozların ərazisindəki örtülü drenaj şəbəkələ-
rinin texniki vəziyyəti bir sıra səbəblərdən vaxtından qabaq aşağı düşmüş, qurğular öz funksiyasını tam yeinə
yetirə bilmir. Mövcud qapalı drenaj şəbəkəsinin 70%-i artıq sıradan çıxmış və onların bərpa olunması tələb
olunmur. (B.Əliyev, Z.Əliyev, 1998).
Örtülü drenajın səmərəli işi onun torpaq və hidrogeoloji şəraitə uyğun layihələndirilməsindən, tikintinin
keyfiyyətindən və istismarından asılıdır. N. N. Mahmudov (2002) qeyd edir ki, 1928-1931-ci illərdə Muğan
təcrübə meliorativ stansiyasında tikilmiş örtülü drenaj şəbəkəsi indiyə kimi qüsursuz işləyir.
Hazırda respublikamızda fermer və şəxsi təsərrüfatlarda müasir suvarma üsulları hazırlamaqda Eroziya və
Suvarma Elmi-tədqiqat İnstitutunun işləri böyük əhəmiyyət kəsb edir. Bu tədqiqatlar nəticəsində fermer və şəxsi
təsərrüfatlarda açıq şəraitdə və istixanalarda bitkilərin suvarılması məqsədilə mikroyağışyağdırma, impuls-lokal,
zəif yağışyağdırma və impuls yağışyağdırma sistemləri hazırlanmışdır. (B.Əliyev, Z.Əliyev, 1998)
Qeyd olunan Elmi-tədqiqat Mərkəzinin apardığı tədqiqatlar göstərir ki, respublikamızda fermer təsərrüfatları üçün
ən əhəmiyyətli üsullardan biri impulslu damcılarla suvarma sistemidir. Damcılarla suvarma üsulunun əsas üstünlüklərin-
dən biri suvarma suyunu bitkilərə sutka ərzində tələb etdikləri miqdarda onların kök sisteminə vermək mümkündür.
Damcı üsulu ilə suvarma sisteminin başqa suvarma sistemlərindən üstün cəhəti aşağıdakılardır. (B.Əliyev, H.Vəliyev,
2001):
-
dağ yamaclarında yüksək, orta və zəif su keçirən torpaqlarda suvarma aparmaq olur;
-
bitkiləri suya olan təlabata uyğun su ilə təmin edir;
-
suvarmanın aparılmasında külək təsir göstərmir;
-
suvarma suyu bitkilər arasında bərabər paylanır;
-
torpağın səthi suvarma nəticəsində sıxlaşır;
-
qrunt sularının səviyyəsi dəyişməz qalır;
-
təkrar şorlaşmanın qarşısı alınır.
İmpulslu damcılarla suvarma sistemi suya olan təlabatı bütün vegetasiya müddətində fasiləsiz olaraq təmin
edə bilir, irriqasiya eroziyası müşahidə olunmur, cərgələr arasındakı sahələrdə alaq otlarının inkişafına şərait ya-
ranmır. İmpulslu damcılarla suvarma sistemi vasitəsilə bitkiyə lazım olan miqdarda gübrələr vasitəsilə mineral-
lar çatdırılır. Müəlliflərin hesablamalarına görə bu suvarma sistemini tətbiq etməklə suya 2,5 dəfə qənaət etmək-
lə bitkilərin məhsuldarlığını 2,7 dəfə yüksəltmək olar.
Dostları ilə paylaş: |