Aqroekoloji sinif – əsas zonal torpaq tipinin və bir neçə tipin üstünlüyü ilə səciyyələnən eninə və ya şaquli
yayılmış ərazidir. Azərbaycan Respublikası hüdudlarında 2 sinif ayrılır – bünövrədən soyuq hissəyə (yerin hün-
dürlüyündən asılı olaraq) qədər şaquli qurşaqlığın bütün sistemi ilə qurşağa daxil olan dağlıq ərazilər və günəş
istisinin müəyyən məcmu miqdarı və i.a. ilə səciyyələnən ərazilər. Düzənlik üfüqiliynin ümumi sxeminə uyğun
olaraq anlaşılır.
Aqroekoloji vilayət – aqroekoloji sinfin (dağlıq və düzənlik) şaquli və ya üfiqi zonallıqla təzahür edən iri
oroqrafik elementlə ayrılmış bir hissəsidir. Aqroekoloji vilayətlərin ayrılması zamanı istilik, nəmlik, əsas torpaq
tiplərinin yayılma xüsusiyyətləri və onların kənd təsərrüfatında istifadəsi və başqa göstəricilərlə yanaşı, vilayət-
lərin daha iri planda götürülmüş fiziki-coğrafi fərqləri də nəzərə alınır.
|