14.14. Tarlaqoruyucu meşə zolaqlarının salınması
Yuxarıda qeyd edildiyi kimi Kür-Araz ovalığında duzlu torpaqların yayılması, minerallaşmış qrunt sularının
səthə yaxın yerləşməsi torpaqların meliorasiya baxımından əlverişsiz olduğunu göstərir. Burada aşağıdakı kimyəvi
tərkibli düzlü torpaqlar mövcuddur: xlorlu-sulfatlı və sulfatlı. V.R.Volobuyevə (1948) görə Kür-Araz ovalığında
xlorlu-sulfatlı tipli duzlu torpaqlar üstünlük təşkil edir. S.M.Məmmədova (1968) görə bu tipli duzlu torpaqlar ağac
və kol bitkilərinin bitməsi üçün əlverişli hesab olunur, müəllif bunu duzların nisbətən az toksik olması ilə izah edir.
Duzlu torpaqlarda meşəliklərin, meşə zolaqlarının salınması üçün duzadavamlı ağac və kol cinslərinin
seçilməsi olduqca vacibdir. S.M.Məmmədov (1968) Mil, Şirvan, Qarabağ, Muğan və Salyan yarımsəhralarında
apardığı geniş tədqiqatlara əsaslanaraq bir sıra ağac və kol cinslərinin duzadavamlığını öyrənmiş və onların
duzadavamlılıq şkalasını tərtib etmişdir. Kür-Araz ovalığının xlorlu-sulfatlı duzlu torpaqları üçün müəllif 5
aqromeşə şorluq dərəcəsi şkalasını tövsiyə edir:
Dostları ilə paylaş: |