Kür-Araz ovalığında və Gəncə-Qazax düzündə meşə zolaqlarının tədqiqi göstərir ki, torpaqdan səmərəli
istifadə etmək məqsədilə birinci iki ildə zolaqlarda dənli bitkilər deyil, cərgəaraları becərilən bitkilərin
(qarğıdalı, günəbaxan, kartof, bostan) səpinindən istifadə etmək məqsədə uyğundur.
Kür-Araz ovalığında hətta ilin soyuq dövrlərində, çox vaxt yazın əvvəlində də quru küləklər əsir, bu zaman
qışda yarpağını tökən ağaclar öz qoruyucu rolunu oynaya bilmir. Bunu nəzərə alaraq ovalığın mərkəzi
hissəsində əsas ağac cinslərinin tərkibinə eldar şamı da əlavə etmək lazımdır. Bu ağac cinsinin bu rayonlarda
20-25 yaşında boyu 14-18 metr, yoğunluğu 24-28 sm-ə çatır. Bununla yanaşı, digər həmişəyaşıl ağac
cinslərindən (zeytun, sərv, daş palıd və s.) istifadə edilməsi məsləhətdir.
Meşə Təsərrüfatı Nazirliyinin (1980) məlumatına əsasən müxtəlif meşə təsərrüfatları tabeçiliyində
aşağıdakı dövlət qoruyucu meşə zolaqları mövcuddur (9543 ha). Bundan başqa Baş Şirvan kanalı və Yuxarı
Qarabağ kanalı boyu 2000 ha sahədə irriqasiya meşə zolaqları salınmışdır.
Dostları ilə paylaş: |