1) lələk – iydə - maklüra ( 1 zolaq lələk – 1 zolaq daryarpaq iydə – 1 zolaq maklüra – 1 zolaq iydə və s.);
2) göyrüş – iydə - lələk ( 1 zolaq yaşıl göyrüş – 1 zolaq daryarpaq iydə – 1 zolaq lələk və s.);
Respublikamızda torpaqların meliorasiyası genişləndikcə suvarma şəbəkələrinin sayı və su sərfi artır.
Hazırda respublikamızda 300-dən artıq böyük və kiçik həcmli su anbarı, 8,5 min km uzunluğunda
321
təsərrüfatlararası, 41 min km-ə qədər
təsərrüfatlardaxili kanallar, 20 min km uzunluğunda kollektor-drenaj sis-
temi mövcuddur. Suvarma şəbəkələri hər yerdə layihə əsasında, sement-beton özlüklərlə inşa edilmədiyinə görə
əksər hallarda obyektlərin istifadə müddətində onlardan müxtəlif miqdarda su filtrasiya olunur, üfiqi və şaquli
istiqamətdə hərəkət edir. İllər keçdikcə bu sular təsir dairəsini genişləndirir, suvarma və qrunt sularına qarışır,
torpağın səthinə çıxır, müxtəlif xarakterli bataqlaşma və şorlaşma prosesinin baş verməsinə səbəb olur.
Torpaqtökmə ilə inşa olunan suvarma şəbəkələrində filtrasiya prosesi daha intensiv gedir, onun təsir dairəsi də
geniş olur. Baş-Muğan, Yuxarı Qarabağ, Yuxarı Şirvan və s. kanallarda bu əlamət daha aydın nəzərə çarpır.
1930-cu ildə Muğan düzündə qrunt suyunun dərinliyi 0,5 olan torpaqlar 67% olduğu halda, 1951-ci ildə 79%,
1962-ci ildə isə 92% təşkil etmişdir. Kanallar boyunca torpaqların şorlaşması və bataqlaşması durmadan artır.
Hazırda Yuxarı Qarabağ kanalına təhkim olunan 1499 ha sahənin 750 ha-rı, Yuxarı Şirvan kanalının 1336 ha-
dan 160 ha-rı bataqlaşmış, orta və şiddətli dərəcədə şorlaşmışdır. Suvarma şəbəkələrinin ətrafında kənd
təsərrüfatına yararsız sahələrdə irriqasiya mühafizəedici meşə zolaqlarının salınması böyük əhəmiyyət kəsb edir.
Elmi əsaslarla müəyyən edilmişdir ki, filtrasiya suları, ətraf sahələrin şorlaşması və təkrar şorlaşmasının
qarşısının alınmasında meşə zolaqlarının əvəz olunmaz əhəmiyyəti vardır. Ona görə suvarma şəbəkələri
layihələşdirilərkən onların ətrafında irriqasiya mühafizə zolaqları salmaq da nəzərdə tutulur, bu məqsədlə torpaq
sahəsi ayrılır. Hesablamalara görə respublikamızın suvarma şəbəkələri boyunca onlara təhkim edilən, kənd
təsərrüfatına yararsız 59 min hektar torpaq sahəsi var. Bu torpaqların əksər hissəsi strukturu pozulduğuna,
şorlaşdığına və bataqlığa çevrildiyinə görə istifadəsiz qalır. Həmin sahələrdə meliorasiya tədbirləri görməklə
irriqasiya mühafizə meşə zolaqları salmaq olar. Meşə zolaqlarının salınması obyektlərin inşası ilə eyni vaxtda
aparıldıqda daha yaxşı nəticə verir.
Dövlət tarlaqoruyucu və eroziyaya qarşı yetişdirilən meşə zolaqlarından fərqli olaraq irriqasiya meşə
zolaqları təsərrüfatlararası, təsərrüfatlardaxili kanallar, su anbarları və kollektor-drenaj sistemləri ətrafında, on-
lara təhkim olunan kənd təsərrüfatına yararsız, istifadəsiz torpaqlarda salınır. Onlar həm tarlaqoruyucu meşə
zolağı rolunu oynayır, suvarma şəbəkələrindən filtrasiya olunan (sızılan) suların, həm də vegetasiya mövsümü
ərzində suvarma şəbəkələrindən sızılan suların səviyyəsinin 60-70 sm, bəzən 100-110 sm aşağı enməsinə,
bataqlıqların qurudulmasına, ətraf sahələrin şorlaşmasının, açıq sahələrdəki faydalı suların, kanal və su
anbarlarının səthindən buxarlanmanın, obyektlər ətafında alaq otlarının əmələ gəlməsinin, suyun çirklənməsinin
qarşısını alır, onların istifadə müddətinin, iqtisadi səmərəsinin artmasına və bərpa işlərinin asanlaşmasına imkan
yaradır. Kanal boyunca yetişdirilən 1-3 cərgəli 14-16 metr hündürlüyü olan meşə zolağı kanalda su səthindən
buxarlanmanı 30-40% azaldır, ətraf havanın nisbi nəmliyini 10-40% artırır. Bir ədəd 15 yaşlı qovaq ağacı vege-
tasiya mövsümü ərzində 62 kubmetr su buxarlandırır. Bu baxımdan ağacları haqlı olarar «bioloji drenaj»
adlandırırlar. Bununla əlaqədar 1977-ci ildə Respublika Meliorasiya və Su Təsərrüfatı Nazirliyi nəzdində iki
Dostları ilə paylaş: