irriqasiya meşə təsərrüfatı idarəsi yaradılır. Az dövr ərzində Yuxarı Qarabağ, Yuxarı Şirvan, Tərtərçay,
H.Hacıyev və s. təsərrüfatlararası kanallar, Baş Qarabağ kollektoru və digər drenaj sistemləri ətrafında 2000 ha-
dan çox sahədə irriqasiya meşə zolaqları salınmış, əvvəllər salınmış meşə zolaqlarında bəzi meşəçilik tədbirləri
görülmüşdür. Hazırda respublikanın suvarma şəbəkələri ətrafında ekoloji şəraitə uyğunlaşmış ona müsbət təsir
göstərən meşə zolaqları vardır. Bu baxımdan, Yuxarı Qarabağ kanalının Bərdə, Ağdam, Ağcabədi, Yuxarı
Şirvan kanalının Yevlax, Ağdaş; Tərtərçay kanallarının Tərtər, Goranboy; Baş Muğan kanalının İmişli və s.
rayonları ərazisində yerləşdirilən meşə zolaqları təqdirəlayiqdir. Bununla belə, suvarma şəbəkələri ətrafındakı
torpaqların strukturunun pozulması, onların şorlaşması, bataqlığa çevrilməsi, konkrtet torpaq şəraiti üçün ağac
və kol cinslərinin düzgün (uyğun) seçilməməsi, əmək işlərinin düzgün aqrotexniki qaydada aparılması üzündən
hər yerdə meşə zolaqlarından yaxşı nəticələr əldə edilməmişdir. Suvarma şəbəkələrinə təhkim olunmuş torpaq
sahələrinin şoran, bataqlıq strukturu pozulmuş və dar zolaq şəklində olması ilə əlaqədar ərazidə təsərrüfata
lazım olan miqdarda və çeşiddə quraqlığa, şoranlığa davamlı uzunömürlü ağac və kol cinsləri yaratmaq
mümkün deyil. Ona görə də, bir qayda olaraq təsərrüfatlar asan tapılan, yerli şəraitə dözümsüz, azömürlü və az
məsarif tələb edən ağac və kol cinslərini əkməli olurlar. Bu həm iqtisadi baxımdan təsərrüfatlara baha başa gəlir,
həm də başqa torpaq-iqlim şəraitindən gətirildiyi üçün cinslərin bitiş faizi aşağı olur. Onlar yerli şəraitə
uyğunlaşa bilmədiyinə görə zəif inkişaf edir və tədricən quruyub sıradan çıxır. İrriqasiya meşə təsərrüfatları
üçün münasib yerdə torpaq sahəsi əldə etmək və növbəli əkin sistemi tətbiq olunmaqla tinglik yaratmağa nail
olmaq lazımdır. Göstərilən tədbirlərin düzgün həyata keçirilməsi həm kənd təsərrüfatı bitkilərindən sabit,
yüksək məhsul götürməyə, suvarma şəbəkələrindən filtrasiyanın zəifləməsinə, ətraf sahələrin şorlaşmasının
qarşısının alınmasına, həm də respublikanın düzən rayonlarında 60 min ha sahədə meşə zolaqları salınmasına,
regionda meşəlik faizinin artmasına, havanın saflaşmasına, ekoloji şəraitin yaxşılaşmasına və sudan səmərəli
istifadə olunmasına imkan verir.
Dostları ilə paylaş: |