MəMMƏdov qəRİb xəLİlov mahmud


Qoruyucu irriqasiya meşə zolaqlarının salınması



Yüklə 4,78 Mb.
səhifə542/751
tarix28.12.2021
ölçüsü4,78 Mb.
#16756
1   ...   538   539   540   541   542   543   544   545   ...   751
Qoruyucu irriqasiya meşə zolaqlarının salınması 

Çay şəbəkəsi və digər suvarma şəbəkələri boyunca ağaclar əkmək xalqımıza xas olan qədim ənənədir. Baş 

Muğan, Yuxarı Qarabağ, Yuxarı Şirvan, Samur-Abşeron və s. kanalların inşası ilə yanaşı, onların ətrafında bəzi 

yerlərdə qoruyucu meşə zolaqları əkilmiş, bəzən onlardan yaxşı nəticə alınmışdır.  




 

322


1977-ci ildə irriqasiya meşə  təsərrüfatı idarələrinin yaranması ilə  əlaqədar bu işə xüsusi fikir veilmiş  və 

dövlət əhəmiyyətli tədbir kimi kütləvi şəkildə həyata keçirilməyə başlanmışdır, irriqasiya meşə zolaqlarının eni, 

uzunluğu və  tərkibi obyektin növündən, relyef və torpaq şəraitindən asılı olur. Təsərrüfatlarası  və 

təsərrüfatlardaxili kanallar boyu salınan zolağın eni və orada yerləşdirilən cərgələrin sayı eyni olur. Kanal və 

kollektorda bərpa. təmir və  təmizləmə  işləri görmək məqsədilə onların bir tərəfində  nəqliyyat yolu salınır. 

Təsərrüfatlararası kanal və kollektorların hər iki tərəfində, təsərrüfatlardaxili kanal və kollektor-drenaj 

sistemlərinin isə bir tərəfində mühafizə meşə zolağı salınır. Obyektlərə təhkim olunan sahədə onun enindən asılı 

olaraq 1-5 cərgəli meşə zolağı salmaq olar. Qulluq işlərinin görülməsində mexanizmlərdən istifadə etmək 

nəzərdə tutulduqda cərgələr arası məsafə 2,5-3,0m, tutulmadıqda 1,5-2,5m götürülür.  

Qeyd edildiyi kimi, suvarma şəbəkələrinə təhkim olunan torpaq sahələri əsasən obyektlərin inşası zamanı 

pozulmuş, sonralar tədricən şorlaşmış, bataqlaşmış və müxtəlif cür meliorasiya tədbirlərinə ehtiyacı olan enişli-

yoxuşlu yerlərdir. Bu torpaqları yararlı hala salmaq və əkinə hazırlamaqdan əvvəl ərazinin şorlaşma dərəcəsini, 

bitki örtüyünü və digər xüsusiyyətləri dəqiq müəyyən etmək lazımdır. Bu məqsədlə ilk növbədə  hər  əkilməsi 

nəzərdə tutulan ərazi gəzilməli, torpağın səthi görünüşü, bitki örtüyü və digər xüsusiyyətləri müəyyən 

olunmalıdır. 

Sahə    daş, kötük və s.-dən təmizlənməli, hamarlanmalı  və torpağın tələbinə uyğun meliorasiya tədbirləri 

görülməli, 40-45 sm dərinliyində şumlanmalı və malalanmalıdır.  

İrriqasiya meşə zolaqları salmaq üçün ayrılan sahələr dar olduğundan orada şumlamaya perpendikulyar 

istiqamətdə malalama aparmaq olmur, şırımlar arasında kələ-kötür, çökək yerlər qalır. Ona görə şumlamanı sıx 

və ya təkrar aparmaq lazım gəlir. Belə olduqda malalamanı şumlama istiqamətində aparmaq olar. Malalamadan 

sonra yerli şəraitdən asılı olaraq dərinliyi 30-40 sm olan şırımlar açılmalıdır. Torpağa və bitkilərə qulluq işləri 

aparmaq üçün istifadə olunacaq alət və mexanizmlərin növündən asılı olaraq şırımlar arası  məsafə 2,5-3,0 m 

götürülür. 

Kanalın nəqliyyat yolu çəkilmiş tərəfindəki şırımla yol və o biri tərəfdəki şırımla kanal arasında 1,5-2,0 m 

məsafə saxlamaq lazımdır. Şırımların sayı obyektlərə təhkim olunmuş sahənin eninə uyğun olaraq 1-8 götürülür. 

Kanalların  ətrafında bəzən kənd təsərrüfatına yararsız sahələr olur. Əlaqədar idarə  və  təşkilatlarla qarşılıqlı 

razılaşma şəraitində belə sahələrdə meşə zolaqları yetişdirmək məqsədəuyğundur.  

İrriqasiya meşə zolaqları biriilik, ikiillik, çoxillik tinglər və toxumla salına bilər. Bu, ağac və kol cinslərinin 

bioloji xüsusiyyətləri,  ərazinin yaşayış  məntəqəsinə, mal-qaraya yaxın olmasından da asılıdır.  Şaquli kök 

sisteminə və iri toxumlara malik olan ağacların (palıd, qoz, badam və s.) daimi yerində toxumla yetişdirilməsi 

məsləhət görülür. Belə bitkiləri tinglikdə yetişdirib və ya 2-3 yaşında daimi yerinə köçürüldükdə onların kök 

sistemi çox zədələnir, şaquli köklər kəsilir, bitiş faizi aşağı olur, bitkilər zəif inkişaf edir və onlar kök sisteminin 

əvvəlki vəziyyətini bərpa edə bilmir.  

   



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   538   539   540   541   542   543   544   545   ...   751




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin