MəMMƏdov qəRİb xəLİlov mahmud


IV aqromeşəşorluq dərəcəsi



Yüklə 4,78 Mb.
səhifə540/751
tarix28.12.2021
ölçüsü4,78 Mb.
#16756
1   ...   536   537   538   539   540   541   542   543   ...   751
IV aqromeşəşorluq dərəcəsi – şərti meşəyə yararlı torpaqlar üçün: 

1) lələk – iydə - maklüra ( 1 zolaq lələk – 1 zolaq daryarpaq iydə – 1 zolaq maklüra – 1 zolaq iydə və s.); 

2) göyrüş – iydə - lələk ( 1 zolaq yaşıl göyrüş – 1 zolaq daryarpaq iydə – 1 zolaq lələk və s.); 

3) maklüra – iydə ( 1 zolaq maklüra – 1 zolaq daryarpaq iydə və s.); 

4) iydə – yulğun ( 2 zolaq dar yarpaq iydə – 1 zolaq yulğun və s.); 

5) iydə (sırf iydəlik); 

 

14.15. Suvarma şəbəkələri ətrafında qoruyucu  

(irriqasiya)  meşə zolaqlarının salınması 

Respublikamızda torpaqların meliorasiyası genişləndikcə suvarma şəbəkələrinin sayı  və su sərfi artır. 

Hazırda respublikamızda 300-dən artıq böyük və kiçik həcmli su anbarı, 8,5 min km uzunluğunda 



 

321


təsərrüfatlararası, 41 min km-ə qədər təsərrüfatlardaxili kanallar, 20 min km uzunluğunda kollektor-drenaj sis-

temi mövcuddur. Suvarma şəbəkələri hər yerdə layihə əsasında, sement-beton özlüklərlə inşa edilmədiyinə görə 

əksər hallarda obyektlərin istifadə müddətində onlardan müxtəlif miqdarda su filtrasiya olunur, üfiqi və şaquli 

istiqamətdə hərəkət edir. İllər keçdikcə bu sular təsir dairəsini genişləndirir, suvarma və qrunt sularına qarışır, 

torpağın səthinə  çıxır, müxtəlif xarakterli bataqlaşma və  şorlaşma prosesinin baş verməsinə  səbəb olur. 

Torpaqtökmə ilə inşa olunan suvarma şəbəkələrində filtrasiya prosesi daha intensiv gedir, onun təsir dairəsi də 

geniş olur. Baş-Muğan, Yuxarı Qarabağ, Yuxarı  Şirvan və s. kanallarda bu əlamət daha aydın nəzərə çarpır. 

1930-cu ildə Muğan düzündə qrunt suyunun dərinliyi 0,5 olan torpaqlar 67% olduğu halda, 1951-ci ildə 79%, 

1962-ci ildə isə 92% təşkil etmişdir. Kanallar boyunca torpaqların şorlaşması və bataqlaşması durmadan artır. 

Hazırda Yuxarı Qarabağ kanalına təhkim olunan 1499 ha sahənin 750 ha-rı, Yuxarı Şirvan kanalının 1336 ha-

dan 160 ha-rı bataqlaşmış, orta və  şiddətli dərəcədə  şorlaşmışdır. Suvarma şəbəkələrinin  ətrafında kənd 

təsərrüfatına yararsız sahələrdə irriqasiya mühafizəedici meşə zolaqlarının salınması böyük əhəmiyyət kəsb edir.  

Elmi  əsaslarla müəyyən edilmişdir ki, filtrasiya suları,  ətraf sahələrin  şorlaşması  və  təkrar  şorlaşmasının 

qarşısının alınmasında meşə zolaqlarının  əvəz olunmaz əhəmiyyəti vardır. Ona görə suvarma şəbəkələri 

layihələşdirilərkən onların ətrafında irriqasiya mühafizə zolaqları salmaq da nəzərdə tutulur, bu məqsədlə torpaq 

sahəsi ayrılır. Hesablamalara görə respublikamızın suvarma şəbəkələri boyunca onlara təhkim edilən, kənd 

təsərrüfatına yararsız 59 min hektar torpaq sahəsi var. Bu torpaqların  əksər hissəsi strukturu pozulduğuna, 

şorlaşdığına və bataqlığa çevrildiyinə görə istifadəsiz qalır. Həmin sahələrdə meliorasiya tədbirləri görməklə 

irriqasiya mühafizə meşə zolaqları salmaq olar. Meşə zolaqlarının salınması obyektlərin inşası ilə eyni vaxtda 

aparıldıqda daha yaxşı nəticə verir.  

Dövlət tarlaqoruyucu və eroziyaya qarşı yetişdirilən meşə zolaqlarından fərqli olaraq irriqasiya meşə 

zolaqları təsərrüfatlararası, təsərrüfatlardaxili kanallar, su anbarları və kollektor-drenaj sistemləri ətrafında, on-

lara təhkim olunan kənd təsərrüfatına yararsız, istifadəsiz torpaqlarda salınır. Onlar həm tarlaqoruyucu meşə 

zolağı rolunu oynayır, suvarma şəbəkələrindən filtrasiya olunan (sızılan) suların, həm də vegetasiya mövsümü 

ərzində suvarma şəbəkələrindən sızılan suların səviyyəsinin 60-70 sm, bəzən 100-110 sm aşağı enməsinə, 

bataqlıqların qurudulmasına,  ətraf sahələrin  şorlaşmasının, açıq sahələrdəki faydalı suların, kanal və su 

anbarlarının səthindən buxarlanmanın, obyektlər ətafında alaq otlarının əmələ gəlməsinin, suyun çirklənməsinin 

qarşısını alır, onların istifadə müddətinin, iqtisadi səmərəsinin artmasına və bərpa işlərinin asanlaşmasına imkan 

yaradır. Kanal boyunca yetişdirilən 1-3 cərgəli 14-16 metr hündürlüyü olan meşə zolağı kanalda su səthindən 

buxarlanmanı 30-40% azaldır, ətraf havanın nisbi nəmliyini 10-40% artırır. Bir ədəd 15 yaşlı qovaq ağacı vege-

tasiya mövsümü ərzində 62 kubmetr su buxarlandırır. Bu baxımdan ağacları haqlı olarar «bioloji drenaj» 

adlandırırlar. Bununla əlaqədar 1977-ci ildə Respublika Meliorasiya və Su Təsərrüfatı Nazirliyi nəzdində iki 




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   536   537   538   539   540   541   542   543   ...   751




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin