Çay şəbəkəsi və digər suvarma şəbəkələri boyunca ağaclar əkmək xalqımıza xas olan qədim ənənədir. Baş
Muğan, Yuxarı Qarabağ, Yuxarı Şirvan, Samur-Abşeron və s. kanalların inşası ilə yanaşı, onların ətrafında bəzi
yerlərdə qoruyucu meşə zolaqları əkilmiş, bəzən onlardan yaxşı nəticə alınmışdır.
322
1977-ci ildə irriqasiya meşə təsərrüfatı idarələrinin yaranması ilə əlaqədar bu işə xüsusi
fikir veilmiş və
dövlət əhəmiyyətli tədbir kimi kütləvi şəkildə həyata keçirilməyə başlanmışdır, irriqasiya meşə zolaqlarının eni,
uzunluğu və tərkibi obyektin növündən, relyef və torpaq şəraitindən asılı olur. Təsərrüfatlarası və
təsərrüfatlardaxili kanallar boyu salınan zolağın eni və orada yerləşdirilən cərgələrin sayı eyni olur. Kanal və
kollektorda bərpa. təmir və təmizləmə işləri görmək məqsədilə onların bir tərəfində nəqliyyat yolu salınır.
Təsərrüfatlararası kanal və kollektorların hər iki tərəfində, təsərrüfatlardaxili kanal və kollektor-drenaj
sistemlərinin isə bir tərəfində mühafizə meşə zolağı salınır. Obyektlərə təhkim olunan sahədə onun enindən asılı
olaraq 1-5 cərgəli meşə zolağı salmaq olar. Qulluq işlərinin görülməsində mexanizmlərdən istifadə etmək
nəzərdə tutulduqda cərgələr arası məsafə 2,5-3,0m, tutulmadıqda 1,5-2,5m götürülür.
Qeyd edildiyi kimi, suvarma şəbəkələrinə təhkim olunan torpaq sahələri əsasən obyektlərin inşası zamanı
pozulmuş, sonralar tədricən şorlaşmış, bataqlaşmış və müxtəlif cür meliorasiya tədbirlərinə ehtiyacı olan enişli-
yoxuşlu yerlərdir. Bu torpaqları yararlı hala salmaq və əkinə hazırlamaqdan əvvəl ərazinin şorlaşma dərəcəsini,
bitki örtüyünü və digər xüsusiyyətləri dəqiq müəyyən etmək lazımdır. Bu məqsədlə ilk növbədə hər əkilməsi
nəzərdə tutulan ərazi gəzilməli, torpağın səthi görünüşü, bitki örtüyü və digər xüsusiyyətləri müəyyən
olunmalıdır.
Sahə daş, kötük və s.-dən təmizlənməli, hamarlanmalı və torpağın tələbinə uyğun meliorasiya tədbirləri
görülməli, 40-45 sm dərinliyində şumlanmalı və malalanmalıdır.
İrriqasiya meşə zolaqları salmaq üçün ayrılan sahələr dar olduğundan orada şumlamaya perpendikulyar
istiqamətdə malalama aparmaq olmur, şırımlar arasında kələ-kötür, çökək yerlər qalır. Ona görə şumlamanı sıx
və ya təkrar aparmaq lazım gəlir. Belə olduqda malalamanı şumlama istiqamətində aparmaq olar. Malalamadan
sonra yerli şəraitdən asılı olaraq dərinliyi 30-40 sm olan şırımlar açılmalıdır. Torpağa və bitkilərə qulluq işləri
aparmaq üçün istifadə olunacaq alət və mexanizmlərin növündən asılı olaraq şırımlar arası məsafə 2,5-3,0 m
götürülür.
Kanalın nəqliyyat yolu çəkilmiş tərəfindəki şırımla yol və o biri tərəfdəki şırımla kanal arasında 1,5-2,0 m
məsafə saxlamaq lazımdır. Şırımların sayı obyektlərə təhkim olunmuş sahənin eninə uyğun olaraq 1-8 götürülür.
Kanalların ətrafında bəzən kənd təsərrüfatına yararsız sahələr olur. Əlaqədar idarə və təşkilatlarla qarşılıqlı
razılaşma şəraitində belə sahələrdə meşə zolaqları yetişdirmək məqsədəuyğundur.
İrriqasiya meşə zolaqları biriilik, ikiillik, çoxillik tinglər və toxumla salına bilər. Bu, ağac və kol cinslərinin
bioloji xüsusiyyətləri, ərazinin yaşayış məntəqəsinə, mal-qaraya yaxın olmasından da asılıdır. Şaquli kök
sisteminə və iri toxumlara malik olan ağacların (palıd, qoz, badam və s.) daimi yerində toxumla yetişdirilməsi
məsləhət görülür. Belə bitkiləri tinglikdə yetişdirib və ya 2-3 yaşında daimi yerinə köçürüldükdə onların kök
sistemi çox zədələnir, şaquli köklər kəsilir, bitiş faizi aşağı olur, bitkilər zəif inkişaf edir və onlar kök sisteminin
əvvəlki vəziyyətini bərpa edə bilmir.
Dostları ilə paylaş: