- Kurort meşə parkları. Bura Buzovna, Zaqulba və Bilgəhdə yerləşən 7 sağlamlıq ocaqları ərazisində
salınan yaşıllıqlar daxildir.
Qeyd etmək lazımdır ki, Bakı şəhərində və Abşeron yarımadasındakı yaşıllıqlar qeyri-bərabər yerləşmişdir.
Bu baxımdan şəhərin yaşıllıq salmaq mümkün olmayan, dar küçəli köhnə hissəsi daha kasatdır. Havaya çoxlu
miqdarda toksik maddələr ayıran metallurgiya, kimya, neft-kimya və sənayenin digər sahələrinin ərazilərində
yaşıllıq işlərinin aparılması daha çətindir. Belə müəssisələr Abşeronda, əsasən, Qara şəhərdə, Sumqayıtda və
Qaradağda yerləşir. Onların ətrafında və ərazilərində ilbəil salınan yaşıllıqlar demək olar ki, tamamilə məhv
olur. Belə ki, belə şəraitdə əkilən bitkilər havadan yerüstü orqanları ilə və torpaqdan aldığı zəhərli maddələr
tərəfindən məhv edilir. Odur ki, yaşıllıqlar salarkən sənaye obyektlərinin yanındakı çirklənmiş sahələrin
meşəbitmə şəraiti nəzərə alınmalı və əkindən qabaq müvafiq tədbirlər görülməlidir.
Hazırda Abşeron və Bakıda salınan yaşıllıqlarla qısaca tanış olaq.
- Zığ parkı – dənizə yönələn alçaq təpəli relyefdə səciyyələnir və Əhmədli yaylası şimal tərəfdən əsən
küləkdən bu ərazini qoruyur. Burada salınan zeytun bağları çox gözəl nəticə verməsinə baxmayaraq onlar hissə-
hissə məhv edilərək, yerində xüsusi tikintilər salınır.
Dostları ilə paylaş: |