331
(parkda) saxlanılır. Badamdar yaylası şəhərdən gələn səsin və şimal küləyinin qabağını alır,
eyni zamanda
şəhərdən gələn sənaye çirkləndiricilərinin parka daxil olmasının qarşısını alır. Ərazinin yaşıllaşdırılması başa
çatdıqda Şıxov parkı Şıx yamacının Xəzərə baxan amfiteatrında «Dostluq» parkı və Bayıl yamaclarının
yaşıllıqları ilə birlikdə vahid cənub-qərb yaşıl qurşağını yaradacaq. Hazırda Xəzərin səviyyəsinin qalxması ilə
əlaqədar dəniz kənarındakı yaşıllıqların bir hissəsi quruyur və yerində qamışlıqlar yaranır.
Bayıl yamacları və «Dostluq» parkı yaşıllıqlarında əsasən eldar şamından, qismən həmişəyaşıl sərvdən
istifadə edilmişdir. Bibi-heybət (Şıxov) qəsəbəsinə yönələn dik yamacın (35-45
0
) cənub cəhətində süxur
qırıntıları, iri qayalıqlar arasındakı yaşı 100-dən artıq olan 5 ədəd püstə ağacı diqqəti cəlb edir. Ağacların boyu
4-5 m, diametrləri 24-32 sm-dir. Ağaclar bol meyvə gətirir. Bu ağaclar yəqin ki, keçmişdə salınan püstə bağının
yadigarlarıdır. Səhranı xatırladan bu yamacda tək-tək yovşana, qanqala, kəvərə və efemerlərə təsadüf olunur.
Maraqlıdır, sahədə tək-tək püstə yeniyetmələrinə təsadüf olunur. Lakin onlar qoyunlar tərəfindən məhv edilir.
Yayın qızmarında qoyunlar bu ağacların altında kölgədə daldalanır. Bu isə torpaq qatının yuyulmasına və
qayalığın səthə çıxmasına səbəb olmuşdur.
Dostları ilə paylaş: