323
Cədvəl 14.5.
Kür-Araz ovalığında torpaqların duzluluq dərəcəsini xarici görünüşə görə təyin etmək şkalası
(Dövlət Yerquruluşu Layihə İnstitutu)
Torpağın
şorluq
kateqoriyası
0-100 sm
qatda quru
qalığın
şorluq həddi
(%-lə)
Torpaq səthinin
görünüşü
Bitki örtüyü və
yayılma
xüsusiyyəti
1 2 3
4
Şorlaşmamış
0,25%-dən
az
Şorluqdan əlamət
yoxdur
Çəmən bitkiləri
üstünlük edir.
Biyan,
dəvətikanı,
bəzən xostək
(qarağan)
Zəif şorlaşmış 0,25-0,50%
Bəzən
şor
ləkələri görünür,
torpağın səthi
qara və tozvari
olur
Tərə, xostək,
dəvətikanı,
çərən, tək-tək
qışotu
Orta şorlaşmış
və ya şorakət
0,5-1,0%
Bitkisiz sahələr,
şoran otları
çoxalır
Qışotu,
sarsazan,
Xəzər
şahsevdisi
(saksaul), bəzən
çərən, biyan
Şoran
1,0%-dən
artıq
Torpaq səthində
quru tozvari və
ya nəmişli
şoranlıq
əlamətləri aydın
görünür
Şoranlıq coğanı,
qışotu, Xəzər
şahsevdisi,
sarıbaş,sarsazan
və digər şoran
bitkiləri
Xırda toxum və vegetativ hissələrlə asanlıqla artırmaq olan bir və ya çox yaşlarında tinglikdən daimi yerinə
köçürüldükdə normal bitmə inkişaf etmə xüsusiyyətlərini itirməyən ağac və kolları (qovaq, söyüd, çinar,
dağdağan, şam, sərv, tuya. alma, armud, heyva, tut, maklüra və s.) tinglikdə yetişdirib 1-3 yaşlarında daimi
yerinə köçürmək olar. Bitmə faizinin yüksək olması, bitkilərin xarici mühitə tez uyğunlaşması, quraqlığa,
şoranlığa davamlı olması, onların tez böyümə xüsusiyyətləri və s. baxımdan, irriqasiya meşə zolaqlarını birillik
tinglərlə salmaq daha əlverişlidir. Yol kənarı, yaşayış məntəqələrinə, mal-qaraya yaxın olan sahələrdə 3-5 illik
ağac və kollar əkmək olar. Belə olduqda torpağa və bitkilərə daha yüksək aqrotexniki qulluq göstərmək
lazımdır.
İrriqasiya meşə zolaqları salmaq işini erkən yaz və payız aylarında görmək məsləhətdir. Mülayim qış
aylarında da (Kür-Araz ovalığı) əkin işi aparmaq olar. Yaz əkini bitkilərdə şirə axını başlayana qədər, payızda
isə vegetasiya dövrü qurtardıqdan sonra aparılmalıdır. Təsərrüfat əhəmiyyəti və iqtisadi səmərəsinə görə Kür-
Araz ovalığı üçün payız əkini daha sərfəlidir. Bu halda bitkilərin müvəqqəti basdırılması, toxumların
saxlanması, stratifikasiya edilməsi üçün yer, işçi qüvvəsi və vəsait lazım gəlmir, vegetasiya dövrünün
başlanması ilə əlaqədar bitkilərdə də inkişaf başlayır, ilk suvarma üçün su qıtlığı ilə qarşılaşılmır.
İrriqasiya meşə zolaqları salarkən bitkilər, əsasən cərgə ilə, şırımların sututan hissəsinə, bir-birindən 1-1,5
m aralı əkilir. Bu məqsədlə şırım tirəsinin üstündə 1-2 illik tinglər üçün 25x25x25, 30x30x30, üçillikvə çoxillik
bitkilər üçün isə 35x35x35 sm və daha geniş ölçüdə çalalar hazırlanır. Ağac və kolları cərgə və cərgə aralarında
qarışıq əkmək olar. Meşə zolaqlarını qarışıq salarkən orada meyvə və həmişəyaşıl bitkilərə üstünlük vermək
lazımdır. Son təcrübələr göstərir ki, eyni cinsdən oldan əkinlər yaxşı nəticə verir. İrriqasiya qoruyucu meşə
zolaqları salarkən 3 əkin sxemi tətbiq etmək olar.
Dostları ilə paylaş: