319
III dərəcə – məhdud, meşəyə yararlı torpaqlar (quru qalığın miqdarı 0,81%-dən 1,00%-ə qədər);
IV dərəcə – şərti meşəyəyararlı torpaqlar (quru qalığın miqdarı 1,01%-dən 1,30%-ə qədər);
V dərəcə – meşə əkini üçün yararsız torpaqlar (quru qalığın miqdarı 1,31%-dən çox).
Göstərilən aqromeşəşorluq dərəcələri hüdudunda meşə əkinləri üçün zəif şorlaşmış (quru qalığın miqdarı
10qr/l-ə qədər), qrunt sularının səviyyəsi 150 sm-dən dərin, yüksək minerallaşmış (quru qalıq 10 qr/l-dən çox)
qrunt sularının səviyyəsi 200 sm-dən dərin yerləşən torpaqlardan meşə əkini üçün istifadə edilməsi məsləhət
görülür.
Alimlərin apardığı tədqiqatlar göstərir ki, ağac və kol, həmçinin kənd təsərrüfatı bitkiləri duzlu torpaqlarda
adaptasiya olunduqda orqanizmdə dərin daxili dəyişkənlik gedir və bitkilərdə maddələr mübadiləsi davamlı
olur. Bitkinin qazandığı bu yeni xassələr onun toxumlarında da baş verir. Bu toxumlardan alınan bitkilər daha
duza davamlılığı ilə seçilir. Odur ki, duzlu torpaqlarda meşə zolaqları salarkən səpin materialı kimi duzlu tor-
paqlarda bitən ağacların toxumlarından istifadə olunması məqsədəuyğundur.
Kür-Araz ovalığında meşə zolaqları saldıqda həmin ərazidə park, bağ, meşə zolağında mövcud olan yaşlı
ağac və kolların toxumlarından istifadə edilməsi tövsiyə olunur.
Kür-Araz ovalığında müxtəlif dərəcədə şorlaşmış torpaqlarda meşə zolaqları və digər məqsədli meşəliklər
salarkən S.M.Məmmədov (1968) iki üsul məsləhət görür. I üsul cərgələr arası enli götürülməklə eyni ağac
cinsindən ağaclar suvarma şırımının hər iki tərəfində əkilir. Bu üsulda 2,6 metrdən bir dərin şırımlar açılır və 2
cərgəli təmiz (sırf) cərgəli lent yaranır. Cərgələr arasında məsafə 0,6 m, cərgədə ağacların arası isə 0,7 m
götürülür. Bitkilərin yan cərgələri arasında olan məsafə 2 m təşkil edir. Bu da cərgə aralarında torpağı
mexanizmlərlə becərməyə imkan yaradır. Lentin özündə isə torpağa qulluq işləri əllə aparılır. Bu üsulla I və II
aqromeşəşorluq dərəcələrinə aid olan torpaqlarda meşə zolağının salınması məsləhət görülür.
Meşə zolağının salınmasında 2-ci üsul enli cərgələrlə sıx meşə əkini aparmaqdır. Bu üsulla meşəlik məhdud
meşəyə yararlı və şərti meşəyə yararlı torpaqlar üçün nəzərdə tutulur. Bu üsulla meşə zolağı saldıqda
mərkəzlərinin arası 1,5 m olan iki dərin şırım açılır. Sonra 3 m məsafə qoyulur və yenidən iki şırım açılır və s.
Əkin (səpin) şırımların hər iki döşündə aparılır. Beləliklə, iki lentdən ibarət 4 cərgəli zolaq yaranır. Lentlərin eni
2,1 m, lentlər arası məsafə isə (enli cərgələr) 2,4 m təşkil edir.
Duzlu torpaqlar üçün təklif olunan sıx və sırf (təmiz) bioqruplar halında əkinlərdə müxtəlif ağaclar bir-
birinə mənfi təsir göstərmir və vahid sahədə ağac və kollar yuxarı yaşlarında lazım olan miqdarda qalır. Bununla
yanaşı, ağaclar arasında mexanikləşdirilmiş qulluq işləri üçün geniş imkan yaranır.
Kür-Araz ovalığının duzlu torpaqlarında meşə zolaqları yetişdirildikdə ağacların ilk yaşlarında torpağa qul-
luq etməklə yanaşı, onların çətirləri birləşən dövrə qədər suvarmanın aparılması da mühüm şərtlərdən sayılır.
Suvarmanın sayı vegetasiya dövründə meteoroloji şəraitdən, zolağın yaşından, torpağın səthindən, ağac və kol
cinslərinin bioloji xüsusiyyətlərindən və digər faktorlardan asılıdır (cədvəl 14.4.).
Zolaqdakı ağaclar iki yaşına çatdıqda qış suvarması da aparılmalıdır. Qeyri-məhdud yararlı və meşəyə
yararlı (I-II dərəcə) torpaqlarda qış suvarması bir dəfə (noyabr-dekabr), məhdud meşəyə yararlı və şərti yararlı
(III-IV dərəcə) torpaqlarda isə iki qış suvarmasının (1-ci dekabrda, 2-ci isə fevralda) aparılması tövsiyə olunur.
Aparılan təcrübə işləri göstərir ki, lentlərdə və zolaqlarda aqrotexniki qaydalara düzgün riayət edildikdə I-II
aqromeşəşorluq dərəcəli torpaqlarda 2-3-cü ilində, III-IV dərəcəli torpaqlarda isə 3-4-cü ilində ağacların çətirləri
tam birləşir. Bundan sonra torpağa əllə olunan xidmətlər dayandırıla bilər. Geniş cərgələr arasında isə
mexanikləşdirilmiş qulluq işləri zolağın çətirləri tam birləşənə qədər davam etdirilir.
Kür-Araz ovalığının duzlu torpaqlarında ayrı-ayrı aqromeşəşorluq dərəcələrinə uyğun olaraq
S.M.Məmmədov (1968) meşə zolaqlarının salınması işlərində əsasən ağacların aşağıdakı qarışdırma tiplərini
tövsiyə edir:
Dostları ilə paylaş: