Cəmi: 9543 hektar
1949-cu il Nazirlər Sovetinin qərarına əsasən meşə zolaqlarının və digər məqsədli meşəliklərin salınması
üzrə nəzərdə tutulan planın, layihənin çoxusu yerinə yetirilməmişdir. Plan üzrə əsasən dövlət meşə zolaqlarının
çox hissəsi, qismən isə, magistral suvarma kanalları, dəmir yolu və avtomobil yolları ətrafında qoruyucu zolaq-
lar salındı. Son illərdə dərc olunan məlumatlarda qeyd edilir ki, məlum səbəblərdən mövcud meşə zolaqlarının
çox hissəsində qanunsuz qırıntı işləri aparılır, mal-qara sürüləri otarılır.
Meşəsiz quru iqlim şəraitində yaradılmış meşə zolaqlarının tədqiq edilməsi, çox yerdə ətrafının
çəpərlənməsi və müvafiq meşəlik tədbirləri yerinə yetirməklə bərpa olunması, yeni tarlaqoruyucu meşə
zolaqlarının salınması günün vacib məsələsi sayılmalıdır.
Kürqırağı tuqay meşələrinin bərpa edilməsi Kür-Araz ovalığında kənd təsərrüfatının daha da inkişafına
kömək edəcəkdir. Bu meşələr qızmar günəşli Qarabağın, Şirvanın, Milin, Muğanın iqlimini yaxşılaşdıracaq,
burada istirahət və sağlamlıq ocaqları yaratmağa real imkanlar açacaq, ərazinin estetik vəziyyətinin daha da
gözəlləşməsi üçün zəmin yaradacaqdır.
Dostları ilə paylaş: |