Dövlət və digər məqsədli meşə zolaqları
Respublikamızda dövlət qoruyucu meşə zolaqlarının və digər məqsədli meşəliklərin, yaşıllıqların salınması
işinə əsasən 1950-ci ildən sonra Azərbaycan SSR Nazirlər Sovetinin 12.11.1949-cu il qərarından sonra
başlanılmışdır. Bu qərardan sonra 10 il müddətində meşə zolaqlarının və digər növ meşəliklərin salınması üzrə
kompleks perspektiv planın həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu plana aşağıdakılar daxil edilmişdir:
1. Mövcud texniki layihə əsasında 17871 ha sahədə 1096 km uzunluğunda 12 dövlət meşə zolaqlarının
salınması (cədvəl 14.3). 1950-53-cü illər ərzində artıq 1381 ha meşə zolaqlarının salınması həyata keçirilmişdir.
2. Kolxoz və sovxozların kənd təsərrüfatı sahələrində tarlaqoruyucu meşə zolaqlarının salınması. Bu zolaq-
lar dəmyə şəraitində səpin sahələrinin 3%-i, suvarılan əkin sahələrinin isə 2,5%-ni təşkil etməlidir. Respublika
ərazisində tarlaqoruyucu meşə zolaqlarının sahəsi 20 min ha, o cümlədən Kür-Araz ovalığı rayonlarında 12 min
ha nəzərdə tutulmuşdur.
3. «Aqromeşəlayihə» tərəfindən hazırlanmış layihə əsasən Kür-Araz ovalığı ərazisində Kür çayının hər iki
sahili boyu 18600 ha sahədə tuqay meşələrinin bərpası və rekonstruksiyası işlərinin aparılması.
4. Magistral (yuxarı Qarabağ, Baş Şirvan) və bölüşdürücü suvarma kanalları, kollektorlar boyu 47 min ha
sahədə irriqasiya meşə zolaqlarının salınması.
5. Kənd təsərrüfatına yararsız sahələrdə, o cümlədən qobular və yarğanlarda 10 min ha, o cümlədən Kür-
Araz ovalığında 6 min ha sahənin meşələşdirilməsi.
6. Meşəsiz, eroziyaya uğramış sahələrdə və qumluqlarda 10 min hektar sahədə meşələrin salınması.
7. 1000 ha sahədə qərzəkli (qoz meyvəli), 10 min ha sahədə tut (çəkil) plantasiyası, 18 milyon ədəd tut
ağacının əkilməsi.
8. Dəmiryolu və şosse yolları boyu 715 ha qoruyucu meşə zolaqlarının salınması.
9. Abşeronda 3000 ha sahədə zeytun massivlərinin salınması.
10. Bakı şəhəri ətrafında 1000 ha sahədə yaşıllıq zonasının yaradılması.
Beləliklə, 10-15 il ərzində 100 min ha sahədə, o cümlədən Kür-Araz ovalığında 70 min ha-ya yaxın
meşələrin salınması planlaşdırılmışdır.
1950-51-ci illərdən başlayaraq respublikanın əməkdar meşəçisi İ.S.Səfərovun başçılığı ilə Azərbaycanda
meşə zolaqlarının salınması işinə başlandı. Meşə zolaqlarında ən çox palıd növlərinə (şabalıdyarpaq, uzunsap-
laq, iberiya palıdı) üstünlük verilmişdir. Palıd toxumlarının səpini T.D.Lısenkonun yuva üsulu ilə aparılaraq ona
müəyyən dəyişikliklər edildi (Səfərov, 1958). Məlum olduğu kimi, T.D.Lısenkonun yuva metodu ilə səpin
aparıldıqda paket şəklində olan yuvada çala yerləşdirilir. Bu üsul əsasən dəmyə şəraitində istifadə olunmuşdur.
317
Cədvəl 14.3.
Dostları ilə paylaş: |