Antropogen amillərin təsiri nəticəsində təbiətin ilkin halı bu və ya digər dərəcədə pozulmağa məruz qalır və
növmüxtəlifliyi müxtəlif dərəcədə pozulur və ya məhv edilir,növlər və qruplaşmalar arasında əlaqə, tarazlıq po-
Elmi-texniki tərəqqinin yeni yüksək mərhələsində çoxsahəli sənayenin və kənd təsərrüfatının sürətlə inkişa-
fı, müxtəlif nəqliyyat növlərinin hədsiz çoxalması təbiətdən və təbii sərvətlərdən daha geniş istifadə olunması
ilə nəticələnir. Söz yox ki, insanın müasir fəaliyyəti cəmiyyətə böyük fayda da verir: əhalinin ümumi güzaranı
yaxşılaşır, xəstəliklərin qarşısı xeyli azalır. Lakin insanın təbiətə müdaxiləsi əksər hallarda neqativ ekoloji hadi-
sələrlə də nəticələnir: təbii ekosistemlərin deqradasiyası, bir çox bitki və heyvan növlərinin sıradan çıxması, tə-
bii resursların tükənməsi baş verir. Bu baxımdan, dövlət tərəfindən yaradılan qoruqlar təbiətin və ətraf mühitin
Qoruqlar elm, mədəniyyət və təsərrüfat üçün müstəsna əhəmiyyəti olan, dövlət tərəfindən mühafizə edilən
Qoruqlar təbiətin ən yüksək mühafizə formalarından biridir. Burada müxtəlif təbii zonaların xarakterik land-
şaftları, kökü kəsilməkdə olan, yaxud nadir hallarda rast gəlinən bitki və heyvan növləri, eləcə də sıradan çıx-
maq təhlükəsinə məruz qalan təbii komplekslər və onların komponentləri, mağaralar, şəlalələr buzlaqlar və s.
qorunur. Qoruqlarda geoloji kəşfiyyat işləri, şumlama, mal-qara otarılması, turizm, ov etmək, balıq tutmaq,
ağac kəsmək, bitkiləri məhv etmək, ümumiyyətlə təbii sərvətlərdən istifadə etmək və onların təbii halını poz-
tədqiqatlar aparılır, təbiətin etalon və kontrol sahələrdə mürəkkəb ekoloji sistemlərin inkişafı qanunauyğunluq-
ları öyrənilir. Tədqiqat zamanı əldə edilən materiallar təsərrüfatda istifadə olunan sahələrlə müqayisə olunur.
Belə nəticələr təbii mühitin pozulma dərəcəsini aşkara çıxarmağa və onun qarşısını almaq üçün tədbirlər siste-
mini hazırlamağa imkan yaradır. Ekoloji sistemin daha çox rəngarəngliyini öyrənmək, genetik fondun növlərini
saxlamaq məqsədilə qoruqlar müxtəlif landşaft zonalarında yaradılır. Qoruq əraziləri ətrafında mühafizə zonala-
rı (zolaqları) yaradılır. Bu zonalar insanın təsərrüfat fəaliyyətinin qoruğa daxil olmasının qarşısını alır.
348
Təşkil olunacaq qoruğun layihəsində qoruq üçün ərazinin seçilməsinin əsaslandırılması, sahəsi, sərhədləri
verilir. Qoruğun gələcək fəaliyyətinin istiqaməti, maliyələşdirilmə qaydası səciyyələndirilir, xəritələr, müxtəlif
rəsmi sənədlər və digər materiallar əlavə olunur.
Qoruğun layihələşdirilməsindən qabaq bioloji-iqtisadi tədqiqatlar aparılır. Tədqiqat işlərində bioloqlar və
cooğraflar iştirak edir.
Layihələşdirmə prosesi üç mərhələdə keçirilir: hazırlıq, çöl və kameral.
Hazırlıq işləri dövrü – mütəxəssislərin çöl axtarış işlərinə çıxmamışdan qabaq görüləcək iş mərhələsi sayılır.
Bu mərhələdə layihə işi hazırlanır və sifarişçi ilə layihə təşkilatı arasında müqavilə bağlanılır. Sifarişçi kimi qo-
ruq təşkil etmək istəyən idarə iştirak edir. Müqavilə və layihə işinin vaxtı, layihəyə olan tələbatı layihə axtarış
partiyasının tərkibi və maliyələşdirmə işləri müəyyənləşdirilir.
Axtarış partiyasının tərkibinə daxil olan mütəxəssislər hazırlıq dövrü ərzində tədqiqat rayonu ərazisi üzrə
ədəbiyyatla, idarə və arxiv materialları ilə hərtərəfli və diqqətlə tanış olmalıdır.
Çöl axtarış işləri – İcra hakimiyyətində axtarış partiyasının və sifarişçi təşkilatının nümayəndələrinin xüsusi
yığıncağı keçirildikdən sonra başlanır. Yığıncaqda qəbul olunmuş qərar bu və ya digər ərazidə çöl axtarış işlə-
rinin aparılması üçün əsas sayılır.
Çöl işləri dövrü adətən 3-4 ay davam edir. Bu dövr ərzində təbii şəraitə, diqqətəlayiq və maraqlı təbiət ob-
yektlərinə qiymət verilməsi üçün material toplanır və onun köməyilə müəyyən yerdə qoruğun yaradılmasının la-
büdlüyü əsaslandırılır.
Gələcəkdə təşkil olunan qoruq ərazisində axtarış partiyası flora və faunanı səciyyələndirmək üçün botaniki,
zooloji və digər elmi tədqiqat işləri aparır. Bu istiqamətdə əldə olunan materiallar ədəbiyyat məlumatlarilə mü-
qayisə edilir və qabaqcadan qiymətli obyektlərin vəziyyəti aydınlaşdırılır.
Çöl tədqiqatlarının əsas məqsədi gələcək qoruğun sahəsini və sərhədlərini müəyyənləşdirməkdir. Qoruğun
sərhədləri yaxşı olar ki, suayırıcılarla keçsin və qoruğun ərazisi bir çay hövzəsinə düşsün. Buna həmişə nail ol-
maq çətindir. Burada qoruğun gələcək perspektivləri, yaşayış məntəqələrinin, yolların cığırların və s.-nin yerləş-
məsi də nəzərə alınmalıdır.
Qoruqlar layihələşdirildikdə turizmin inkişafı və zəhmətkeşlərin istirahəti məsələləri də nəzərə alınmalıdır.
Turistlər və yerli əhali üçün daha cəlbedici yerlər, obyektlər qoruq ərazisinə daxil edilməlidir.
Mümkünat daxilində qoruqların sərhədi eyni bir rayonun daxilinə salınmalıdır. Qoruğun mərkəzi idarəsinin
qoruq ərazisində və ya onun yaxınlığında olması məqsədə uyğundur.
Qoruq idarəsi ilə birlikdə kartonların, dayaq məntəqələrinin və bazaların yeri də təyin edilir. Çöl işləri qurtar-
dıqdan sonra rayon və ya vilayət mərkəzində tədqiqatın nəticələri müzakirə olunur və razılığa gəldikdə qoruğun
təşkil edilməsi üçün axırıncı qərar qəbul olunur.
Kameral işləri dövründə layihə, xəritə materialları və yer quruluşu işi hazırlanır. Bu zaman tərtib olunan iza-
hat kitabçasına aşağıdakı bəndlər daxil olur.
İzahnamənin giriş hissəsində müddət, işin həcmi, partiyanın tərkibi və s. verilir.
1.Qoruğun təşkilinin mümkün variantları, onun təhlili və müqayisəsi. Bunlardan ən yaxşı variantın əsaslandı-
rılması;
2.Layihələşdirilən qoruq ərazisinin fiziki-coğrafi səciyyəsi (sərhədləri, sahəsi, sahələrin eksplikasiyası (izahı,
relyefi, iqlimi, hidroqrafiyası, torpağı);
3. Bitki örtüyü;
4. Heyvanat aləmi;
5. İqtisadi-coğrafi səciyyəsi (layihələşdirilən qoruğun ərazisində və ona qonşu yerlərdə əhalinin sayı, təsərrü-
fatın əsas sahələri və i. a.).
6. Xüsusilə qəti qorunmağa və öyrənilməyə ehtiyacı olan təbii obyektlər;
7. Qoruğun daxili təsərrüfatının təşkili üzrə təkliflər (mərkəzi idarənin yeri, ərazinin təşkili, tələb olunan ştat-
lar və vəsait, maliyələşdirmə);
8. Elmi tədqiqatların əsas istiqamətləri.
Nəticələr, istifadə olunan ədəbiyyatın və əlyazmaların siyahısı. Tərtib olunan xəritə-sxemdə isə tədqiqat mar-
şrutları, qoruğun təyin olunmuş sərhədləri, onun yerləşmə variantları,üstünlük təşkil edən bitki örtüyü tipləri,
xüsusi qiymətli sahələrin və obyektlərin yerləşməsi, daxili təsərrüfat təşkilatlarının planı.
Hazır layihə vilayət və ya rayon İcra hakimiyyətinin müzakirəsinə təqdim olunur. Bu mərhələlərdən müsbət
rəylərlə keçdikdən sonra İcra hakimiyyəti layihəni qoruğun təşkili haqda qərarı münasib ərizə-məktubla birlikdə
respublika Nazirlər Sovetinin sərəncamına göndərir. Bununla layihələşdirmə mərhələsi başa çatmış olur.
Dostları ilə paylaş: