2.6. Edafik faktorlar və onların bitkinin və torpağın flora-faunasının həyatında rolu
Torpaq örtüyü, onu əmələgətirən faktorlar və funksiyaları haqqında «Litosfer» fəslində geniş məlumat veri-
lir. İndi isə ondan edafik faktor kimi bitkilərin həyatında rolundan danışılacaq. Edafik faktorlar bitkilərin
böyümə və inkişafı şəraiti sayılır. Onlar kimyəvi və fiziki faktorlara bölünür. Kimyəvi faktorlara – torpağın
reaksiyası, duz rejimi, udma qabiliyyəti, torpağın elementar kimyəvi tərkibi və udulmuş kationların tərkibi; fizi-
ki faktorlara torpağın su və hava rejimləri, torpağın sıxlığı və qalınlığı, qranulometrik tərkibi, strukturu və s.
aiddir; bioloji faktorlar da ayırırlar (Xrustalyev, Matişev, 1996), bura torpaqda məskunlaşan bitki və heyvan
orqanizmləri daxildir.
Yuxarıda göstərilənlərdən torpağın nəmliyi, temperaturu, strukturu, məsaməliyi, torpaq mühitinin
reaksiyası, torpağın duzluluğu ən mühüm ekoloji faktorlar hesab edilir.
Torpaq litosferin əksər süxurları kimi adi bərk cisim olmayıb bərk hissəcikləri hava və su ilə əhatələnən
mürəkkəb üçfazalı sistemdir. Onun boşluqları qaz qarışıqları və su məhsulları ilə dolduğu üçün orada bir çox
mikro və makroorqanizmlərin həyatı üçün əlverişli olan olduqca müxtəlif şərait yaranmışdır.
Yerüstü havaya nisbətən torpaqda temperatur dəyişkənliyi hamarlanmış (mülayimləşdirilmiş), qrunt suyu-
nun mövcudluğu və yağıntıların hopması su ehtiyatı yaradaraq, su və yerüstü mühit arasında rütubətlilik rejimini
təmin edir. Torpaqda bitki qalıqlarının və ölmüş heyvanların üzvi və mineral maddələri toplanır. Bütün bunlar
torpaqda həyatın dolğunluğunu təyin edir.
Torpaqda yerüstü bitkilərin kök sistemi yerləşir. Torpaqda bitki, göbələk, külli miqdarda göy-yaşıl, yaşıl,
sarı-yaşıl yosunlar (2000 növdən artıq) məskunlaşır. Onlar həm torpağın səthində, həm də üst qatlarında
yaşayaraq üzvi maddələri fotosintez edir, torpağı oksigenlə zənginləşdirir, göy-yaşıl yosunların bəzi növləri isə
havadan azotu fiksə edir. Burada həm də çoxlu miqdarda saprofit göbələklər inkişaf edir. Bir qram qara torpaq-
da 10 milyarda (bəzən artıq), yaxud 10t//ha-dək canlı orqanizmlər olur, sporlu-sporsuz bakteriyalar, ibtidailər,
aktinomisetlərə təsadüf edilir. Bütün bu canlı orqanizmlər torpaq üçün onun cansız komponentləri kimi xarakte-
rikdir. B.İ.Vernadski torpağı təbiətin biokos cisminə aid edir və orada həyatın dolğunluğunu canlı orqanizmlərin
olması ilə izah edir.
Torpaq litosferin süxurlarından bitkilərə həyat, heyvanlara və insana qida verən münbitliyi ilə fərqlənir.
Torpağın münbitliyi – onun bitkilər tərəfindən mənimsənilən qida maddələri, rütubətlik və s. ilə təminetmə və
məhsulvermə qabiliyyətidir. Torpağın münbitliyi iki cür olur: təbii (potensial) və süni (effektiv). Təbii münbitlik
təbii ekoloji faktorlar və torpaqəmələgətirən proseslərin kombinasiyasından və qarşılıqlı təsirindən asılı olur.
Süni münbitlik insanların torpağa aqronomik təsirindən yaradılır. Təbii münbitlik sabit xassə deyil, dinamik
xassədir və torpaqdan səmərəli istifadə olunduqda onun münbitliyi daha da arta bilər.
Məlum odduğu kimi, torpaq bərk, maye və qazşəkilli komponentlərdən ibarət olub özündə canlı makro və
mikroorqanizmləri cəmləşdirir (bitki və heyvan).
45
Bərk komponentlər torpaqda üstünlük təşkil edib mineral və üzvi hissələrdən ibarətdir. Torpağın üzvi
hissəsi mürəkkəb üzvi maddə sayılan humusdan ibarətdir. Humus torpağın bitki və heyvan qalıqlarının fiziki-
biokimyəvi çevrilməsi nəticəsində əmələ gələn tünd rəngli üzvi hissəsidir. Humusun tərkibinə humin turşuları
(torpağın məhsuldarlığı üçün ən vacib olan) və fulfoturşular daxildir. Humusda mikroorqanizmlərin köməyi ilə
bitkilərin ala bildiyi əsas qida elementləri (azot, fosfor, kükürd, karbon və s.) vardır. Humus torpağın
məhsuldarlığını artırır, onun bioloji aktivliyini yüksəldir. Torpaqda humusun miqdarı faizin onda bir hissəsindən
20-25%-ə çatır. Qaratorpaq humusla ən zəngin və ən münbit torpaq hesab olunur.
Torpağın maye komponenti müxtəlif vəziyyətlərdə ola bilər: 1) azad(qravitasiya) su –
torpağın daha iri məsamələrini tutaraq öz ağırlıq qüvvəsi ilə tədricən aşağı sızır; 2) əlaqəli (hiqroskopik və
pərdə suyu) su – torpaq hissəciklərinin səthi ilə möhkəm adsorbsiya olunaraq onların üzərində pərdə əmələ
gətirir; 3) kapilyar su-kiçik məsamələri tutaraq orada müxtəlif istiqamətlərdə hərəkət edə bilər; 4) buxar suyu –
torpaq havasının tərkibində olur. Bitkinin kök sistemi üçün ən asan istifadə oluna bilən (əlverişli) azad və kapi-
lyar, çətin istifadə oluna bilən əlaqəli (pərdə) su forması hesab olunur, buxar halında olan su isə böyük rol
oynamır. Torpaqda olan bütün su kütləsinin, torpağın bərk komponentlərinin kütləsinə olan nisbəti (faizlə)
Dostları ilə paylaş: |