2.4. Temperatur və rütubətliyin birgə təsiri. Temperatur və rütubətlik ümumi, qarşılıqlı, birgə qarşılıqlı
təsir göstərərək ən mühüm iqlim faktorları hesab edilir və iqlimin «keyfiyyətini» təyin edir: il ərzində yüksək
rütubətlik temperaturun mövsüm ərzindəki tərəddüdünü yumşaldır (zəiflədir), bu dəniz iqlimi sayılır. Havanın
yüksək quraqlığı temperaturun kəskin dəyişməsinə gətirib çıxarır, bu isə kontinental iqlim hesab olunur.
Temperatur və rütubətlik kəmiyyətcə kifayət qədər etibarlı qiymətləndirilir, çünki onlar bütün xarici
limitləşdirici faktorların təyinedicisidir, onların təsirilə heyvanat və bitki aləmində əksəriyyət ekoloji hadisələr
asan korrelyasiya olunur.
Temperatur və rütubətliyin, həmçinin əksər digər faktorların qarşılıqlı təsiri bu faktorların həm nisbi, həm
də mütləq ölçülərindən asılıdır. Belə ki, rütubətlik kritik vəziyyətə yaxın olduqda, yəni çox yüksək və ya çox
aşağı olduqda temperatur orqanizmə daha aydın limitləşdirici təsir göstərir. Əgər temperatur hüdud qiymətinə
yaxın olarsa, elə rütubətlik də yüksək kritik rol oynayır. Məsələn, rütubətlik aşağı və mülayim vəziyyətdə ol-
duqda pambıq taxılbiti yüksək temperatura dözür. Pambıqçılıq rayonlarında quru isti hava şəraiti pambıqçılara
taxılbitinin sayının artmasına siqnal olub, onlara çiləyiciləri hazırlamağa xəbərdarlıq edir. İsti rütubətli hava
taxılbitinin artması üçün az əlverişli olsa da, pambıq bitkisi üçün əlverişsizdir.
Qeyd edək ki, yarpağını tökən meşələr zonasında, xüsusən onun cənub hissəsində su yayın sonunda
limitləşdirici faktor kimi özünü göstərir. Yabanı bitki örtüyü dövri baş verən yay quraqlığına adaptasiya
olunmuşdur, lakin bu zonada yetişdirilən kənd təsərrüfatı bitkiləri quraqlığa adaptasiya olunmayıb. Odur ki, bu
zonada bəzi quraqlıq illərində süni suvarmanın aparılmasına tələbat vardır.
Dostları ilə paylaş: |