3.7. Populyasiyanın məkan (ərazi) strukturu
Populyasiyanın ərazi (məkan) strukturu fərdlərin və onların qruplaşmalarının landşaftın müəyyən
elementlərinə və bir-birinə nisbətən yerləşmə xarakterini göstərir və növə uyğun ərazidən istifadə tipini əks etdi-
rir. Ərazidə fərdlərin qanunauyğun yayılması (paylanması) mühüm bioloji əhəmiyyət kəsb edir və əslində
populyasiyanın normal fəaliyyətinin bütün formalarının əsası sayılır. Məkanca strukturlaşma hər şeydən əvvəl
mühit resurslarından (qida, qoruyucu, mikroiqlim və s.) daha effektiv istifadə etməyi müəyyənləşdirir, populya-
siya daxilində fərdlərin rəqabətlik münasibəti səviyyəsini aşağı salır. Bunun əsasında növün biokütləsinin və
bioloji aktivliyinin yüksək səviyyədə qalmasına imkan yaranır. Bu, həmin populyasiyanın biosenozun digər
növləri ilə qarşılıqlı əlaqəsində mövqeyini möhkəmlədir və onun sabit mövcudluğu ehtimalını artırır.
Ərazi strukturlaşmanın bioloji rolunun digər aspekti fərdlər arasında populyasiyadaxili kontaktı (əlaqəni)
lazımi səviyyədə sabit saxlamağın əsası sayılır. Populyasiyanın həm növ (çoxalma, yayılma və s.), həm bioseno-
tik funksiyasının (dövranda iştirakı, bioloji məhsulu yaratmaq, digər növlərin populyasiyalarına təsir) yerinə
yetirilməsi yalnız ayrı-ayrı fərdlər və onların qruplaşmalarının arasındakı sabit qanunauyğun qarşılıqlı təsirlər
əsasında mümkündür. Strukturlaşmış sistemdə belə qarşılıqlı təsirin saxlanması ərazidə populyasiya
elementlərinin nizamsız, təsadüfi yayılmasına nisbətən daha etibarlı təmin olunmuşdur.
Dostları ilə paylaş: |