Xəzər üzrə elmi tədqiqatların əsası Q.K.Gül tərəfindən qoyulmuşdur. O, tədqiqatlarında Xəzər dənizinin
qərb sahillərinin hidrometeorologiyası, Xəzərin səviyyə tərəddüdü ilə əlaqədar olaraq xalq təsərrüfatında baş
verən dəyişikliklər, ayrı-ayrı hidrometeoroloji amillərin xarakteristikasına üstünlük vermişdir. Xəzər dənizi üzrə
elmi tədqiqatlar Q.M.Məmmədov və A.N.Kosaryev (1967), T.İ.Furman (1966-1968), İ.Q.Məmmədov (1964),
M.M.Həsənov və X.E.Vəliyev (1969), M.S.Çobanzadə (1964) və b. tərəfindən yerinə yetirilmişdir.
19
Xəzər dənizində kiçik miqyaslı pulsasiyaların ölçülməsi ilk dəfə R.M.Məmmədov tərəfindən aparılmışdır.
Müəllif statistik orta, dispersiya, apizotropiya, turbulent intensivlik, dissipasitral funksiyaları hesablamış,
Xəzərdə əsas enerji daşıyıcı dövrlərini tapmışdır.
T.M.Tatarayev, A.İ.Hümbətov, R.M.Məmmədov, Ə.S. Əliyev, N.Ə.Əhmədov və digər müəlliflərin
hazırladığı ölçü cihazlarının köməyilə alınmış materiallar əsasında atmosfer-dəniz sisteminin statistik
parametrlərini və spektral funksiyalarını hesablamışlar.
Xəzər dənizinin ekoloji vəziyyətini öyrənmək məqsədilə Bakı arxipelaqı sularının dibində neft məhsulları,
fenol və digər çirkləndirici maddələrin paylanma təsnifatı hazırlanmış (Ə.Q.Gül, 1993), Xəzər dənizinin
Azərbaycan sahil zonasına axıdılan çirkab sularının miqdarı və tərkibi haqqında məlumat toplanılmışdır
(N.M.Ağalarova, 1992).
R.M.Məmmədov və T.M.Tatarayev Xəzər dənizində apardığı eksperimentlər əsasında turbulent
diffuziyanın bir sıra qanunauyğunluqlarını və Sumqayıt sahillərində hidrometeoroloji şəraitdən asılı olaraq
çirklənmənin yayılmasını müəyyən etmişlər.
1969-cu ildə akad. H.Ə.Əliyevin təşəbbüsü ilə Təbiəti mühafizə şöbəsi yaradılır. Şöbənin əməkdaşları
düzən və dağ meşələrinin müasir vəziyyəti onların antropogen amillərin təsirilə dəyişilməsi istiqamətləri
öyrənilir, meşələrin mühafizəsi və bərpası üzrə tədbirlər hazırlanır (N.H. Axundov, M.Y.Xəlilov), Azərbaycan
meşələrinin 1:600000 miqyasında xəritəsi hazırlanır (H.Ə.Əliyev, İ.S.Səfərov, N.H.Axundov).
K.Ə.Ələkbərov (1980) tərəfindən 1:600000 miqyasında «Azərbaycanda torpaq eroziyası və torpaqların
mühafizəsi» xəritəsi dərc edilir.
Meşə örtüyünün ziyanverici həşəratlardan mühafizəsi üçün entomofaqlar (106 növ) aşkar edilir
(Ə.R.Əliyev), entomoloji ziyanvericilərə qarşı mübarizə üsulları hazırlanır.
Daşkəsən dağ-mədən tullantılarının rekultivasiyası məqsədilə çıxdaşların aqrokimyəvi xassələri,
mikroelementlərin (K, P, Mn, Zn, Si, Mo və s.) tərkibi aşkar edilir və orada süni meşəsalma işləri üzrə
təcrübələr aparılır (Məmmədov K.R. 1978). 1972-ci ildən etibarən respublikanın ayrı-ayrı bölgələrində radioak-
tiv elementlərin miqdarı öyrənilmiş və müxtəlif torpaq tiplərində radioaktiv elementlərin miqdarının xəritə-
sxemi tərtib edilmişdir (A.Niyazov, 1985, 1988).
Ermənistanın Qafan mis, Qacaran mis, molibden, Aqaraq molibden, Dəstəkert molibden filizsaflaşdırıcı
kombinatları tullantılarının ətraf mühitə və kənd təsərrüfatı bitkilərinin keyfiyyət və məhsuldarlığına təsiri
öyrənilmişdir (İ.Quliyev, 1990). İ.B.Xəlilov (1991) tərəfindən Gəncə şəhərində sənaye tullantılarının ətraf mühi-
tin ekoloji vəziyyətinə təsiri tədqiq edilmişdir.
Azərbaycan Respublikasında ümumi gücü 5 mln. kVt-dan çox olan 9 iri istilik elektrik stnasiyasının ətraf
təbii mühitin komponentlərinə təsiri öyrənilmişdir (A.Mirzəyev, 1987). Abşeron göllərinin ekoloji vəziyyəti
tədqiq edilmiş və onun sağlamlaşdırılması yolları araşdırılmışdır. Respublika çaylarında axımın antropogen
amillərin təsiri nəticəsində dəyişməsi tədqiq edilmişdir (N.Ə.Məmmədov, H.Y. Fətullayev).
Ekologiya elminin təbliği, ətraf mühitin mühafizəsi sahəsində B.Ə.Budaqovun apardığı elmi tədqiqatların
nəticələri onun «Təbiəti qoruyaq» (1977), «Dözümlü, dözümsüz təbiət» (1990) və bir çox əsərlərində öz əksini
tapmışdır. Bu əsərlərdə respublikamızda atmosfer havasının, suyun, bitki örtüyünün, o cümlədən meşələrin,
torpağın, nadir landşaft obyektlərinin, təbiət abidələrinin mühafizəsindən, təbiətin ayrı-ayrı fəlakətli
proseslərindən (sellər, daşqınlar, sürüşmələr, eroziya) və onlara qarşı mübarizə tədbirlərindən, səhralaşmadan,
ayrı-ayrı bölgələrin ekoloji problemlərindən, təbiətə antropogen təsirdən, başqa ölkələrdə ətraf mühitin
mühafizəsi təcrübəsindən bəhs edilir.
Torpaqşünaslıq və meliorasiya sahəsi
Ekologiyanın əsas qanadı olan torpaqşünaslıq elminin Azərbaycanda əsasını qoyan H.M.Zərdabi olmuşdur
desək yanılmarıq. Hələ o, V.V.Dokuçayevdən 8 il əvvəl 1875-1876-cı illərdə torpağın əmələ gəlməsini izah
etmiş və bu prosesdə dörd amilin – ana süxurun, bitki və canlı orqanizmlərin, iqlimin və insanın təsərrüfat
fəaliyyətinin rolunu göstərmişdir. H.M.Zərdabi həmin rolu V.V.Dokuçayev qədər ətraflı göstərməsə də ilkin
qiymətli fikirlər söyləmişdir. O, 1873-1877-ci illərdə rəhbərlik etdiyi «Əkinçi» qəzetində və 1899-1903-cü
illərdə yazdığı «Torpaq, su və hava» əsərində torpaqşünaslıq, Azərbaycan torpaqları, onların münbitliyinin
artırılması və su təminatı haqqında qiymətli fikirlər irəli sürmüşdür. O, ensiklopedik alim olub biologiya, aqro-
kimya, baytarlıq, anatomiya, meyvəçilik, coğrafiya, astronomiya, iqtisadiyyat, tibb və başqa sahələrdə nəinki
respublikamızda, hətta dünya miqyasında tanınmışdır.
H.M.Zərdabinin torpaqşünaslıq haqqındakı fikirləri əsasən dağ süxurlarının aşınması prosesindən,
torpaqəmələgətirən amillərin rolundan, torpağın fiziki-kimyəvi xüsusiyyətlərindən, münbitliyindən,
analizlərindən, əlverişsiz torpaqları yaxşılaşdırmaq üçün müvafiq tədbirlərin (mexaniki tərkibi dəyişmək, şoran
torpaqların meliorasiyası, torpaq eroziyasının qarşısını almaq, meşə meliorasiyası) aqrokimya və əkinçiliyə dair
fikirləri isə torpağın aqroistehsalat keyfiyyətlərindən, növbəli əkin sisteminin tətbiqindən, düzgün şumlamadan,
peyin, quş zılı, çay lili və s. ilə gübrələməkdən, suvarma əkinçiliyini genişləndirməkdən və s. ibarət olmuşdur
(X.Həsənov, 1972).
20
Azərbaycanda torpaqların sonrakı elmi araşdırmaları haqqında 1869-1870-ci illərdə İ.Y.Kovalevskinin,
1890-cı ildə P.S.Kossoviçin, 1898-ci ildə Dokuçayevin, 1911-1914-cü illərdə Kamenskinin müəyyən fikirləri
olmuşdur.
V.V.Dokuçayev Cənubi Qafqazda olarkən Azərbaycanın bir sıra yerlərindən keçmiş və Qafqazın, o
cümlədən Azərbaycanın torpaqları haqqında bəzi ümumi məlumat vermiş, şaquli torpaq qurşaqlarının olmasını
göstərmişdir. 1911-1914-cü illərdə S.A.Zaxarov, V.A.Romanov və V.A.Kamenski Mil və Şirvan düzlərində
relyef, şorlaşma və hidrogeoloji şəraitlə bağlı torpaqların müxtəlifliyini müəyyənləşdirmişlər. Torpaqların
şorlaşmasını öyrənmək və onların meliorasiyası məqsədilə 1915-ci ildə Muğanda Cəfərxan təcrübə stansiyası
təşkil olunmuşdur.
1920-ci ildən sonra Azərbaycanda geniş torpaq tədqiqatlarına başlanmışdır. Bu dövrdə S.A.Zaxarovun
rəhbərliyi ilə V.V.Akimtsev, S.İ.Tyuremnov, Z.İ.İmşenetski, N.A.Dimo, L.N.Nojin və başqaları tərəfindən
aparılmış torpaq tədqiqatlarının nəticələri əsasında respublika ərazisi torpaq təşkili cəhətdən rayonlaşdırılmış,
torpaq xəritələri tərtib edilmiş və ayrı-ayrı ərazilərin torpaqları haqqında oçerklər tərtib edilmişdir.
1930-1931-ci illərdən başlayaraq Azərbaycan Elmi-Tədqiqat pambıqçılıq İnstitutunun (V.V.Akimtsev,
M.T. Əsgərbəyli, N.E.Bekareviç, M.Y.Ağamirov, L.N.Qorodetski və b.) Azərbaycan Kimyalaşdırma
Stansiyasının (K.Ə. Ələkbərov, M.E.Salayev, A.N.İzyumov, L.İ.Aleksandrovski, Ə.Q.Zeynalov, M.A.Şəfiyev,
K.H.Teymurov və b.) və SSRİ EA Azərbaycan filialının torpaqşünaslıq bölməsinin (V.P. Smirnov – Loginov,
B.A.Klopotovski, B.İ.Filosofov, A.S. Preobrajenski, V.R.Volobuyev, H.Ə.Əliyev, B.M.Ağayev, E.F.Şərifov,
R.V.Kovalyev və b.) əməkdaşları respublikanın düzən və dağlıq rayonlarında böyük ərazilərdə torpaqların
mənşəyini, coğrafi yayılmasını, münbitliyini, şorlaşma səbəblərini öyrənmiş və onları keyfiyyətcə
yaxşılaşdıraraq kənd təsərrüfatında səmərəli istifadə olunması ilə əlaqədar tədqiqat işləri aparmışlar (H.Aslanov,
2004).
1945-ci ildən sonrakı illərdə Azərbaycan EA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda respublikanın
bütün rayonlarında torpaqların coğrafi yayılması, mənşəyi, şoran və şorakət torpaqların əmələ gəlməsi,
meliorasiyası, torpaq kimyası və mikrobiologiyası, torpağın fiziki xassələri və digər məslələrlə əlaqədar geniş
tədqiqatlar aparılmışdır. 1953-cü ildə ilk dəfə «Azərbaycan SSR torpaqları» haqqında monoqrafik əsər və 1958-
ci ildə respublikanın torpaq xəritəsi nəşr edilmişdir.
Sonrakı illərdə respublika torpaqlarının münbitliyinin artırılması, yeni gübrə növlərinin tətbiqi, torpaqların
xəritələşdirilməsi, onların ekoloji və energetika baxımından öyrənilməsi və bonitetləşdirilməsi işində
H.Ə.Əliyev, M.E.Salayev, V.R.Volobuyev, C.M.Hüseynov, K.Ə.Ələkbərov, R.Q.Hüseynov, İ.S.İskəndərov,
Q.Ş.Məmmədov, M.İ.Cəfərov, R.M. Məmmədov, MPBabayev, Z.R.Mövsümov, P.B.Zamanov, Ş.G. Həsənov,
B.Q.Şəkuri, A.P.Gərayzadə, F.H.Axundov, Ə.R.Əhmədov, T.Ə.Əliyev, N.M.İsmayılov, Q.Z.Əzizov, V.H. Hə-
sənov, Q.Ş.Yaqubov və başqalarının xidmətləri olmuşdur.
1944-cü ildə Azərbaycan ET Hidrotexnika və Meliorasiya İnstitutu yaradıldığı gündən A.A.Poladzadə,
Ə.Q.Behbudov, V.R.Volobuyev, E.İ.Zdobnovun rəhbərliyi ilə respublikada şoran torpaqların meliorasiyası, hi-
drotexniki qurğuların tikilməsi və digər problemlərlə əlaqədar geniş tədqiqat işlərinə başlanmışdır.
Hidromeliorasiyanın inkişafında Y.Ə.İbadzadə, B.İ. Filosofov, M.V.Baranovski, M.Y.Vahabov,
S.X.Hüseynzadə, Q.Ş.Peşikov, F.S.Salahov, H.M.Hüseynov, A.Q.Axundov, K.H.Teymurov, Q.İ.Şpanin, S.M.
Əmircanov, H.M.Cəfərov, A.Ə.Mustafayev, X.F. Cəfərov, M.K.Rəhimov, Ə.K.Əlimov, T.A.Əbdülrəhimov,
N.P. Bəşirov, Q.H.Rüstəmov, E.M.Eyvazov, P.S.Əlişzadə, O.A. Zeynalova, N.H.Nadirov, M.M.Seyidov,
A.X.Babayev və başqalarının rolu böyük olmuşdur.
Torpaqşünasılıq və meliorasiya elminin inkişafında respublikamızın digər təşkilatlarında çalışan
alimlərindən B.H.Əliyev, N.A.Ağayev, H.Q.Aslanov, N.K.Mikayılovun xidmətləri az olmamışdır.
Məlum olğudu kimi aqroekologiya tətbiqi ekologiyanın mühüm sahəsidir. Aqroekologiyanın ümumi məqsədi
mədəni bitkilərin və təbii bitki örtüyünün məhsuldarlığını və keyfiyyətini yüksəltməkdir. Bu baxımdan, torpağın
bonitirovkasının öyrənilməsi aqroekoloji tədqiqatlarının əsası hesab olunur. Belə ki, torpağın bonitirovkası ən
mühüm aqronomik xassələrinə görə torpaqların müqayisəli qiymətləndirilməsidir. Torpağın bonitirovkası onun
münbitliyini, yəni keyfiyyətini ballarla ifadə edən kəmiyyət göstəricisidir. Torpaqdakı proseslər və keyfiyyət
dəyişilməsi yalnız onun xassələrini dəqiq öyrənməklə müəyyən edilir. Torpağın bonitirovkası torpaqların iqtisa-
di və ekoloji qiymətləndirilməsi, torpaq kadastrının tərtibi, meliorasiya və s. üçün zəruridir.
Torpaqların müqayisəli uçotu və onların keyfiyyətcə qiymətləndirilməsi bütün dünyada olduğu kimi
Azərbaycanda da böyük maraq doğurmuşdur: Bu tədqiqatlarda V.R.Volobuyev (1963), Y.İ.Kostyuçenko (1962,
1966), MPBabayev (1967, 1970, 1974), R.Q.Məmmədov (1969), R.Ə.Əliyeva (1969, 1971), Q.F.Əliyev (1973),
Ş.G.Həsənov (1972, 1973, 1974, 1978), M.E.Salayev, R.Ə.Əliyeva (1973, 1975), V.R.Volobuyev, M.E.Salayev,
Ş.K.Həsənov, Y.İ.Kostyuçenko (1973), Q.Ş.Yaqubov (1975), Q.Ş.Məmmədov (1976, 1977, 1978, 1979, 1990),
D.R.Əhədov (1977, 1979), A.H.Vəliyev (1981), Ş.A.Bədəlov (1981), F.L.Piriyeva (1984), S.M.Hüseynov
(1985), Ə.Ə.Mikayılov (1986), F.D.Ayvazov (1989), H.M.Hacıyev (1990), M.M.Əsgərova (1990),
K.Ş.Allahverdiyev (1990), S.R.Tağıyev (1991) və başqa tədqiqatçıların böyük xidməti olmuşdur.
21
Bu tədqiqatlar torpaqların bonitirovkasına dair qəbul olunmuş əsasda (Sobolyev, 1958, 1963), lakin
respublikanın torpaq örtüyünün aqroekoloji xüsusiyyətləri nəzərə alınmaqla, həm dağ və dağətəyi, həm də
düzənlik sahələrdə aparılmışdır. Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına təsir göstərən torpağın aqroekoloji
xüsusiyyətləri aşkar edilmiş, yerli şəraitdə torpaqların keyfiyyətcə qiymətləndirilməsinin metodikası işlənmiş,
əsas torpaqların qiymət şkalaları, torpaqların bonitet kartoqramları tərtib edilmişdir.
Azərbaycanda torpaqların bonitirovkasının inkişafını üç mərhələyə bölmək mümkündür:
I mərhələ 1965-ci ilə qədərki dövr olub, akademik V.R.Volobuyevin (1961, 1963) tək-tək işləri nəzərə
alınmasa, torpaqların bonitirovkasına dair iri həcmli tədqiqat işləri demək olar ki, aparılmamışdır
(R.Q.Məmmədov, 1962; V.R.Volobuyev, M.E.Salayev, Y.İ.Kostyuçenko, 1967 və s.).
II mərhələ (1966-1975) – bu dövrdə bir sıra tədqiqat işləri (Y.İ.Kostyuçenko, 1966; MPBabayev, 1967;
R.Ə.Əliyeva, 1971; Ş.G.Həsənov, 1972; Q.F.Əliyev, 1973; Q.Ş.Yaqubov, 1975) aparılmış və ilk nəticələr əldə
edilmişdir. Bu dövrdə torpaqların bonitirovkası sahəsində ilk dissertasiya işi Y.İ.Kostyuçenkoya (1966) məxsus
olmuşdur. Müəllif tərəfindən ilk dəfə olaraq Arazboyu ərazinin dağ-şabalıdı və boz-qəhvəyi torpaqlarında
münbitlik amillərinin taxıl bitiklərinin məhsuldarlığına təsiri və onların korrelyativ əlaqəsi tədqiq edilmişdir.
Özünün dissertasiya işində MPBabayev (1967) Qarabağ düzü torpaqlarının genetik xüsusiyyətləri ilə yanaşı,
onların keyfiyyət səciyyəsini vermişdir. Tədqiqatçı Ağdam rayonu torpaqlarının aqroistehsal qruplaşmasını
aparmış, onların bonitet şkalasını və torpaqlarının bonitet kartoqramını tərtib etmişdir.
İlk dəfə R.H.Məmmədov (1969, 1981) tərəfindən torpaqların aqrofiziki xassələrinə görə
qiymətləndirilməsinin vahid metodikası təklif olunmuşdur. O, çoxsaylı riyazi hesablamalar nəticəsində torpağın
kimyəvi, fiziki xassələri ilə kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı arasında qarşılıqlı əlaqənin olduğunu
müəyyən etmişdir.
Suvarılan torpaqlarda bonitirovkanın metodikasını, regional bonitet şkalalarını və uyğun olaraq təshih
əmsallarını (qranulometrik tərkib və şorlaşma dərəcəsini) hazırlamaq məqsədilə R.Ə.Əliyeva (1971) tərəfindən
Salyan rayonunun qədimdən suvarılan pambıq sahələrində tədqiqat işləri aparılmışdır. Tədqiqatın çöl, laborato-
riya işləri və riyazi hesablamaları nəticəsində pambığın məhsuldarlığı ilə torpağın ayrı-ayrı parametrləri arasında
korelyativ əlaqə müəyyən olunmuşdur.
Azərbaycanın cənub-qərb bölgəsi torpaqlarının bonitirovkasının əsas prinsipləri Ş.G.Həsənov (1972)
tərəfindən işlənmişdir.
Q.F.Əliyev (1973) eroziyaya məruz qalmış torpaqları qiymətləndirmək məqsədilə Şahbuz rayonunda, dağlıq
şəraitdə müxtəlif torpaq növmüxtəliflikləri arasında keyfiyyət fərqlərini müəyyən etmişdir.
Yem sahələrinin qiymətləndirilməsi ilk dəfə Q.Ş.Yaqubov (1975) tərəfindən şimal-qərbi Qobustanın qış
otlaqlarında aparılmışdır; nəticədə rayonun bütövlükdə və Şamaxı rayonunun kolxozlarının otlaq sahələrinin
torpaqları qiymətləndirilmişdir.
III mərhələ torpaqların bonitirovkasında müasir mərhələ olub, tədqiqatlarda yeni istiqamətləri özündə
birləşdirir. Bu mərhələdə dissertasiya işləri (Q.Ş.Məmmədov, 1978, A.H.Vəliyev, 1981; F.L.Piriyeva, 1984;
S.M.Hüseynov, 1985; Ə.Ə.Mikayılov, 1986; F.D.Ayvazov, 1989; H.M.Hacıyev, 1990; M.M.Əsgərova, 1990;
K.Ş.Allahverdiyev, 1990; S.R.Tağıyev, 1991) yazılmış, bir sıra tədqiqatlar aparılmış və elmi əsərlər nəşr
etdirilmişdir (Q.Ş.Məmmədov, 1976-1984; Ş.G.Həsənov, Q.Ş.Məmmədov, 1978; Q.Ş.Məmmədov,
S.D.Yaqubova, 1979; N.K.Mikayılov, Q.Ş.Məmmədov, 1978; A.H.Vəliyev, 1979, 1981; N.K.Mikaylov,
Q.Ş.Məmmədov, A.H.Vəliyev, 1979; S.M.Hüseynov, 1984 və b.).
Respublikamızda torpaqların bonitirovkasının indiki mərhələsində səciyyəvi xüsusiyyət faktik materialların
təhlili zamanı riyazi metodların geniş cəlb olunması, TÖS (torpaq örtüyü strukturu) nəzərə alınmaqla ayrı-ayrı
landşaft komplekslərinin qiymətləndirilməsidir.
İlk dəfə Q.Ş.Məmmədov (1976) tərəfindən torpaqların bonitirovkası zamanı bioiqlim potensialının (BİP)
zəruriliyi və əhəmiyyəti göstərilmişdir. Bu onunla əsaslandırılmışdır ki, otlaq sahələrinin yemlilik dəyəri (yemin
keyfiyyəti) iqlim amillərindən asılıdır (Şaşko, 1969, Əyyubov, 1975). Torpaq bonitetinin bioloji məhsuldarlığı
və otlaq sahələrinin müqayisəli dəyərlilik əmsalı müəyyən olunmuşdur. Torpağın yuyulma, şorlaşma,
mədəniləşmə, hidromorfizm və qranulometrik tərkibinə görə təshih əmsalları sistemi təklif olunmuşdur. Bu
təshih əmsallarının tətbiqi ilə otlaq sahələrinin torpaqlarının qapalı bonitet şkalası tərtib olunmuşdur. İlk dəfə
hər fitosenozun potensial imkanını müəyyən edən yem vahidi xəritəsi tərtib edilmişdir. Təbii otlaq sahələrinin
balla qiymətləndirilmiş torpaq istifadəçilərinin xəritəsi tərtib edilmişdir.
D.R.Əhədov (1979) tərəfindən Astara rayonu hüdudlarında çayayararlı torpaqların bonitirovkası üçün krite-
riyalar təyin edilmiş və ilk dəfə olaraq bonitirovka işlərində çayçılığın intensivləşdirmə səviyyəsinə diqqət
yetirilmişdir.
Lənkəran vilayətində çay və üzümaltı torpaqların aqroekoloji xüsusiyyətləri, bonitirovkası və onlardan
səmərəli istifadə edilməsi A.H.Vəliyev (1981) tərəfindən öyrənilmiş, torpağın xassələri ilə məhsuldarlığı
arasında əlaqəsi, o cümlədən qranulometrik tərkib, yuyulma dərəcəsi, gilləşməsi, torpağın sıxlığı üçün təshih
əmsalları tapılmış, üzümün məhsuldarlığı ilə torpaqdakı karbonatlar arasında riyazi asılılıq müəyyən
22
olunmuşdur. Torpaqların ekoloji qiymət qruplaşması təklif edilmiş, bu da Lənkəran vilayəti torpaqlarının boni-
tet kartoqramında öz əksini tapmışdır.
Dağlıq Şirvanın üzüməyararlı torpaqlarının aqroekoloji xüsusiyyətləri və bonitirovkası Ş.A.Bədəlov (1981)
tərəfindən tədqiq olunmuşdur. Üzümaltı torpaqlar onların daxili xassələrinə görə qiymətləndirilmiş, torpaqların
fiziki və kimyəvi xassələri əsasında şkala tərtib edilmiş, torpağın müxtəlif əlamətlərinə görə təshih əmsalları
müəyyən olunmuşdur.
Aqroekoloji əsasda üzüməyararlı torpaqların bonitirovkası S.M.Hüseynov (1985) tərəfindən Dağlıq Qarabağ
ərazisində aparılmışdır. Müəllif bonitirovka kriteriyalarını müəyyən etmiş və onlar əsasında torpaqların bonitet
şkalasını tərtib etmişdir.
Azərbaycanda meşəaltı torpaqların bonitirovkası F.L.Piriyevanın (1984) tədqiqatlarında öz əksini tapmışdır.
Müəllif Böyük Qafqazın meşə sahələrinin ekoloji səciyyəsini vermiş, meşələrdən səmərəli istifadənin yollarını
göstərmişdir.
Ə.Ə.Mikayılov (1986) Şirvan düzünün meliorasiya olunmuş suvarılan torpaqlarında aparlığı tədqiqatlarında
əvvəlki tədqiqatçıların suvarılan torpaqlar üçün təklif etdyii qiymət meyarlarından və təshih əmsallarından
istifadə etməklə kifayətlənməmiş, yeni qiymət göstəriciləri təklif etmişdir. Müəllif meliorasiya edilmiş torpaq-
larda taxıl və pambıq bitkilərinin məhsuldarlığı ilə sahənin hamarlığı arasındakı əlaqəni müəyyən edərək, bun-
dan qiymətləndirmədə təshih əmasalı kimi istifadə etmişdir.
S.Z.Məmmədova (1989) ilk dəfə respublikamızda çayaltı sarı dağ meşə, sarı-podzollu, sarı-podzollu-qleyli
torpaqların aqroekoloji münbitlik modellərini işləmişdir. Müəllif çay bitkisinin ekoloji tələblərini nəzəra almaq-
la münbitliyi formalaşdıran amiləri yeddi blokda (aqroekologiya, torpaq tərkibi və xassələri, torpaq rejimi, tor-
paq onurğasızları, biometriya, qiymət, aqromeliorasiya) qruplaşdırmış, bu göstəricilərin optimal parametrlərdən
tərəddüdünü müəyyən etmiş, münbitliyin yüksəldilməsi yollarını göstərmişdir.
F.D.Ayvazov (1989) Acınohur düzündə otlaqaltı torpaqların bioloji məhsuldarlığını tədqiq etmiş, qiymət
meyarlarından və təshih əmsallarından istifadə etməklə onların balla ifadə edilmiş qiymətini tapmış, Acınohur
qış otlaqlarının plastika metodu əsasında torpaq örtüyü strukturunu və bonitet kartoqramını (1:500000) tərtib
etmişdir.
S.R.Tağıyev (1991) Böyük Qafqazın şimal-şərq yamacında meşəaltı torpaqları qiymətləndirərkən, ənənəvi
qiymət meyarları ilə yanaşı, torpağın qranulometrmik tərkibindən də qiymət meyarı kimi istifadə etmişdir.
Tədqiqatlar nəticəsində Böyük Qafqazın şimal-şərq yamacının meşəaltı torpaqlarının bonitet şkalası, 1:200000
miqyasında bonitet kartoqramı tərtib edilmişdir.
M.M.Əsgərova (1990) Qarabağ düzü torpaqlarının kompleks aqronomik qiymətləndirilməsi və pambıq
bitkisinin ekoloji tələbi əsasında ərazi torpaqları münbitliyinin konseptual modellərini işləmişdir.
H.M.Hacıyev (1990) Mil düzü ərazisinin torpaq örtüyü strukturunu (TÖS) tədqiq etmiş, elementar torpaq
areallarının əmələ gətirdiyi birləşmələri plastika metodundan istifadə etməklə xəritələşdirmişdir (1:200000,
1:100000, 1:10000, 1:5000).
A.B.Cəfərov (1991) Lənkəran vilayətinin şimal hissəsində taxılaltı torpaqların aqroekoloji münbitlik
modellərini işləmiş, 1:50000 miqyasında plastika metodu əsasında torpaq-bonitet kartoqramını tərtib etmişdir.
T.T.Kasumova (1992) Quba-Xaçmaz zonasının meyvə bağlarının torpaq-ekoloji şəraitini tədqiq edərək
meyvə bitkilərinin ekoloji tələblərini nəzərə almaqla qiymət meyarları seçmiş, zona torpaqlarının aqroekoloji
əsasda bonitirovkasını aparmışdır.
L.C.Qasımov (1992) Lənkəran vilayətində subtropik bitkiləraltı (limon, portağal, naringi) torpaqların
yüksək münbitlik modelini işləmiş, bu bitkilərin məhsuldarlığına və münbitliyin səviyyəsinə təsir göstərən
amillərin səciyyəsini vermiş, onları idarə olunma dərəcəsindən asılı olaraq münbitlik modellərinin blokları
daxilində qruplaşdırmışdır. Müəllif rütubətli subtropik ərazinin 1:50000 miqyasında plastika metodu əsasında
torpaq xəritəsini tərtib etmiş, subtropik bitkiləraltı torpaqların münbitlik göstəricilərinin optimallaşdırılması
üçün kompleks aqrotexniki və meliorativ tədbirlər sistemi təklif etmişdir.
Ş.İ.İsgəndərov (1992) tərəfindən Böyük Qafqazın cənub-şərq yamacı torpaq örtüyü strukturunun plastika
metodu ilə 1:200000 miqyasında xəritəsi tərtib edilmişdir.
S.A.Hacıyev (1992) Naxçıvan Muxtar Respublikası ərazisində qış otlaq sahələrinin torpaqları münbitliyinin
ekoloji modellərini qurmuşdur. Müəllif bu torpaqların bonitet şkalasını və kartoqramını (1:100000) da tərtib
etmiş, otlaqların yaxşılaşdırılması üçün kompleks tədbirlər sistemi irəli sürmüşdür.
S.B.Rəcəbova (1994) Abşeron yarımadası daxilində zeytuna yararlı torpaqların geniş bonitet şkalasını tərtib
etmiş, Zığ zeytunçuluq təsərrüfatının 1:10000 miqyasında ekoloji qiymət xəritəsini hazırlamışdır.
Dostları ilə paylaş: |