Hemositoblastoz. Bu leykozun zəif
növüdür. İ.İ.Kasyanenko (1978) he-
sab edir ki, müxtəlif orqanlarda, xüsusilə
qaraciyər, dalaq, böyrək və sümük iliyində
müxtəlif ölcüdə infiltratlar, zəif diferensa-
siya edilən hüceyrələr müşahidə olunur. Bu
hüceyrələrdə bazofil sitoplazma və iri qa-
barıq (suluğa oxşar) nüvə, 1-2 nüvəcikdən
ibarət olur. Hemositoblastoz mielo və lim-
foblasta oxşayır. Mieloblastozdan fərqli
olaraq hemositoblastozla xəstə quşda
adeno zintrifosfat fəallıgı aşkar edilir.
İ.İ.Kasyanenko göstərir ki, hemositoblastoz
leykemik gedişə malikdir. Ona ancaq histo-
loji üsulla diaqnoz qoyulmalıdır. Leykozun
bu formasında qanda və orqanlarda bazofil
limfoid hüceyrəsi – hemositoblast (12%-ə
qədər) aşkarlanır.
Sarkoma raus 1910-cu ildə 15 aylıq
plimutrok cinsli toyuğun sağ döşündə şiş
şəklində müəyyən edilmişdir. Şiş düzgün
olmayan şar formasında olmaqla, içəri sində
seliyə oxşar maddə toplanır .
Sarkomaya 5 aylıqdan 24 aylığa qədər
bütün cins toyuqlar yoluxur. Bu xəstəliyə
ördəklər, qazlar, hind toyuqları, kəklik, tu-
tuquşular, bil dirçinlər, hacıleylək, sərçə,
bülbüllər, bayquşlar və s. həssasdırlar. Şiş
düyünləri müxtəlif böyüklükdə, istənilən
13
Elmi-praktik jurnal
bAyTArlıq
orqanda əmələ gəlir, daxili orqanlarda on-
ları əllə məklə təyin etmək mümkün olmur.
Dəri altında yerləşdikdə isə, onu xaricdən əl
gəzdirməklə müəyyən etmək olur.
endotelioma – Miel-Hm-2, Mh-2
virus ları tərəfindən yumurtalıqda, qarın boş-
luğunda bozumtul, ağ rəngdə şişlər əmələ
gətirir. Bu şişlərlə böyrəklərdə inkişaf edən
şişlər arasında əlaqənin olduğu müəyyən
edilmişdir.
Sarkoma fujina – toyuqların sağ qana-
dında, hind qozu böyüklüyündə dəri altında
və orqanizmin müxtəlif nahiyələrində
müşahidə edilir. Hal-hazırda kimi sarkoma-
nın 70-dən çox ştammı ayrılmışdır.
Timoma-qalxanvari vəzin yaxşı keyfiy-
yətli əzələ toxumasının miomioması mədə-
bağırsağın, bronxların, damarların və dərı
əzələsinin yaxşı keyfiyyətli şişlərinə də rast
gəlmək olur.
Dostları ilə paylaş: |