“Mən fəxr edirəM ki, AzərbAycAnlıyAM!”



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə21/105
tarix25.12.2016
ölçüsü2,85 Mb.
#3173
1   ...   17   18   19   20   21   22   23   24   ...   105
bAyTArlıq

digər  infeksion  xəstəliklərdə  olduğu  kimi 

qarayarada  da  həlledici  və  radikal  diaqnoz 

üsulu hesab edilir.

Köhnəlmiş  patoloji  materialdan  həmin 

üsulla qarayara törədicisinin təmiz kultura-

sını ayırmaq çox çətin olduğu üçün, ondan 

prisipitasiya  reaksiyası  qoyulur.  Bakterio-

loji  müayinədən  dəqiq  nəticə  almaq  üçün 

təsərrüfatda  qarayaraya  şübhə  oyanarsa  öl-

müş  heyvanın  cəmdəyinin  yarılmasına  qəti 

icazə verilmir. Odur ki, xəstə, yaxud ölmüş 

heyvanın qulağının səthi qan damarlarından 

aseptiki qaydalara ciddi riayət etmək şərtilə 

qan  götürüb,  bir  neçə  əşya  şüşəsi  üzərində 

qalın yaxmalar hazırlanır və müayinə üçün 

laboratoriyaya göndərilir.

Yaxmalardan  başqa  qulağı  bütöv  halda 

və  udlaq  ətrafında  əmələ  gəlmiş  şişdən  və 

daxili  orqanlardan  bir  parça  da  göndər mək 

olar.

Qeyd  etmək  lazımdır  ki,  qarayaraya 



bakterioloji  üsulla  diaqnoz  verdikdə  təkcə 

mikrobu  aşkar  etmək  kifayət  deyildir.  Bu 

zaman  törədicinin  qida  mühitində  yetişmə 

xüsusiyyətlərini nəzərə almaqla onu bioloji 

üsulla yoxlamaq lazımdır. Yəni ölmüş hey-

vanın qanı, onun prosesə uğramış orqanları 

və ya dərisindən hazırlanmış emulsiya, yaxud 

da  bakterioloji  üsulla  əldə  edilmiş  kultura 

ilə  (0,2-0,5  ml)  laboratoriya  heyvanlarını 

yoluxdurmaq  olar.  Laboratoriya  heyvanları 

yoluxdurmadan  16-72  saat  sonra  ölmüş 

heyvanlarda  qarayara  mikrobunun  olub-ol-

mamasını  müəyyənləşdirmək  üçün  onlar 

bakterioloji müayinədən keçirilir.

Qarayaranın  törədicisi  xarici  mühit 

amillərində  də  (yem,  yun,  qan,  su,  torpaq 

və  s.)  olur.  Ona  görə  çox  vaxt  onların  da 

mövcud  üsullarla  bakterioloji  müayinəsinə 

ehtiyac yaranır. 

Qarayara xəstəliyini əsasən pasterelyoz-

dan,  bradzotdan,  emfizematoz  karbunkul-

dan,  infeksion  enterotoksemiyadan  yaman 

keyfiyyətli  şişdən,  piroplazmidozlardan, 

yem  zəhərlənmələrindən  və  s.  təfriq  etmək 

lazımdır.

Qarayara  –  mikrobunun  identifikasiyası 

üçün  laboratoriyada  alınmış  təmiz  kultura 

hərəkətliliyə,  hemolitik  fəallığa,  kapsul 

törətməyə,  penisillin  və  faq  nümu nəsinə 

görə yoxlanılır.

Son zamanlar qarayaranın müayinə sində 

dəri allergiya sınağı və lüminessent diaqnoz 

üsulundan da istifadə olunur.

Hazırda  qarayaranın  diaqnostikasında 

daha  dəqiq  müayinə  üsulu  olan  polmeraz 

(zəncirvari)  reaksiyadan  istifadə  olunur 

(PSR).

Xəstəliyin  kliniki  formasından  asılı  ol-



mayaraq müalicə kompleks və ümumi, kar-

bunkulyoz formada isə həm də yerli aparıl-

malıdır.

Xəstəliyin  müalicəsində  əsas  etibarilə 

hiperimmun  serumdan  istifadə  edilir.  Se-

rumu  vurduqda  heyvanda  anaflaksiya  baş 

verməsin deyə əvvəlcə dəri altına həmin do-

zadan 0,5-1,0 ml, yarım saat sonra isə qalan 

hissəsi vurulur.

Serumun müalicəvi dozası vena daxilinə 

qaramal üçün 100-200 ml., davar və donuz-

lar  üçün  50-100  ml.-dir.  Əgər  serum 

yeridildikdən 6-12 saat sonra heyvanın tem-

peraturu  düşməsə,  serum  təkrarən  yeridilir. 

Müalicə 3-4 gün davam edir.

Son illər xəstəliyin müalicəsində serum 

əvəzinə  spesifik  qarayara  qlobulini  də 

müvəffəqiyyətlə  işlədirlər.  Həmin  qlobulin 

qarayaradan hiperimmunizə edilmiş atın qa-

nından  alınmış  10%-li  zülalın  qamma  və 

betta fraksiyasıdır.

Bunlarla paralel antibiotiklərdən penisil-

lin, streptomitsin (hər kq diri çəkiyə 5-10 min 

TV),  bissilin  (10-20  min  TV)  də  istifadə 

edilir.  Tetrasiklin  sırası  antibiotik lər  daha 

yararlıdır.  Xəstəliyin  karbunkulyoz  forma-

sında  hiperimmun  serumdan  həm  də  kar-




Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin