bAyTArlıq
Dövlət müstəqilliyi əldə edildikdən
sonra Azərbaycan Respublikasında iqtisa-
diyyat, bazar iqtisadiyyatı prinsipləri
əsasında inkişaf etdirilməyə başlanmış və
yeni iqtisadi münasibətlər formalaşmışdır.
Bazar iqtisadiyyatının mühüm tələblərindən
biri istehsal və xidmət sahələrində sağlam
rəqabət mühitinin yaradılmasından ibarətdir.
Bu baxımdan vətəndaşların təhlükəsiz ərzaqla
təmin edilməsində, beynəlxalq ticarətin
aparılmasında, əhalinin təhlükəli zoonozlar-
dan qorunmasında və s. əvəzedilməz rola
malik olan baytarlıq xidmətinin də təkmil-
ləşdirilməsi və müasirləşdirilməsi vacibdir.
Respublikada baytarlıq xidmətinin müasir-
ləşdirilməsi baxımından mühüm əhəmiyyət
kəsb edən özəl baytarlıq xidmətinin inkişaf
etdirilməsində mühüm rol oynayan ictimai
peşə təşkilatlarının inkişaf etdirilməsi
problemlərinin öyrənilməsi sahəsində apa-
rılmış tədqiqat işlərinin nəticələri məqalədə
öz əksini tapmışdır. Tədqiqatın predmeti
kimi respublikada bu məsələ ilə əlaqədar
vəziyyət inkişaf etmiş ölkələrdə olan və-
ziyyətlə müqayisəli öyrənilmiş və nəticədə
müvafiq tövsiyələr hazırlanmışdır.
Demokratik idarəetmə sisteminə malik
olan ölkələrdə özünü idarə edən qeyri-
dövlət qurumlarının rolu əvəzsizdir. Müəy-
yən peşələr üzrə birləşmiş insanlar struktur-
daxili qaydalar və peşə etikası müəyyən
edərək öz fəaliyyətləri ilə hakimiyyətin
idarəetmə sahəsindəki işini yüngülləşdirir
və bu istiqamətdə dövlət tənzimlənməsi yal-
nız müvafiq qanunvericiliyin qəbulu və
onun yerinə yetirilməsi üzərində nəzarətin
təmin olunmasından ibarət olur. Müstəqillik
əldə edildikdən sonra Azərbaycanda dövlət
hakimiyyətinin idarəçiliyindən kənarda de-
fakto və de-yure fəaliyyət göstərən müxtəlif
tip qurumların yaranması prosesi başlanmış
və daha sonra qeyri formal qurumlar kimi
fəaliyyətə başlamış bu təsisatların fəaliyyə-
tinin hüquqi tənzimlənməsi prosesi başlan-
mışdır. Siyasi partiyalar, ictimai birliklər,
həmkarlar ittifaqları haqqında ayrıca qanun-
vericilik aktları qəbul edilmişdir. İndiki
dövrdə respublikada fəaliyyət göstərən müx-
təlif məqsədli qeyri-hökumət təşkilatları, ic-
timai birliklər və s. ümumi formada olan
qanunvericilik aktlarına istinad etmək
məcburiyyətindədirlər ki, bu da heç də
həmişə fəaliyyət sahələri və maraq dairələri
müxtəlif olan ictimai peşə təşkilatlarının
maraqlarını özündə əks etdirmir (1). Res-
publikada müxtəlif peşə sahiblərinin QHT
yaratmaq təcrübəsi mövcuddur. Buna misal
olaraq tibb sahəsində fəaliyyət göstərən
təşkilatları (məsələn, stomatoloqlar assosia-
siyası), eləcə də memarlar, reklamçılar və s.
spesifik peşələr üzrə fəaliyyət göstərən
təşkilatları göstərmək olar.
OUT 619:616.995.122:636
Dostları ilə paylaş: |