“Mən fəxr edirəM ki, AzərbAycAnlıyAM!”



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə73/105
tarix25.12.2016
ölçüsü2,85 Mb.
#3173
1   ...   69   70   71   72   73   74   75   76   ...   105
bAyTArlıq

ler Birliği ” 9 mart 1954-cü ildə yaradılmış-

dır.  Bu  birlik  6343  saylı  müvafiq  Qanunla 

fəaliyyət  göstərir.  Birlik  ümumtürkiyə  sta-

tusuna  malik  olmaqla  mərkəzi  idarə  heyəti 

və  regional  şöbələrə  malikdir.  Mütərəqqi 

dünya  təcrübəsini  özündə  əks  etdirməklə 

birliyin nizamnaməsində “ Veteriner hekim 

andı ” bölümü yer almışdır (3). On bənddən 

ibarət olan bu andda baytar həkiminin peşə 

hazırlıq  səviyyəsindən  tutmuş  mülkiyyətçi-

lərin  sirrini  saxlamağa  qədər  bütün  mər-

hələ lərdə  onun  borcu  və  vəzifələrinə  toxu-

nulur.  Türkiyə  Veteriner  Hekimler  Birligi 

ölkədə  baytarlığın  inkişafında,  heyvan 

xəstəliklərləri  ilə  mübarizə  aparılmasında, 

baytarlıq  təhsi linin  inkişaf  etdirilməsində, 

ölkənin  baytarlıq  xidmətinin  dünya  baytar-

lıq  sisteminə  inteqrasiya  etdirilməsində  və 

s. mühüm rol oynayır.

Qeyd  edilən  misallardan  göründüyü 

kimi  baytarlıq  sahəsində  ictimai  peşə 

təşkilatlarının yaradılması üçün ilk növbədə 

qanunvericilik  bazasını  yaratmaq  və  bu-

nunla  yanaşı  olaraq  mütəxəssislərin  yeni 

şəraitdə yaşamaq və işləmək vərdişlərini in-

kişaf etdirmək lazımdır. 

Azərbaycanda fəaliyyət göstərən bir sıra 

ənənəvi  peşə  təşkilatları  vardır  ki,  bu  gün 

onların  fəaliyyətinin  hüquqi  tənzimlən məsi 

13 iyun 2000-ci ildə qəbul edilmiş “ Qeyri-

Hökumət  Təşkilatları  (ictimai  birliklər  və 

fondlar) haqqında” Qanunla müəyyən olunur. 

Belə qurumlara Yazıçılar Birliyi, Rəssamlar, 

Bəstəkarlar,  Kinematoqraflar,  Teatr  Xadim

-

ləri İttifaqları və s. qurumları da aid etmək 



olar.  Müstəqil  Dövlətlər  Birliyi  (MDB) 

ölkələrinin  bir  neçəsində  işəgötürən  təşki-

lat lar  haqqında  qanunlar  mövcuddur  və  bu 

qanuna müvafiq olaraq peşələr üzrə işəgötü-

rənlərin təşkilat ları, o cümlədən federasiya-

lar  və  konfederasiyalar  yaradılmışdır.  Bu-

nun  la belə MDB təcrübəsi o qədər də uğur lu 

deyildir. Burada üzvlüyün könüllü xarakter 

daşıması, bu təşkilatları özünü idarəedən və 

publik  hüququn  subyektləri  olan  təşkilat-

lardan  daha  çox  ictimai  birlik  statusunda 

fəaliyyət göstərən təşkilatlara çevirir.

Hazırki  şəraitdə  özəl  baytarlıq  xidməti-

nin  inkişaf  etdirilməsi  üçün  qanunverici-

lik  bazasının  yaradılması,  özəl  baytarlıq 

subyektlərinə  maddi-texniki  köməkliyin 

göstərilməsi və s. tədbirlər bu sahənin müa-

sir dünya təcrübəsinə və bir çox beynəlxalq 

təşkilatların tələblərinə uyğun tərzdə inkişaf 

etdirilməsinə şərait yaradar. 



nəticə

1. Azərbaycan  Respublikasında  bay-

tarlıq  xidmətinin  müasirləşdirilməsi  üçün 

özəl baytarlıq xidmətinin inkişaf etdirilməsi 

vacibdir  və  bunun  üçün  isə  ilk  növbədə 

baytarlıq  təyinatlı  ictimai-peşə  təşkilatları 

yaradılmalıdır.

2. İctimai peşə təşkilatlarının yaradıl ması 

üçün  müasir  dünya  təcrübəsindən  istifadə 

etməklə qanunvericilik aktları işlənilməlidir.




Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin