bAyTArlıq
Elmi-praktik jurnal
12
Eritroblastozdan ölmüş quş cəsədində pato-
loji-anatomik yarma apardıqda arıqlıq,
dərialtı toxumalarda və orqanlarda yayılmış
hemorragiya, ürəkdə hipertrofiya ilə yanaşı,
onun divarlarının nazilməsi, əzələ toxuma-
sının yumşalması, güclü hepoto və spleno-
meqaliya görsənir. Dalağın sinus larında və
qaraciyərin payları arasında əhəmiyyətli
dərəcədə eritroblastların və eritrofaqların
yetişməmiş hüceyrələrinin tutulub saxlan-
ması müşahidə edilir.
Eritroid leykozun xarakterik əlamətləri
– anemiya, görünən selikli qişaların sa-
rımtıraq, dəri örtüyünün, pipiyin, saqqa-
lın göy rəngdə olmasıdır. Qan acıq-qırmızı
rəngdə olur, laxtalanması ləngiyir (2-5 də -
qiqə əvəzinə 6-10 dəqiqəyə). EÇR tezləşir,
eritrositlərin miqdarı 1000-500 min/mm³-ə
qədər olur, trombositlərin miqdarı azalır,
hemoqlobin 2-6%-ə qədər aşağı düşür. Ba-
zofil və eritroblastların miqdarı artır (90-
95%). Ümumi qırmızı qan element lərinin
sayı 200 leykositə qədər, 377 eritronor-
mablast düşür. Sümük iliyində eritronor-
mablastların miqdarı ümumi qırmızı qan
ele ment lərinin 85-90%-ini təşkil edir.
Trom bosit lərin miqdarı azalır.
Peroksidaza fermentinin sitoplazmada
miqdarı azacıq artır. Lakin lipidin miqdarı
əhəmiyyətli dərəcədə artır.
Dostları ilə paylaş: