bAyTArlıq
Elmi-praktik jurnal
10
Leykoz və sarkoma ilə toyuqlar, tək-tək
hallarda hind toyuqları, firəng toyuğu,
kəklik, ördək, qaz, qırqovul, göyərçin, qu
quşları, hacıleylək, alacəhrə və başqa quşlar
yoluxurlar. Bu xəstəlik təbiətdə geniş yayıl-
mışdır. Xəstəlik mənbəyi xəstə və virus da-
şıyıcı quşlar hesab edilir. Virus daşıyıcı quş-
ların miqdarı 4-12 aylıq yaş qruplarında
5-dən 70%-dək tərəddüd edir. Quşların yaşı
artdıqca virus daşıyıcı quşların miqdarı aza-
lır.
Quş orqanizmindən virus ağız suyu, if-
razatlarla və yumurta ilə ətraf mühitə yayı-
lır. Virus xoruzların toxumluğunda olur və
buradan o nəslə verilir. Virus yumurta ilə
(vertikal) və kontakt (horizontal) yolla yayı-
lır. Yumurtanın formalaşması dövründə
virus onun icərisinə daxil olur və sonra
embriona və oradan da çıxan cücəyə verilir.
3-5 günlükdə cücələr leykoz-sarkom qrup
xəstəliklərə daha həssas olur, sonra 1-2 aylı-
ğadək tədricən aşağı düşür. Yaşlı toyuqlarda
isə leykoz-sarkom qrup xəstəliklərlə yo-
luxma cüzi olur.
Cücələr limfoid leykozun virusu ilə
3 günlükdə, eritroid və mieloblastozun virusu
ilə 2 aylıqda, sarkoma virusu ilə 5 aylıqda
yoluxa bilirlər.
Virus orqanizmə daxil olduqdan sonra
qan doğuran orqanları patologiyaya uğradır,
hüceyrələr qan elementlərini tam yetişdirə
bilmir və onları yetişməmiş şəkildə qana
buraxır. Onlar da müxtəlif orqan və toxu-
malarda toplanıb özünəməxsus patologiya
yaradır.
Lonq (1955) fevral-mart aylarinda çıxan
cücələrin leykoz-sarkom qrup xəstəliklər-
dən cox qırıldığını, başqa müəlliflər isə
bunun payız-qış aylarında baş verməsini
göstərirlər. T.N.Kamalova (1971), E.A.Ov-
çinnikova (1979), əksinə hesab edirlər ki,
buna ekoloji və iqlimi şərait bir o qədər də
kəskin təsir etmir. Müxtəlif xəstəliklər (yo-
luxucu, parazitar, helmintoloji yoluxmayan
xəstəliklər) orqanizmin rezistentliyini aşağı
salaraq quşların leykoz-sarkom qrup
xəstəliklərlə yoluxmasına təsir edir.
Təbiətdə quşların leykoz-sarkom qrup
xəstəliklərini törədən viruslarının bir cox
serotipləri yayılmışdır. Təkcə bunu gös-
tərmək kifayətdir ki, Sarkoma Rausun (sar-
komanın törədicisi) 70-dən cox serotipi
müəyyən edilmişdir.
Bəzi müəlliflər görə leykoz xəstəliyinin
4, V.P.Zelenski və əməkdaşlarına görə isə
5 növünün olduğu göstərilir. Hər bir növün
özünəməxsus kliniki nişanələri, patoloji
anatomik dəyişiklikləri və s. vardır:
Dostları ilə paylaş: |