“Mən fəxr edirəM ki, AzərbAycAnlıyAM!”



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə9/105
tarix25.12.2016
ölçüsü2,85 Mb.
#3173
1   ...   5   6   7   8   9   10   11   12   ...   105
bAyTArlıq

Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İns-

titutunun sabiq laboratoriya müdiri, baytarlıq 

elmləri doktoru, professor ələddin Abbas oğlu 



ənnağıyev 1926-cı ildə Gəncə şəhərində ana-

dan olmuşdur. O, 1941-ci ildə orta məktəbi 

bitirdikdən sonra Azərbaycan Kənd Təsərrü-

fatı  İnstitutunun  (indiki Azər baycan  Dövlət 

Aqrar Universiteti) baytarlıq fakültəsinə da-

xil olmuşdur. 1947-ci ildə institutu bitirdikdən 

sonra, təyinatla Azərbaycan Respublikası Kənd 

Təsərrüfatı Nazirliyinin baytarlıq ida rəsində 

baytar  həkimi  vəzifəsinə  gön dərilmiş  və 

orada 1949-cu ilə kimi işləmişdir.

Ə.Ənnağıyev 1949-cu ildə Moskva şəhə-

rindəki Ümumittifaq Eksperimental Baytar-

lıq İnstitutunun aspiranturasına daxil olmuş 

və orada 1952-ci ildə “Qarayara xəstəliyinin 

qeyri-sağlam  məntəqələrdə  ləğv  edilməsi” 

mövzusunda dissertasiya işini müvəfəqiyyətlə 

müdafiə  edərək  baytarlıq  elmləri  namizədi 

alimlik dərəcəsi adı almışdır.

Aspiranturanı  bitirdikdən  sonra  Azər-

baycan  Elmi-Tədqiqat  Baytarlıq  İnstitutuna 

göndərilmiş və ömrünün sonuna kimi burada 

laboratoriya müdiri vəzifə sində çalışmışdır.

Ə.Ənnağıyev  29  dekabr  1964-cü  ildə 

Alma-Ata  Zoobaytarlıq  İnstitutunun  elmi 

şurasında  “Qoyunların  listerioz  xəstəliyinə 

dair  materiallar”  mövzusunda  dissertasiya 

müdafiə  edərək  baytarlıq  elmləri  doktoru 

alimlik dərəcəsi adı almışdır. 6 mart 1957-ci 

ildə  SSRİ  Ali  Attestasiya  komissiyası 

tərəfindən  ona  Epizootologiya  ixtisası  üzrə 

baş elmi işçi və 24 iyun 1967-ci ildə isə pro-

fessor dərəcəsi attestatları verilmişdir.

Ə.Ənnağıyev  və  akademik  M.Qəniyev 

“Ev heyvanlarının listerioz xəstəliyinə qarşı 

vaksinin hazırlanması üsulu”na görə 15 iyun 

1965-ci  ildə  173891  nömrəli  müəl liflik  şə-

hadətnaməsi almışlar. Listeriozun “A” ştam-

mından  hazırlanmış  vaksin  Azərbaycan  və 

Qazaxıstan  Respublikalarının  qoyunçuluq 

təsərrüfatlarında geniş tətbiq edilmişdir.

Ə.Ənnağıyev,  N.Şirinov,  N.Rəhimova, 

A.Abbasov  və  başqaları  “Bakterial  vaksin 

hazırlanması üçün adyu vant”a görə 8 yanvar 

1979-cu  ildə  660319  nöm rəli  müəl liflik 

şəhadətnaməsi almışlar.

Ə.Ənnağıyev, E.Əliyev, F.Qulubəyov “Kənd 

Təsərrüfatı heyvanlarının listerioz xəstəli yi-

nin diaqnostikası üçün rəngli antigen hazır-

lanması üsulu”na görə 1980-ci ildə 754859 

nömrəli müəlliflik şəhadətnaməsi almışlar.

Ə.Ənnağıyev, N.Şirinov, İ.Əzimov, A. Yu-

sifov, C.Əsgərov və başqaları 9 avqust 1982-ci 

ildə “Dezinfeksiya maddəsi”nə görə 980305 

nöm rəli müəlliflik şəhadətnaməsi almışlar.

Azərbaycan Dövlət Nəşriyyatı tərəfin dən 

1984-cü  ildə  Ə.A.Ənnağıyevin  “Qarayara”, 

1992-ci ildə isə Ə.A.Ənnağıyev və N.M.Şiri-

novun “Sanitariya Mikrobiologiyası” kitab-

ları  nəşr  edilmişdir.  Ə.Ənnağıyev  baytarlıq 

elminin aktual məsələlərinə dair monoqrafiya, 

kitab, kitabça və çoxlu sayda elmi mə qa lə lə rin 

müəl lifi olmuşdur. Onun rəhbərliyi al tında bir 

çox elmlər nami zədləri hazırlanmışdır.

Elmimizin və peşəmizin korifeyləri




Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin