3
Elmi-praktik jurnal
bAyTArlıq
Böyük insanlar həmişə qəlblərdə özünə
dərin və hərtərəfli yer tapır, əbədi olaraq
yaddaşlarda qalır. Baytarlıq sahəsində özü-
nəməxsus şərəfli yeri olan, baytarlıq elmləri
doktoru, professor kəbutər Mirzə bala
oğlu Səfərov məhz belə şəxsiyyətlər dən idi.
Respublikanın məşhur baytar alimlə-
rindən biri, görkəmli epizootoloq Səfərov
Kəbutər Mirzəbala oğlu 1911-ci ilin may
ayının 9-da Bakının Novxanı kəndində ana-
dan olmuşdur. K.Səfərov əmək fəaliyyə tinə
uşaqlıq, yeniyetmə illərindən başlamışdır.
1933-cü ildə Azərbaycan LKGİ Mərkəzi
Komitəsi tərəfindən Moskva Baytarlıq İns-
titutuna göndərilmiş və 1937-ci ildə həmin
institutu bitirmişdir.
K.Səfərov 1937-1938-ci illərdə Azər-
baycan Sığorta İdarəsində baş baytar həkim,
1938-1963-cü illərdə Kənd Təsər rüfatı İns-
titutunun epizootologiya kafedrasında as-
sistent, dosent və professor, kafedra mü-
diri, 1963-1969-cu illərdə Kənd Təsərrüfatı
Nazirliyinin Baş Elmi İdarəsinin rəisi,
1969-1970-ci illərdə Azərbaycan KTN
Yemçilik, Çəmən çilik və Otlaqlar İnstitutu-
nun direktoru, 1970-1981-ci illərdə Azər-
baycan Elmi-Tədqiqat Baytarlıq İnstitu-
tunda iribuynuzlu heyvanların yoluxucu
xəstəlikləri şöbəsinin müdiri işləmişdir.
K.M.Səfərov 1981-ci ildə vəfat etmişdir.
K.M.Səfərov 1944-cü ildə namizəd lik,
1953-cü ildə Moskva şəhərində doktorluq
dissertasiyasını
müdafiə
etmişdir.
K.M.Səfərovun əsas elmi fəaliyyəti heyvan-
ların yoluxucu xəstəliklərinin – leptospiro-
zun, anaerob infeksiyaların – enterotokse-
miyanın, bradzotun, vərəmin, qarayaranın,
brusellyozun epizootologiyasının öyrənil-
məsi, onlara qarşı mübarizə tədbirlərinin
hazırlanması, təsərrüfatların bəzi xroniki in-
feksiyalardan (vərəm, brusellyoz və s.) sağ-
lamlaşdırması işlərinin elmi əsaslarla təşkil
edilməsinə həsr edilmişdir. O, xüsusilə hey-
vanların leptospirozunun öyrənil məsinə aid
diqqətəlayiq tədqiqatlar aparmışdır. Bu
istiqamətdə
leptospiralların
müxtəlif
serotiplərinin xəstəliyin baş verməsində,
epizootologiyasında rolu, təbii ocaqlılıq,
xəstə liyin sağlam təsər rüfatlara sirayət
etməsinin qarşısının alınması üçün baytar-
lıq-sanitariya tədbir lərinin təkmilləşdiril-
məsi kimi məsələlər K.Səfərovun tədqi-
qatlarında öz əksini tapmışdır.
Azərbaycan Kənd Təsərrüfatı İnstitu-
tunda işlədiyi illərdə onun mahiranə peda-
Elmimizin və peşəmizin korifeyləri
Dostları ilə paylaş: