- Sirroz erkən mərhələdə
aşkarlanmayıbsa, yaxud səbəbi
bəlli deyilsə, onda hansı müalicə
aparmaq lazımdır?
- Bu günə olan ən effektiv müalicə
qaraciyərin
dəyiş dirilməsindən
ibarətdir. Əksər hallarda sirroz
geriyə dönə bilmir, ağır qaraciyər
çatışmazlığına, portal hiperten-
ziyanın ağırlaşmasına gətirib çı-
xarır. Ona görə xəstəyə diaqnoz
qoyulubsa, onda o, böyük ehti-
malla qaraciyər transplantasiyası-
na namizəd olur. Bu o demək deyil
ki, biz sirrozlu xəstələrin hamısını
transplantasiya etməliyik. Bunun
da mərhələsi və zamanı var.
Erkən mərhələdəki sirrozlarda
transplantasiyaya ehtiyac yoxdur.
Çünki, sirrotik qaraciyər əksər
hallarda 8-10-15 il rahatlıqla
xəstənin normal yaşamını təmin
edə bilər. Ağırlaşmanın ilk əlaməti
ortaya çıxarsa, onda transplanta-
siya gündəmə gəlir. Təbii, biz otu-
rub gözləmirik ki, sirrozlu xəstənin
vəziyyəti ağırlaşsın və bundan
sonra onu əməliyyat edək. Sirrozlu
xəstənin hepatoloji mərkəzdə da-
imi nəzarətdə olması məsləhətdir.
Vəziyyətdən asılı olaraq, belə
xəstələr 2-6 aydan bir, heç ol-
masa ildə bir dəfə yoxlanmalıdır-
lar. Cərrahiyyənin bir qanunu var.
Əməliyyata yaxşı vəziyyətdə gedən
xəstə yaxşı çıxar. Əməliyyata
çətin, ağır vəziyyətdə girən xəstə
əməliyyatdan çətin və ağır şəkildə
də çıxar. Ona görə vaxtında trans-
plantasiya etmək lazımdır.
Dostları ilə paylaş: |