-Orqan transplantasiyası
keçi
rən xəstələr əməliy-
yatdan sonra daha çox nələrə
diqqət etməlidir?
-Xəstənin birinci diqqət
edəcəyi şey dərmanlarını
vaxtında qəbul etməsidir.
Orqan köçürülməsi zamanı
köçürülən orqanın vücudda
adaptasiyasının təmin olun-
ması, yaxud orqanizmin onu
rədd etməsinin qarşısını al-
maq üçün immunosupresiv
dərmanlardan istifadə olu-
nur. Əksər xəstələrin ömür
boyu bu dərmanları qəbul
etmələri lazım gəlir. Belə
xəstələr mütləq nəzarətdə olma-
lıdırlar. Bəzi hallarda nəzarətdən
yayınsa, problem ortaya çıxa bilər.
İkinci diqqət olunmalı məqam
isə həyat tərzidir. Əksər hallarda
transplantasiya olmuş xəstələrin
həyat tərzi normal insanlardan
fərqlənmir. Bu xəstələr 6 ay, 1 il
ərzində tam adaptasiya olduqdan
sonra rahatlıqla əvvəlki normal iş
rejimlərinə, ailə qayğılarına qayı-
da bilərlər. Ancaq onlar orqaniz-
mi zədələyə biləcək, orqanizmə
mənfi təsir göstərə biləcək halların
qarşısını almalıdırlar. İnfeksiyalara
qarşı çox həssas olurlar. Çünki,
onların qəbul etdikləri immuno-
supresiv dərmanların özləri infek-
siyadan başqa, kardiovaskulyar
xəstəliklərin, o cümlədən diabetin
əmələ gəlməsinə səbəb ola bilir.
Bunu da nəzərə alaraq, xəstələr
həyat tərzlərindən qidalanmaları,
fiziki aktivliklərinə qədər hər bir
şeyə diqqət etməlidirlər. İnfeksiya-
dan qorunmanın birinci yolu əlləri
yumaqdır. Bundan başqa, fiziki
aktivlikdən geri qalmamalı, gün
ərzində açıq havada ən azı 1 saat
gəzməlidirlər. Dərman qəbul edən
xəstələr günəş işığına qarşı çox
həssas olurlar. Ona görə də günəş
işığının təsirindən uzaq qalsınlar
və bu kimi şeylərə diqqət etsinlər.
Dostları ilə paylaş: |