İsmayılova Səbinə Emil qızı
1999-cu ildə Qazax rayonunun Canallı kəndində anadan
olub. 15 sentyabr 2005-ci ildə Qazax rayonu Canallı kənd tam
orta məktəbinin I sinfinə gedib. IX sinifdə riyaziyyat üzrə fənn
olimpiadasında I yeri, X sinifdə isə Xocalı faciəsinə aid inşa
müsabiqəsində rayon üzrə II yeri tutub. Bu il keçirilən qəbul
imtahanlarında ən yüksək – 700 bal toplayaraq müəllimlərinin və
qohum-əqrəbasının sevincinə səbəb olub.
Özündən kiçik 2 qardaşı var. Anası Azərbaycan dili və ədəbiyyatı
müəllimidir. Atası isə hərbi mühəndisdir, hal-hazırda təqaüdçüdür.
Dostları ilə paylaş: |